GoDaddy
GoDaddy — ABŞ-də yaradılmış, səhimləri açıq şəkildə satılan domen qeydiyyat və hostinq şirkətidir. Şirkətin baş ofisi Arizona ştatındakı Tempe şəhərində yerləşir.
GoDaddy | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tipi | İctimai şirkət |
Sənaye | Veb Hostinq, Domen qeydiyyatı, SSL Sertifikatları və veb sayt qurucu |
Təsis tarixi | 1997 (Jomax Technologies olaraq) |
Baş qərargahın yeri | Tempe, ABŞ |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri | 3.32 milyard $ (ABŞ dolları) - 2020 |
Xalis mənfəəti | 154 milyon $ (ABŞ dolları) - 2017 |
Struktur | |
İşçi sayı | 7000 (2020-ci ildə) |
godaddy.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2021-ci ilin dekabır ayının 21 də götürülən statistikaya görə, şirkətin dünya üzərində 20 milyon müştərisi və 9000 işçisi var.
Tarixi
[redaktə | mənbəni redaktə et]GoDaddy şirkəti 1997-ci ildə Amerikan iş adamı Bob Parsons tərəfindən Finiks şəhərində yaradılıb.
İnfrastrukturu
[redaktə | mənbəni redaktə et]2013-cü ildən olan statistikaya görə GoDaddy şirkəti ICANN tərəfindən tanınmış ən böyük domen qeydiyyatı aparan şirkət olaraq göstərilib. Şirkətin Finiks şəhərində 25.000 m2 sahəli ərazisi var.
Şirkətin Adı
[redaktə | mənbəni redaktə et]1999-cu ildə Jomax Technologies şirkətinin mühəndisləri etdikləri beyin fırtınalarının birində şirkətin adını dəyişməyi qərarlaşdırıblar. İşçilərdən biri təklif edib ki, bəlkə şirkətin adını Big Daddy edək? Təəsüflər olsun ki, həmin domen adı başqası tərəfindən alınmışdı. Bunu görən Bob Parson domeni boş olan GoDaddy adını təklif edib. Parson şirkətin adını GoDaddy qoymaq səbəbinin bu adın insanları güldürməsi və tez yadda qalması olduğunu deyib.
GoDaddy-in orijinal loqosu çizgi film tərzində çəkilmiş, saçları dağınıq və gün eynəyi taxmış kişi fiqurudur. 2020-ci ildə şirkət loqosunu dəyişərək daha sadə, sans-sherif fontuyla yazılmış GoDaddy sözünü seçib. Yeni loqonun solunda yerləşən simvol isə GO sözünün ürək şəklində dizayn edilmiş formasıdır.