Hisense

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hisense
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi ictimai şirkət
Sənaye elektron qurğular
Məhsulu məişət texnikası
Təsis tarixi sentyabr 1969
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri
  • 126.634.970.000 ¥ (2018)[1]
global.hisense.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hisense (çin. 海信集团; pinyin: hǎi xìn jí tuán) — baş ofisi Çinin Şandun əyalətinin Qingdao şəhərində yerləşən çoxmillətli məişət əşyaları və elektronika istehsalçısı. Bu şirkət, ictimai şirkət tipində olub, eyni zamanda da törəmə şirkətləri olan dövlət müəssisəsidir.

Hisense şirkətinin iki ictimai şirkət tipində olan şirkəti mövcuddur. Hisense Electric Co Ltd Şanxay Fond Birjasında qeydiyyatdan keçmişdir (SSE: 600060). Hisense Kelon Electrical Holdings Co Ltd şirkəti isə Shenzhen (SZSE: 000921) və Honq Konq (SEHK: 921) birjalarında qeydiyyatdan keçmişdir[2].

Hisense şirkətinin Çində 13 istehsal müəssisəsi mövcuddur. Sözügedən istehsal müəssisələri Quangdong, Guizhou, Huzhou, Jiangsu, Liaoning, Linyi, Shandong, Sichuan, Yangzhou, Yingkou, Sincan, Zibo və Pekin bələdiyyələrinin əyalətlərində/şəhərlərində yerləşir. Bu istehsal müəssisələrindən bir neçəsi isə Çindən kənarda, yəni Macarıstan, Cənubi Afrika, Misir, Əlcəzair, FransaMeksikada yerləşir. Hisense müxtəlif brend adlar altında məhsulların satışını həyata keçirir. Bu brendlərə Combine, Kelon və Ronshen daxildir. Hisense şirkəti həmçinin də OEM-dir, məhz buna görə də onun hazırladığı bəzi məhsullar digər istehsalçılara satılır və Hisense ilə heç bir əlaqəsi olmayan bir marka adı daşıyır. 2015-ci ildə məşhur Yaponiya şirkətlərindən biri olan Sharp Corporation brendindən istifadə edərək Amerikada televizor satmaq hüququnu əldə etmişdir. Həmçinin də, 2013-cü ildən etibarən şirkət, öz marka adı ilə televizorların istehsalına başlamışdır.

Hisense 1969-cu ilin sentyabr və ya dekabr aylarında Qingdao hökumət rəsmiləri tərəfindən yaradılmış olan Qingdao 2 saylı Radio Fabrikinin əsasında böyümüşdür.[3] Bu, onun mövcudluğunun rəsmi olaraq tanındığı il olmuşdur. Bu kiçik fabrikin ilk məhsulu Red Lantern brendi altında satılan radiolar olmuşdur, lakin şirkət daha sonra Şanqdonq Milli Müdafiə Bürosunun sifarişi ilə ağ-qara televizorların sınaq istehsalı ilə bağlı nou-hau əldə etmişdir.[4] Bu, üç işçinin texniki təlimi, Çinin başqa bir fabrikində — Tianjin 712-də həyata keçirilmişdir ki, bu da öz növbəsində 1971-ci ildə 82 televizorlarının istehsalına və 1975-ci ilə qədər də tranzistor televizorlarının inkişafına səbəb olmuşdur.[5]

Çindəki televiziya istehsalı 1979-cu ilə qədər, Pekində Elektron Poçt Nazirliyinin iclasında mülki istifadə üçün nəzərdə tutulmuş olan elektronika sənayesinin daha da inkişaf etdirilməsini tələb etmişdir. Qingdao 2 saylı Radio Fabriki daha sonra tez bir zamanda digər yerli elektronika istehsalçıları ilə birləşmiş və Shandong əyalətində yerləşən Qingdao Ümumi Televiziya Fabriki adı altında televizorlar istehsal etməyə başlamışdır.[6][7]

Rəngli televizorlar, Hisense şirkətinin bazarlarda rəqabətədavamlı qalmaq məqsədilə həyata keçirmiş olduğu siyasətə müvafiq olaraq bir çox xarici şirkətlər içərisində ilk dəfə olaraq Matsushitadan aldığı istehsal xətti ilə istehsal edilmişdir.[8] Şirkətin əldə etmiş olduğu xarici şirkətlər arasında Hitachi, Lucent, Panasonic, NEC, Sanyo, ToshibaQualcomm kimi şirkətlər vardır.[9] 2015-ci ilin iyul ayında Hisense, Şimali və Cənubi Amerikada satılan televizorlarda Sharp brendindən istifadə hüquqları ilə yanaşı, 23,7 milyon dollara Meksikada bir müəssisə əldə etmişdir.[10]

Hisense telekommunikasiya və məlumat kommunikasiyası sənayesi üçün məişət texnikası, televizorlar, rəqəmsal televiziya qəbulediciləri, rəqəmsal televiziya yayım avadanlıqları, noutbuklar, mobil telefonlar, simsiz modullar, simsiz kompüter kartları və optik komponentlər istehsal edir.

Şirkət, həmçinin əmlakın idarə edilməsi, informasiya texnologiyaları xidmətləri, məhsul dizaynı, qəlib dizaynı, qəlib istehsalı, qəlib emalı və istehsalı sahələri də daxil olmaqla müxtəlif xidmətlər təklif edir.

  1. https://finance.sina.com.cn/zt_d/2019_zq500qbd/.
  2. "Arşivlenmiş kopya". 8 may 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2017.
  3. December 2020, Henry St Leger 01. "Should I buy a Hisense TV? A look at the budget smart TV brand". TechRadar. 16 September 2021. 10 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2024.
  4. Ling Liu. China's industrial policies and the global business revolution: the case of the domestic appliance industry. Routledge. 2005. 127–146. ISBN 978-0-415-35560-5. İstifadə tarixi: 30 November 2011.
  5. Annual report 2017 Arxiv surəti 11 iyul 2018 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 11 iyul 2018 at the Wayback Machine p. 9, Simplified Chinese
  6. "Week in China Zhou Houjian". www.weekinchina.com. 20 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2009.
  7. "China's Hisense ups stake in Slovenia's Gorenje to over 95 percent". reuters.com. 28 June 2018. 1 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2019.
  8. Leo Kellon. "CES: Looking beyond 4k to the TVs of the future". dot.rory. BBC. 10 January 2013. 26 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 July 2018.
  9. "Toshiba sells TV, visual solutions unit to Hisense of China". Washington Post. 14 Nov 2017. İstifadə tarixi: 14 Nov 2017.
  10. "Japan's Sharp to exit Americas TV market after deep Q1 loss". reuters.com. Thomson Reuters. 31 July 2015. 20 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 April 2016.