35°09′43″ şm. e. 33°52′59″ ş. u.HGYO

Enqomi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Enqomi
35°09′43″ şm. e. 33°52′59″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 12 m
Əhalisi
Əhalisi
  • 826 nəf. (1973)[1]
Xəritəni göstər/gizlə
Enqomi xəritədə
Enqomi
Enqomi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Enqomi (Enkomi, yun. Έγκωμι) və ya Tuzla (türk. Tuzla) Kipr adasında, Şimali Kipr Türk Cümhuriyyətinin şərqində kənd.

Son Tunc və Erkən Dəmir dövrlərinin böyük şəhəri olmuş, het, Misir və mixi yazı mənbələrində dəfələrlə xatırlanmış Alaşiya kimi tanınan arxeoloji sahə Enqomi ərazisində aşkar edilmişdir.

E.ə. III minillikdə salınmışdır, çiçəklənmə dövrü e.ə. 1600–1050 illərə təsadüf edir. Yunanıstandan axayların axını şəhərin sürətli inkişafına (e.ə. XV əsrdə Alaşiya adı bütün adaya yayılmışdı) və Enqomidə Mikena mədəniyyətinin əlamətlərinin üstünlüyünə səbəb olmuşdur. Qazıntılar (XX əsrin əvvəllərindən) nəticəsində siklop hörgülü müdafiə divarlarının, çar sarayının (e.ə. XV əsrin sonu – XIII əsrin əvvəlləri) qalıqları aşkar edilmişdir. Döşənmiş küçələr boyu altında nəsli sərdabaların yerləşdiyi çoxotaqlı evlər tikilmişdi. Sənətkar məhəllələrində misəritmə istehsalının çoxsaylı qalıqları, o cümlədən ixrac üçün hazırlanmış mis külçələri tapılmışdır. Təqribən e.ə. 1200 ildə axayların baş vermiş yeni axını zamanı şəhər işğal olunmuşdur. Bərpa edilən sarayın yanında yonulmuş daşdan Apollon məbədi ucaldılmışdı. Təqr. e.ə. 1050 ildə Enqomi "dəniz xalqları"nın hücumları nəticəsində tənəzzülə uğramışdır.[2]

  1. Cyprus census 1973 (ing.). 9 CYSTAT.
  2. Enqomi // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 7-ci cild: Dərman – Enoftalm (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2016. 608 səh. ISBN 978-9952-441-12-3.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Schaeffer C.F.A. «Enkomi — Alasia», Paris 1952.