Elariz Məmmədoğlu
Elariz Məmmədoğlu | |
---|---|
Elariz Məmməd oğlu Salmanov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1997-ci ildən |
Janr | rok-n-roll |
Təhsili |
|
Elariz Məmmədoğlu (tam adı: Elariz Məmməd oğlu Salmanov; 17 dekabr 1964, Bakı) — azərbaycanlı müğənni.
Həyatı
[redaktə | mənbəni redaktə et]Elariz Məmmədoğlu 1964-cü il dekabrın 17-də Bakıda doğulub. Hüseyn Cavid adına 132 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Mirzağa Əliyev adına Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. 1983–1985-ci illərdə Leninqrad, Petrozavodsk, Murmansk şəhərlərində hərbi xidmət keçib. İlk dəfə səhnəyə 16 yaşında müğənni kimi çıxıb. Məktəbdə fəaliyyət göstərən xor dərnəyində vokalçı-solist olub. 1992-1994-cü illərdə musiqiçi kimi çalışıb. 1994-cü ildən mügənnilik sənətini davam etdirib. Müğənni kimi peşəkar fəaliyyətə 1997-ci ilin yanvarında başlayıb. Səsi lirik tenordur, repertuarı çoxşaxəlidir. Estradanın folk-pop janrında çalışır, müxtəlif dillərdə mahnılar oxumağı bacarır.
2000-ci ildə "Devuşka v pesoçnom sarafane" hitiylə məşhurlaşıb. 2000-ci ildə tvist üslubunda "Tup-tup" mahnısına klip çəkilib və böyük müvəffəqiyyət qazanıb. 2001-ci ildə rok-n-roll üslubunda "Dans-dans" mahnısı və klipi uğur qazanıb. 2002-ci ildə şəhər şlyaqeri üslubunda "Abşeron torpağı" mahnısı radiolarda top-onluqlarda liderlik qazanıb. Bu mahnıya da klip çəkilib. 2003-cü ildə flamenko üslubunda "Guya" adlanan mahnısı ziyalılar arasında sevilib. 2003-cü ildən bu günə qədər hit olan "Doroqa" mahnısı radiolarda səslənib və 2004-cü ildə bu mahnıya klip çəkilib.
2018-ci ildə Qrin kard qalibi olaraq ABŞ-yə köçüb, orada "Bakı" restoranında müğənni kimi çalışır.