Georgi Svetaçov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Georgi Svetaçov
Şəxsi məlumatlar
Doğum tarixi 25 noyabr 1922(1922-11-25)
Doğum yeri
  • Kalaçev rayonu[d]
Vəfat tarixi 22 noyabr 1943(1943-11-22) (21 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Rütbəsi Leytenant
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Georgi Georgiyeviç Svetaçov (25 noyabr 1922, Kalaçev rayonu[d]22 noyabr 1943, Qorodnya[d], Çerniqov vilayəti) — Sovet İttifaqı Qəhrəmanı (15 yanvar 1944)

Georgi Svetaçov 25 noyabr 1922-ci ildə Rusiyanın Voronej vilayətinin Kalaçev rayonunun Blaqoveşşensk xutorunda rus ailəsində anadan olub. 1941-ci ildə Bakı şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Leytenant 1942-ci ildə Oryol tank məktəbini bitirmişdir. 65-ci ordunun 1-ci taqım korpusunun 95-ci tank briqadasının taqım komandiri olmuşdur. Belarusiyanın Qomel vilayətinin Loyev yaşayış məntəqəsinin alınmasında fərqlənmişdir[1].

22 noyabr 1943-cü ildə Ukraynada aldığı yaralardan vəfat etmişdir. Ukrayna Respublikasının Çerniqov vilayətinin Qorodnya şəhərində dəfn edilmişdir[1].

15 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni ilə təltif edilmişdir[1][2].

  1. 1 2 3 Azərbaycan Respublikası Xatirə Kitabı, XIII cild. Bakı: Respublika Xatirə Kitabı redaksiyası. 2013. səh. 532-533. ISBN A-49.
  2. Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Советского Союза генералам, офицерскому, сержантскому и рядовому составу Красной Армии» от 15 января 1944 года Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine // Ведомости Верховного Совета Союза Советских Социалистических Республик : газета. — 1944. — 23 января (№ 4 (264)). — С. 1.
  • Юные герои Витебщины. Минск, 1980.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]