Elektroensefaloqrafiya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Elektroensefaloqrafiya | |
---|---|
MeSH | D004569 |
MedlinePlus | 003931 |
Vikianbarda əlaqəli mediafayllar |
Elektroensefaloqrafiya və ya EEQ — baş beyinin summar elektrik aktivliyini qeydə və qiymətləndirmək üçün istifadə olunan nevroloji müayinə metodudur. Baş beyinin elektrik aktivliyi çox aşağı olduğuna görə, onu qeydə almaq üçün eletroensefaloqraf adlandırılan xüsusi yüksək həssaslığa malik qurğulardan və gücləndiricilərdən istifadə olunur. EEQ daha çox epilepsiya xəstəliyinin diaqnozunun qoyulmasında istifadə olunur. EEG bəzi hallarda komalar, beyin ölümü, yuxu pozulmalarının, ensefalopatiyaların diaqnostikasında istifadə olunur.Rutin EEG çəkilməsi 20-30 Beyini sıradan çıxarır.dəqiqə davam edir.[1]
EEQ dalğaları
[redaktə | vikimətni redaktə et]- Delta ritmi - 0,5-3,5 Hz tezlikdə, normal yetkin şəxslərdə dərin yuxuda görünür.
- Teta ritmi - 4–7 Hz tezlikdə, normal yetkin şəxslərdə yuxunun ilk mərhələrində görülür.
- Alfa ritmi - 8–12 Hz tezlikdə, normal yetkin şəxslərdə gözlər oyanıq və qapalı olduğunda görülür.
- Beta ritmi- 13–38 Hz tezlikidə,normal yetkin şəxslərdə oyanıqlıq vəziyyətində görülür.
Epilepsiya və EEQ
[redaktə | vikimətni redaktə et]Elektroensefaloqrafiya (EEQ) – epilepsiya diaqnozu qoyulması və epilepsiya sindromunun müəyyən edilməsi üçün istifadə olunur. Lakin bu metodun üstünlükləri və məhdudiyyətlərini bilmək lazımdır. Klinikasız yalnız EEQ-nin nəticəsi epilepsiya diaqnozunun qoyulması üçün kifayət deyil. Epilepsiyaya düçar olmayan insanların arasında EEQ-də qeyri-spesifik anormal dəyişikliklər tez-tez aşkar olunur (xüsusilə yaşlı pasiyentlərdə, miqrenli xəstələrdə, psixotik hallarda, hətta sağlam insanlarda və s.). Normal EEQ epilepsiya diaqnozunu istisna etmir. EEQ anormal dəyişikliklər göstərməsə də, epilepsiya diaqnozu qoyula bilər. Normal EEQ dalğalarının anormal epileptik dalğalar kimi qəbul olunması ilə bağlı səhvlər tez-tez baş verir. Uşaqlarda bu kimi səhvlər daha çoxdur. Buna görə də, uşaqların EEQ müayinəsi uşaq epilepsiyası sahəsində təcrübəsi olan mütəxəssis tərəfindən aparılmalıdır.
Standart EEQ
EEQ müayinəsinin nəticəsi aşağıda göstərilən suallara cavab verə bilər:
- epileptik fəaliyyətin olması
- epileptik fəaliyyətin ocaqlı və ya yayılmış olması
- sindromun dəqiqləşdirilməsi
- növbəti müayinə üsulunun seçilməsi
- müalicənin taktikası
- proqnoz
(!) EEQ müayinəsi tutmadan sonra 24 saat ərzində aparılırsa, patoloji dəyişikliklərin aşkar olunması ehtimalı çoxalır.
(!) Təkrar tutma keçirən bütün uşaqlar EEQ müayinəsindən keçməlidir.
(!) İlk dəfə EEQ müayinəsi nəticəsinin normanı göstərməsi, sonrakı EEQ müayinələrində epileptik fəaliyyətin olmasını istisna etmir.
(!) EEQ müayinəsi nəticəsinin normanı göstərməsi epilepsiya diaqnozunu inkar etmir.
(!) Yalnız EEQ müayinəsinin epileptik fəaliyyəti göstərməsi (epileptik tutma olmasa) epilepsiya diaqnozunun qoyulması üçün kifayət deyil. İlk provokasiya olunmamış konvulsiv tutmadan sonra EEQ müayinəsi Bu zaman EEQ müayinəsi aparmağın faydaları:
- tutmanın təkrarlanması riskini qiymətləndirilməsi (anormal EEQ qeyd olunursa, risk 2 dəfə artır);
- neyrovizualizasiya aparmaq üçün göstəriş verə bilər;
- xəstənin xəbəri olmadan uzun müddət davam edən epileptik prosesi aşkar edə bilər;
- qıcıqlandırıcı faktorları aşkar edə bilər (məsələn, işığa həssaslıq);
- sindromu dəqiqləşdirmək üçün əlavə məlumat verə bilər. Lakin yanlış müsbət nəticələrin ola bilməsini də nəzərdə saxlamaq lazımdır. Məsələn, ilk tutma qeyri-epileptik olub təkrarlanmaya bilər. Həmin xəstənin EEQ-sində tutma ilə əlaqəsi olmayan epileptik dalğaların aşkar olunması (normal uşaqlarda epileptik fəaliyyət ola bilər) səhvən "epilepsiya" diaqnozunun qoyulmasına və gərəksiz müalicəyə gətirib çıxara bilər.
Yuxarıda qeyd olunanlara əsasən, ilk provokasiya olunmamış konvulsiv tutma klinik olaraq epileptik tutma kimi qiymətləndirilsə, EEQ müayinəsi göstərişdir. Lakin epilepsiya əleyhinə dərmanlardan istifadəyə başlamaq haqqında qərar qəbul edilməsinə yalnız EEQ-də epileptik fəaliyyətin olub-olmamağı əsas vermir.[2]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ ELEKTROENSEFALOGRAFİ 31.12.2008 Arxivləşdirilib 2021-06-18 at the Wayback MachineEEG istifadə edən şəxslər 2 ay müddətində evdə olmalıdır.
- ↑ "EPİLEPSİYANIN DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ KLİNİK PROTOKOL" (PDF). 2016-11-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-09-26.