Eparse adaları
Eparse adaları | |
---|---|
fr. Îles Éparses | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 38,6 km² |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
17°05′ c. e. 42°45′ ş. u.HGYO | |
Ölkə | Fransa |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Eparse adaları (fr. Îles Éparses) — Adalar qrupu Hind okeanının cənubunda, Mozanbik boğazında yerləşir. Mozambik və Madaqaskar arasındakı yolun üzərində yerləşir. Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar iddia edir. 1892-ci ildə ərazilər frasnsanın lonizasiyasına məruz qalmışdır. 1912-ci ildə isə «Madaqaskar və onujn asılı ərazilərə» daxil edilir. Zaman-zaman adalar məskunlaşdırılmağa başlanılmışdır. Əsas hədəfsə quano və kakos toplamaq və tısbağa çanağının satışı olmuşdur.
Tərkibi
[redaktə | mənbəni redaktə et]Bura əsasən Mərcan adaları daxildir:
- Bank-du-Qeysir (Komor adaları və Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür)
- Bassas da İndiya adaları (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür)
- 10 adsız ada
- Avropa adası (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür)
- Avropa adası
- 8 adsız ada
- Qloryoz adaları (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür)
- Qrand-Qloryoz
- İl-dyu-Lis
- Qəza qayası
- Cənub qayası
- Yaşıl qayalar (3 ada)
- 3 adsız ada
- Xuan de Nova adası (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür)
- Tromelin adası (Mavriki tərəfindən ərazi iddiaları irəli sürülür)
Adaların ümumi ərazisi — 38,6 km², əhalisi 56 nəfər (stansiya işçiləri). Ən iri adası Avropadır (28 km²). Tromelik adası - Ada rəsmi olaraq 1722-ci ildə kəşf edilmişdir. 1761-ci ildə gəmi qəzası zamanı adaya 125 gəmi üzvü və 89 qul pənah gətirmişdir. Gəmi üzvləri gəzaya düşmüş gəminin hissələrindən 2 ay müddətinddə kiçik bir gəmi inşa edərək adadan getmişlər. Komanda üzvləri gedərkən adada 60 malaqaşili qulu saxlamışdılar. 15 ildən sonra 29 noyabr 1776-cı ildə leytenant Tromelinin komandası La Dauphine gəmisində adaya yan almışdır. o burada 7 qadın və səkkiz aylıq bir körpəni aşkarlayır. Ada bundan sonra kapitanın şərəfinə adlandırılır.
Avropa adası - Ada onu 1774 cü ildə ziyarət etmiş «Avropa» adlı ingilis gəmisinin şərəfinə adlandırılmışdır. Ada 1897-ci ildən Fransaya məxsusdur. Bununla belə Madaqaskar adaya iddia edir. Onların fikirinə görə ada fransızlar tərəfindən qəsdən Madaqaskar müstəmləkəsinin tərkibindən inzibati şəkildə ayrılmışdır. Adanın 1860-cı və 1920-ci illərdə uğursuz məskunlaşdırılmasının acı nəticələrini bu gündə görmək olar[1].
Bassas da İndiya adaları - Adalar XVI əsrdə portuqal səyyahlar tərəfindən kəşf edillmişdir. Fransanın isə idarəsinə 1897-cu ildən keçmişdir.
Adalar 1897-ci ildə Fransanın müliyyəti elan edilmiş və 1968-ci ildə isə xüsusi komissarın rəhbərliyinə verilmişdir. Rəhbərlik Reyunyonda yerləşir.
Adalar | Quru sahəsi, km² |
Laqunun sahəsi, km² |
İqtisadi zonanın sahəsi, km² |
Koordinatları |
---|---|---|---|---|
Bassas da İndiya adaları | 0,2 | 79,8 | 123 700 | 21°28′ c. e. 39°41′ ş. u.HGYO |
Avropa adası | 28 | 9 | 127 300 | 22°21′ c. e. 40°21′ ş. u.HGYO |
Qloryoz adaları | 5 | 29,6 | 48 350 | 11°33′ c. e. 47°20′ ş. u.HGYO |
Xuan de Nova adası | 4,4 | — | 61 050 | 17°03′ c. e. 42°43′ ş. u.HGYO |
Tromelin adası | 1 | — | 280 000 | 15°53′ c. e. 54°31′ ş. u.HGYO |
Bank-du-Qeysir | — | — | — | 12°21′ c. e. 46°26′ ş. u.HGYO |
Ümumi | 38,6 | 118,4 | 640 400 |
Adaların xəritələri
[redaktə | mənbəni redaktə et]-
Bassas da İndiya adaları
-
Avropa adası
-
Qloryiz adaları
-
Xuan de Nova adası
-
Tromelin
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Europa". Districts - îles Eparses. Terres australes et anarctiques françaises. 2010. 2012-01-31 tarixində arxivləşdirilib.