Hacib
Naviqasiyaya keç
Axtarışa keç
Hacib — lüğəti mənası qədim və müasir ərəb sözlüklərində təfsilatı ilə izah edilmiş bu söz (hacaba – birinin bir yerə girməsinə mane olmaq və buradan (hacib – qapıçı), Əməvilər zamanından başlayaraq şərq və qərbdəki müsəlman dövlətlərində əsrlər boyu işlənmişdir. Əvvəllər hökmdar saraylarında «vasitəçi» mənasında işlənirdi.
Hacib həm də xidmətçi, kamerker deməkdir. Orta əsrlərdə Yaxın Şərq ölkələrində sarayda ən yüksək vəzifələrdən biri idi. Saray mərasimlərinin təşkilində mühüm rol oynayırdı.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Һаҹиб // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 144.