Eduard Blox
Eduard Blox | |
---|---|
Doğum tarixi | 30 yanvar 1872[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyun 1945[2][3][…] (73 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | mədə xərçəngi |
Dəfn yeri |
|
Uşağı | 1 |
Təhsili |
|
Fəaliyyəti | həkim |
Elmi dərəcəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Eduard Blox (alm. Eduard Bloch; 30 yanvar 1872[1], Hluboka-nad-Vltavou[d][1] – 1 iyun 1945[2][3][…], Bronks, Nyu-York ştatı[4]) — Avstriya həkimi, 1907-ci ilədək Blox Hitler ailəsinin həkimi idi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Eduard Blox 30 yanvar 1872-ci ildə Fraunberqdə anadan olub. Praqada tibb təhsili alıb və Avstriya ordusunda xidmət keçib. Həkimin 27 yaşı olanda onu Mərkəzi Avstriyanın paytaxtı olan Linc şəhərinə göndərirlər. O, sonralar burada həmişəlik qalmağa qərar verir. Həkim Blox həmişə sübhdən xəstələrini qəbul edirdi, hazırlanmış heç bir qiymət cədvəli yox idi. Ehtiyacı olan hamıya kömək etməyə çalışırdı və bu xüsusiyyətlərinə görə tezliklə Lincdə məşhurlaşmışdı. "Kasıbların ən yaxşı həkimi" Alois Hitlerin də ailəsini müalicə edirdi. 1897-ci ildə Lincə köçən Hitlerin atası Alois əvvəl çəkməçi işləyirdi, daha sonra gömrük müfəttişi vəzifəsində çalışmışdı. 58 yaşında isə bu işdən pensiyaya çıxmışdı. Ata Hitler həmişə istəyirdi ki, oğlu dövlət qulluğuna girsin, ancaq gənc Adolf buna həmişə etiraz edir, rəssam olmaq istədiyinu bəyan edirdi. Bu, ata-oğul arasında mubahisəyə gətirib çıxarırdı. Anası Klara həmişə oğlunun tərəfini tuturdu. Alois Hitler 1905-ci ildə ürək tutmasından ölür və ailənin bütün yükü Hitlerin anası Klaranın üzərinə düşür. Çunki Hitler hələ çox gənc və zəif idi, Hitler ailəsi atalarına təyin edilmiş məmur təqaüdü ilə birtəhər dolanırdılar.
Eduard Blox: "Mən ilk dəfə bu ailənin yığcam evinə gələndə evdəki mükəmməl təmizlik məni heyrətləndirmişdi. Uşaqlı ev olmasına baxmayaraq, evdə həmişə sakitlik hökm sürərdi, isti yemək də həmişə hazır vəziyyətdə olardı. Bir sözlə, Klara işinin ohdəsindən yaxşı gəlirdi".
Öz xatirələrində həkim Blox qeyd edir ki, tarixçilər yeniyetmə və gənc Adolfun bu yaş dövrlərini neqativ cəhətdən çox şişirdirlər. "Əslində isə gənc Hitler sakit, təmkinli və çox tərbiyəli bir uşaq idi. Adolfla anası bir-birilərinə həddindən çox bağlı idilər. Hitler anasını çox sevirdi! 1907-ci ildə elə bir hadisə baş verdi ki, bu, bizim görüşlərimizi sıxlaşdırdı. Hitlerin anası Klarada döş xərcəngi aşkarlanmışdı və müalicə üçün ailənin imkanı yox idi. Ancaq mən bunu öz ohdəmə götürdum. Bir müddət müalicədən sonra xəstəlik əməliyyət səviyyəsinə çatmışdı. Mən Adolfa ölümcül halda olan anasının əməliyyata ehtiyac olduğunu bildirdim. Lakin əməliyyatın çox az mində bir faiz kömək edəcəyini uşaqlara izah edən zaman bir faizin belə Hitlerdə necə təskinlik yaratdığını hiss etdim və övladın anaya olan dərin sevgisini onun gözlərində duydum. Əməliyyat uğurlu keçmişdi. Lakin Klaranın həyatı uzun çəkmədi. Bir il keçmədi ki o, dünyasını dəyişdi.
