Erebuni Hava Limanı
Erebuni Hava Limanı | |
---|---|
40°07′42″ şm. e. 44°28′22″ ş. u.HGYO |
|
IATA: yoxdur – ICAO: UDYE | |
Məlumat | |
Hava limanı tipi | Mülki/Hərbi (əsasən hərbi təyinatlı) |
Ölkə | Ermənistan |
Açılış tarixi | 1981 |
Vikianbarda əlaqəli mediafayllar |
Erebuni Hava Limanı — (erm. Էրեբունի օդանավակայան) (ICAO: UDYE) — Ermənistan Respublikası İrəvan şəhərinin Erebuni rayonunda yerləşən mülki və hərbi təyinatlı hava limanı.
İrəvan şəhəri mərkəzindən 7,3 km cənubda yerləşən hava limanı 2,784x40 m ölçülərində asfalt səthə malik olub uçuş zolaqları 03/21 istiqamətindədir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Memarları L. Ş. Xristaforyan, R. G. Asratyan konstruktorları İ. Q. Baqramyan və E. N. Tosunyan olan hava limanından ilk uçuş 21 iyul 1938-ci il tarixində İrəvan-Tbilisi xətti üzrə olub. Həmin ilin 25 dekabr tarixindən isə müntəzəm uçuşlara başlanılıb. O vaxtlar hava limanı "İrəvan hava limanı" adlanırdı.
Təyinatı
[redaktə | mənbəni redaktə et]Hal-hazırda əsasən hərbi sahə üzrə istifədə edilən hava limanında 3624-cü rus hərbi hissəsi, 18 MiQ-29s-dən ibarət 426-cı eskadrilya, Mi-24 hücum vertolyotu eskadrilyası və 700-cü Hava Nəqliyyatı Nəzarət Mərkəzi yerləşir.
Hava limanından həmçinin özəl şirkətlər tərəfindən ölkədaxili və MDB ölkələrinə, eyni zamanda Dağlıq Qarabağa Xankəndi hava limanına vertolyot uçuşları həyata keçirilir.
Qəza və hadisələr
[redaktə | mənbəni redaktə et]4 noyabr 2008-ci ildə Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 hücumçu vertolyotu təlim uçuşuna hazırlaşarkən qəzaya uğradı. Hadisə nəticəsində kapitan Arşak Nersisyan həlak oldu.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "World Aero Data: Erebuni". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-30.
- ↑ Military Helicopter Accident Arxivləşdirilib 2013-12-02 at the Wayback Machine." A1+. November 4, 2008.
Hava limanı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |