Haldun Taner
Haldun Taner | |
---|---|
türk. Haldun Taner | |
Doğum tarixi | |
Doğum yeri | Türkiyə, İstanbul |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Türkiyə |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | Türk |
Təhsili | Ali |
İxtisası | Ədəbiyyatşünas |
Fəaliyyəti | jurnalist, yazıçı |
Əsərlərinin dili | Türk dili |
İlk əsəri | "Töhmet", 1946-cı il |
Vikianbarda əlaqəli mediafayllar |
Haldun Taner — Türkiyə yazıçısı, jurnalist.
Həyatı
[redaktə | mənbəni redaktə et]Haldun Tanerı 16 mart 1915-ci ildə İstanbulda anadan olmuşdur. Orta təhsilini 1935-ci ildə Qalatasaray Sultanisində bitirib məzun olandan sonra dövlət tərəfindən təhsilini davam etdirmək üçün Almaniyaya — Heidelberq Universitetinə göndərilib. 1938-ci ildə ağır vərəm xəstəliyinə görə təhsilini yarım qoyub vətəninə qayıdır. 1938–1942-ci illərdə Erenköy Sanatoriyasında müalicə olunur.
Ali təhsilini 1950-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsi Alman Filalogiyası bölməsində tamamlamışdır.
27 may 1960-cı ildəki hərbi çevrilişi nəticəsində universitetdən uzaqlaşdırılan və 147-lər adlanan alimlər arasında idi.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat yaradıcılığına gənclik illərində yazdığı eskizlərlə başlamışdır. "Töhmət" adlı ilk hekayəsi 1946-cı ildə Yedigün jurnalında "Haldun Yağcıoğlu" təxəllüsü ilə çap edilmişdir. Yazıçılıqla yanaşı İstanbul Universiteti Qəzetçilik İnstitutunda, Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsində, İstanbul Universiteti Ədəbiyyat Fakültəsində ədəbiyyat, sənat tarixi ve teatr dərsləri verən Haldun Taner, Milliyət Qəzetində redaktor işləyərkən, 7 may 1986-cı ildə İstanbulda vəfat etmişdir.