Elşad Əhədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elşad Əhədov
Elşad Saday oğlu Əhədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Təzə Alvadı, Masallı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (25 yaşında)
Vəfat yeri Ağdaş yüksəkliyi
Vəfat səbəbi şəhid olmuşdur.
Dəfn yeri Təzə Alvadı, Masallı rayonu, Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi baş leytenant
Döyüşlər
Təltifləri "Azərbaycan Bayrağı" ordeni
Azərbaycanın Milli Qəhrəmanı

Elşad Saday oğlu Əhədov (4 mart 1968, Təzə Alvadı, Masallı rayonu11 dekabr 1993, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya gəlmişdir. Orta məktəbi burada oxumuş, Naxçıvanski adına Hərbi liseyə daxil olmuşdur. Sonra Ukraynanın Kamenets-Podolsk Ali komandirlər məktəbinin tələbəsi olmuşdur. 1989-cu ildə Volqoqrad hərbi hissələrindən birinə rota komandiri təyin edilir.

Döyüşlərdə iştirakı

[redaktə | mənbəni redaktə et]

Vətənə dönən Elşad əvvəlcə Bakının Güzdək qəsəbəsində, sonra Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərir. Erməni işğalçılarının hücumu zamanı Füzulidə, Aşağı Veysəllidə, Şişqayada və digər döyüş bölgələrində vuruşmuşdur. Son döyüşü Ağdaş yüksəkliyi uğrunda olur, 11 dekabr 1993-cü il Ağdaş yüksəkliyi uğrunda gedən döyüşdə o, mərdliklə həlak olur.

Ailəli idi.İki uşağı yadigar qalıb.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Təzə Alvadı kəndində dəfn edilmişdir.

Təzə Alvadı kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]