Ehsanulla xan Dustdar
Ehsanulla xan Dustdar | |
---|---|
Ehsanulla xan Ətaulla xan oğlu Dustdar | |
Doğum tarixi | |
Doğum yeri | Sari, İran |
Vəfat tarixi | |
Vəfat yeri | Moskva, Rusiya |
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Ehsanulla xan Ətaulla xan oğlu Dustdar (1884-1938)—İran inqilabçısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ehsanulla xan Sari şəhərində anadan olmuşdu.
Ehsanulla xan Ətaulla xan oğlu Dustdar 1905–1911-ci illər İran inqilabında, 1915–1917-ci illər qərb vilayətlərində və Tehranda mübarizələrdə yaxından iştirak etmişdir. O, 1917-ci ildən etibarən Gilan hərəkatına qoşularaq, mübarizənin rəhbərləri sırasında fəaliyyət göstərmiş, 1920-1921-ci illərdə İran Kommunist Partiyası ilə həmkarlıq etmiş, Gilan hərəkatı yatırıldıqdan sonra 1921-ci il sentyabr ayında Sovetlər ölkəsinə mühacirət etmişdir.
Hələ 1915-ci il sentyabr, oktyabr aylarında məşhur inqilabçı Ehsanulla xanın başçılığı ilə 300 nəfərə qədər silahlı mücahid və mayor Məhəmmədtağı xan Püsyanın rəhbərliyi ilə jandarm hissələri Həmədanı Antanta məmurlarından və onların tərəfdarlarından təmizləmək istəyirlər. Kirmanşahdan qovulmuş ingilis və çar konsulları, onların tərəfdarları Həmədan valisi Salar Ləşgərin və İran kazaklarının yardımına arxalanaraq, mücahidləri və jandarmları Həmədandan qovub çıxartmağa çalışırdılar.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.