Fadu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fadu
İstiqamət portuqal musiqisi
Yarandığı dövr XIX əsrin əvvəlləri
Ölkə  Portuqaliya
Törəmə formalar Koimbra falu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Fadu (rəssam Joze Malyoa, 1910)

Fadu (port. fado, lat. fatum — tale) — ənənəvi portuqal musiqisinin xüsusi janrı. Janrın emosional yükü, portuqalca "saudadi" (port. saudade) adlandırılan, tənhalıq, nostalji, kədər və məhəbbət əzabının mürəkkəb ahəngindədir. Janrına görə portuqal gitarasının müşayiəti altında ifa olunan lirik solo nəğmənin bir növüdür.

27 noyabr 2011-ci ildə fadu YUNESKO tərəfindən Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]