Folketinq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Folketinq
Folketinget
Ümumi məlumatlar
Təsis tarixi 1849
Sayt
ft.dk
thedanishparliament.dk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Folketinq (Danimarka : Folketinget) digər adı ilə Danimarka Parlamenti kimi də tanınır, Farer adalarıQrenlandiya ilə birlikdə Danimarka Krallığının birpalatalı milli qanunverici orqanıdır.[1] 1849-cu ildə qurulan Folketinq 1953-cü ilə qədər ikipalatalı parlamentin aşağı palatası idi. Bu zaman yuxarı qanunverici orqan Landstinget idi. Məclis Kopenhagenin mərkəzindəki Slotsholmen adasındakı Christiansborg sarayında yerləşir.

Folketinq qanunları qəbul edən, nazirlər kabinetini təsdiq edən və hökumətin işinə nəzarət edən parlamentdir. O, eyni zamanda dövlət büdcəsinin qəbulu, tənzimlənməsi və dövlət hesabatlarının təsdiqi ilə bağlı məsuliyyət daşıyır. Danimarka Konstitusiyasında qeyd olduğunu kimi Folketinq öz hakimiyyətini bu gün də monarxiya ilə bölüşür. Lakin indiki dövrdə monarxın rolu qanunverici orqanın qəbul etdiyi qanunları imzalamaqla məhdudlaşır. Məclis tərəfindən qabun qəbul qanun edildikdən sonra 30 gün ərzində monarx tərəfindən imzalanmalıdır.

Folketinqin tərkibi 179 deputatdan ibarətdir. Bu deputatlardan ikisi Qrenlandiya adasını ikisi isə Farer adalarını məclisdə təmsil edir. Seçkilər dörd ildən bir keçirilir. Lakin hökumətin səlahiyyət müddəti bitmədən seçki keçirməsini tələb etmək baş nazirin səlahiyyətlərinə daxilindədir. Folketinq Etimad referendumu keçirib tək bir naziri və ya bütün hökuməti istefaya məcbur edə bilər. .

Üzvlər proporsional seçki sistemi ilə demokratik olaraq seçilir. Səslərin sayılmasında D'Hondt sistemi tətbiq olunur. Danimarka siyasi sistemində çox sayıda koalisiyalar mövcuddur. II Dünya Müharibəsindən sonrakı hökumətlərin əksəriyyəti hökumətdə təmsil olunmayan azlıq partiyalarının dəstəyi ilə idarə edilən koalisiya hökumətiləri idi.[2] Parlamentin açılış günü Kraliça II Marqretnin iştirakı ilə olur.

  1. "About the Danish Parliament". thedanishparliament.dk. The Danish Parliament. 25 Ağustos 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 Ağustos 2015.
  2. "Radikale ved historisk skillevej". 5 Kasım 2018 tarixində arxivləşdirilib.