Qızlar və Adolf mənə minnətdarlıq üçün gəlmişdilər. Bacılar bir-birilərinin sözlərini kəsə-kəsə mənə urək sözlərini bildirirdilər. Adolf isə susub sadəcə döşəməyə baxırdı. Onun növbəsi gəlib çatanda isə o, yavaşca əlimi tutub bu sozləri dedi: "Mən sizə ömrüm boyu minnətdar olacağam". Bu 3 saniyəlik sözlərin dəyərini mən düz 30 il sonra anladım, necə qiymətli olduğunu duydum"."
Düz 30 il sonra rəsmi maşın karvanı Lincə daxil oldu. Hitler üstüaçıq maşında ayaq üstdə dayanmışdı. Həkim Blox da olanları iş otağının pəncərəsindən müşayiət edirdi. O, Hitlerin evin yanından ötərkən dönüb Həkim Bloxun evinə diqqətlə baxdığını gördü. Həkim Blox onun sonrakı taleyinin necə olacağını bilmirdi. Ancaq bir necə ay öncə ona məlumat çatmışdı ki, Hitler Lincdən nasistləri çağırıb şəhərdə nə baş verdiyini və həkim Blox haqda ciddi maraqlanmışdı. Elə həmin gorüşdəcə hamının təəcübləndirən bir çıxış etmişdi: "Həkim Blox çox xeyirxah yəhudidir, əgər bu xalqın bütün nümayəndələri ona oxşasaydı, heç bir yəhudi problemi olmazdı".
Adolf Hitler Linçdən gedəndən sonra bir daha aydın oldu ki, o, Bloxu unutmayıb. Bütün yəhudilər yaşayan evlərin önunə sarı rəngli yəhudi yazılan plakatlar vurulduğu halda Bloxa bu, aid edilməmişdi. Blox bütün almanlara aid statusdan yararlanırdı. Hitler sanki bütün dünyaya Bloxun onun şəxsi yəhudisi olduğunu hiss etdirmişdi. Ancaq Blox üçün Lincdə qalmağın heç bir mənası qalmamışdı. Çünki işləmək üçün imkanlar tükənmişdi. Blox ölkəni tərk edib Amerikaya köçmək istəyir və bu istəyi də Berlin və fürer tərəfindən təmin olunur. 1940-cı ildə köçməmişdən öncə həkim Blox Hitlerə minnətdarlıq məktubu yazır. Həkim yazırdı: "Əlahəzrət, okeanın o tayına köçməmişdən əvvəl sayənizdə qorunduğum və əldə etdiyim üstünluklərə görə dərin minnətdarlığımı bildirirəm. Maddi cəhətdən çətin vəziyyətdə 41 il yaşadığım şəhəri tərk edirəm və 69 yaşımda yeni bir ölkədə yeni bir həyat quracam. Sizin həmişəki həkiminiz Blox!"
Nyu-Yorkda Blox həkim kimi işləyə bilmədi. Çünki Amerikada Avstriya-Macar həkim diplomunu qəbul etmirdilər. Ömrünün sonlarına yaxın o, tez-tez 41 ilini keçirdiyi Linc şəhərini və xəstələrini yad edərək keçirirdi.
Həkim Eduard Blox 1945-ci ildə Hitlerdən bir ay öncə mədə xərçəngindən dünyasını dəyişir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Studenti pražských univerzit 1882–1945.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #124412505 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 Eduard Bloch // Find a Grave (ing.). 1996.
- ↑ 1 2 Find a Grave (ing.). 1996.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Eduard Bloch: My Patient Hitler. In: Collier’s Weekly, March 15. and March 22. 1941.
- Eduard Bloch: The Autobiography of Obermedizinalrat Eduard Bloch. In: J. A. S. Grenville and Raphael Gross (Eds.): The Leo Baeck Institute Year Book, XLVII (2002)
- Office of Strategic Services, Hitler Source Book, Interview With Dr. Eduard Bloch Arxivləşdirilib 2007-06-10 at the Wayback Machine March 5, 1943
- Hamann, Brigitte Hitler’s Vienna: A Dictator’s Apprenticeship . Oxford University Press, 1999. ISBN 0-19-514053-2