Etyen Dekru

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Etyen Dekru
fr. Étienne Decroux
Doğum tarixi 19 iyul 1898(1898-07-19)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 12 mart 1991(1991-03-12)[1][2][…] (93 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti xoreoqraf, teatr aktyoru, kino aktyoru, aktyor
Fəaliyyət illəri 1932–1986
IMDb ID0214025

Etyen Dekru' (19 iyul 1898[1][2][…], Parisin 17-ci dairəsi[d]12 mart 1991[1][2][…], Bulon-Biyankur) — Fransa pantomima aktyoru, "mime pur" aktyor hazırlığı sisteminin yaradıcısı.

"Mime pur" aktyor hazırlığı sistemi

[redaktə | mənbəni redaktə et]

Dekru teatrda sözdən imtina etməyi təklif edir. Onun tərəfindən işlənilmiş dramatik aktyorun hazırlanması sistemi "mime pur"[3] adlanır. Fransız dilindən "pur" təmiz deməkdir. Dekru tələbələrindən kostyum və dekorasiyalardan, həmçinin də qeyri-maddi aksessuarlar olan söz və musiqidən imtina etməyi tələb edir. O, təmiz aktyor ifadəliliyi vasitələrinin işlənilməsini özünə məqsəd qoymuşdur. İncəsənətin sintezindən imtina edən Dekru mim janrını yenidən dirçəltmişdir.[4]

Qərb teatrında pantomima definisiyası mövcud deyildir. Pantomima anlayışı sovetlər məkanının məhsulu idi. Postsovet məkanında inkişaf tapan pantomima qərb mim teatrının təqlidi və Marsel Marsonun davamçıları hesab olunur. Holland və belçika alimlərinin qənaətinə görə, Marso teatr aləmində cinayət işlətmişdir. O, mim sənətinin böyük məkan çərçivəsində təhrifinin səbəbkarı olmuşdur. Mim teatr sistemi Etyen Dekru sistemi üzərində inkişaf edir. Etyen Dekru "jestlər sənətinin yeni solfeciosunu" işləmişdir. Dekru aktyor sənətini rəngkarlıq, musiqi, memarlıq və heykəltaraşlıqdan üstün tutur. O, aktyor sənətini sintez deyil müstəqil sənət kimi təqdim edir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 The Fine Art Archive. 2003.
  3. ЕЛЕНА МАРКОВА. "СЛОВО ОБ ЭТЬЕНЕ ДЕКРУ". https://ptj.spb.ru/archive/17/historical-novel-17/slovo-ob-etene-dekru/. 2023-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.
  4. R.Sadıqov, Y.Əliyeva. "Qloballaşma və dünya teatrı". https://www.ebooks.az/book_jQmp5ovO.html. 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]