Ferdinand Ruşits

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ferdinand Ruşits
Doğum tarixi 10 dekabr 1870(1870-12-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 oktyabr 1936(1936-10-30)[1][2][…] (65 yaşında)
Vəfat yeri
Dəfn yeri
Uşaqları 6[3]
Fəaliyyəti rəssam-peyzajçı
Təhsili Sankt-Peterburq Universiteti,
Ali İncəsənət Məktəbi (1897)
Janr peyzaj
Stil simvolizm
Mükafatları Order of Isabella the Catholic‎ "Fəxri Legion" ordeninin zabit dərəcəsi "Fəxri legion" ordeni kavaleri Gold Cross of Merit‎ Commander of the Order of Polonia Restituta Commander of the Military Order of Saint James of the Sword
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ferdinand Eduardoviç Ruşits (pol. Ferdynand Ruszczyc; belar. Фердынанд Рушчыц; 10 dekabr 1870[1][2][…], Bahdanava[d], Vilen quberniyası[d]30 oktyabr 1936[1][2][…], Bahdanava[d], Novoqrudok voyevodluğu[d]) — Belarus və Polşa rəssamı, qrafik, səhnə qurucusu.

Torpaq

Orta klassik təhsilini Minsk gimnaziyasında almışdır. 1890-cı ildən Sankt-Peterburq Universitetinin hüquq fakültəsində oxumuşdur. 1892—1897-ci illərdə İ.İ.ŞişkinA.İ.Kuincinin rəhbərliyi altında İmperator Sənətlər Akademiyasının nəzdində Ali Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə təhsil almışdır.

Təhsil məqsədi ilə Krım, Fransa, Almaniya, İtaliya, İsveç kimi bir neçə yerə səyahət etmişdir. 1897-ci ildə Rəssamlıq Akademiyasının diplom işləri sərgisində debüt etdi. O vaxtdan 1900-cü ilə qədər əsərləri akademiyanın illik sərgilərində nümayiş etdirilirdi. 1899-cu ildə ilk sərgi Vilnada təşkil edildi. Şəhərin ictimai və mədəni həyatında iştirak edirdi, teatrla fəal əməkdaşlıq göstərirdi.

"Mir iskusstva" birliyi işində epizodik iş görmüşdür (o cümlədən, 1902-ci ildə Moskva sərgisində iştirak etmişdir). 1900-cü ildə Krakovda "Ştuka" ("Sztuka"; "İncəsənət") adlı Polşa modernist rəssamları cəmiyyətinin üzvləri dərnəyinə qatıldı. 1903-cü ildə Vilnada bu dərnəyin sərgisini təşkil etdi. 1904—1907-ci illərdə İncəsənət Məktəbində (Szkoła Sztuk Pięknych) rəssamlıq dərslərini verirdi. 1907—1908-ci illərdə Krakov İncəsənət Akademiyasında professor olmuşdur.

1918—1919-cu illərdə Stefan Batori Universitetində İncəəsənət Bölməsinin təşkilində iştirak etmiş və ilk dekanı olmuşdur.

1921-ci ildə Parisdəki Qran Pale sarayında polyak sənətkarlarının ilk rəsmi sərgisini təşkil etdi. Buna görə "Fəxri Legion" ordeni ilə təltif edildi.

1935-ci ildə Polşa prezidenti İqnatsi Mostsitski ona Stefan Batori Universitetinin "Fəxri professoru" adını verdi. Elə həmin il Ruşits ağır xəstələndi. O, danışmaq və sağ əllə yazmaq qabiliyyətini itirdi. Rəssam aktiv ictimai fəaliyyətlərini dayandıraraq Boqdanovoya köçdü, lakin zarisovkalar çəkməyə davam etdi.

30 oktyabr 1936-cı ildə Ferdinand Ruşits vəfat etdi. Onu Boqdanovodakı qəbiristanlıqda dəfn etdilər.

Vilnüs şəhərində Ferdinand Ruşitsin 1923—1934-cü illərdə yaşadığı[4] Tibb Kollegiyasının keçmiş binasının (Piles küçəsi 22) həyətinə baxan divarın üstündə 11 iyun 1999-cu ildə, Ruşitsə həsr olunan barelyefli xatirə lövhəsi (heykəltaraş Romualdas Kvintas olmuşdur) açıldı.[5]

Vilnüs yaxınlığındakı Rudamina kəndindəki gimnaziya Ferdinand Ruşitsin adını daşıyır.[6]

Minsk küçələrindən biri Ferdinand Ruşitsin adını daşıyır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Əsasən mənzərələr çəkirdi. İllüstrasiyalar, vinyetkalar, kitab üzləri, afişa və plakat eskizlərinin müəllifidir. Əllidən çox kitabı tərtib etmiş və şəkil vermişdir.[7] Onlar arasında Yuliuş Klosun "Vilna üzrə soraq kitabçası" („Przewodnik po Wilnie“) əsəri yer alır.

Yuliuş Slovatskinin "Balladina" (1914) və Stanislav Vıspyanskinin "Toy" (1910) və "Noyabr gecəsi" (1930) daxil olmaqla on beş teatr tamaşasının dekorasiyasının müəllifi olmuşdur; bir sıra dramatik teatr əsərlərini səhnələşdirmişdir (sadalananlarla yanaşı Vilna teatrında Pyer Kornelin "Sid" tamaşası, 1924). Vilnanın qədim abidələri haqqında məqalələr yazırdı.

Əsərlər əsasən Polşa və Litvanın muzeylərində saxlanılır, eyni zamanda Belarusiya və Rusiyada bir neçə rəsm əsəri var.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Skalska-Miecik L. Ferdynand Ruszczyc // Ruszczyc, Ferdynand (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T074715
  3. https://www.brown.edu/Research/Breaking_Ground/bios/Ruszczyc_Barbara.pdf.
  4. Bučas, Jurgis; Doveika, Kostas; Jučas, Kostas. Medicinos kolegijos namas // Lietuvos TSR istorijos ir kultūros paminklų sąvadas. 1: Vilnius (25000 nüs.). Vilnius: Vyriausioji enciklopedijų redakcija. 1988. 203. (lit.)
  5. Danguolė Dainienė. "Ferdinandas Ruščicas (Ferdynand Ruszczyc)". Vilnijos vartai (litva). Vilniaus apskrities kraštotyra. 2011. 2014-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-01.
  6. "Гимназия им. Фердинанда Рущица в Рудамине". Гимназия им. Фердинанда Рущица в Рудамине. 2016. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-06.
  7. "Каунасская школа искусств. Деятельность ARS". Медиаэнциклопедия ИЗО. 2018-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-11.
  • Aleksandra Giełdoń-Paszek. Ferdynand Ruszczyc jako pedagog i pejzażysta Wileńszczyzny. — Dailės istorijos studijos. 1 tomas: XX amžiaus pradžios Vilnius: modernėjančios kultūros židinys = Wilno początku XX wieku: ognisko modernizującej się kultury. Straipsnių rinkinys lietuvių ir lenkų k., sudaryt. L. Laučkaite, Vilnius: Kultūros, filosofijos ir meno institutas, sp. «Sapnų sala», 2004. ISBN 9986-638-48-8. S. 81—87.
  • Рушчыц Ф. Дзённік — Мн.: Медысонт, 2002.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]