II Aleksandrın məhkəmə islahatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
II Aleksandr

II Aleksandrın məhkəmə islahatı1860-cı illərdə imperator II Aleksandrın həyata keçirdiyi islahatlardan biri.

Rus məhkəmə sisteminə dair karikatura. 1850-ci illərin sonu.

Rusiya imperiyasında iqtisadi inkişafın və 50-ci illərin sonu – 60-cı illərin əvvəllərindəki şəraitin təsiri altında öz obyektiv sosial-iqtisadi məzmununa görə burjua xarakterli məhkəmə islahatına başlamağa məcbur oldu. 1864-cü il noyabrın 20-də II Aleksandr hakim senata fərman imzaladı. Bu fərmana ―1864-cü il 20 noyabr məhkəmə nizamnamələri adı altında birləşdirilmiş məhkəmə təsisatları, cinayət məcəlləsi, mülki məcəllə və andçı hakimlər tərəfindən qoyulan cəzalar haqqında nizamnamə əlavə edilmişdi.

Məhkəmə islahatı silki məhkəmələri bütün silklər üçün ümumi olan məhkəmələrlə əvəz etdi, andlılar məhkəməsi, vəkillər korpusu yaratdı, məhkəmə instansiyaların sayını azaltdı. Bu islahat formal olaraq məhkəmə quruculuğu və məhkəmə icrası, məhkəmə hakimiyyətinin qanunverici və icraedici hakimiyyətlərdən ayrılması, məhkəmə prosesinin aşkarlığı, hakimlərin müstəqilliyi və onların bütün işləri öz daxili inamlarına müvafiq surətdə həll etmək hüququ, cinayət işlərinin əskəriyyətinin andlı iclasçılarının iştirakı ilə baxılması və s. burjua-demokratik prinsiplərini bəyan etdi.

1864-cü il məhkəmə islahatı məlum dərəcədə müsbət əhəmiyyətə malik idi. Bununla bərabər, hakim təbəqə tərəfindən, mütləqiyyət quruluşu şəraitində keçirilmiş bu islahat da yarımçıq idi. Onun qeyri-ardıcıllığı, ilk növbədə, dövlət cinayətlərinin andlılar məhkəməsinin ixtiyarından alınmasında təzahür etdi. Bu cinayətlərə baxılması silki nümayəndələrin iştirakı ilə ancaq məhkəmə palatalarına etibar edilirdi. Belə ki, mürtəce zadəganların fikrincə, andlılar məhkəməsi çar hökumətini arzuolunmaz hökmlərdən hifz edə bilməzdi. İmtiyazlı silk namüyəndələrini (quberniya zadəganlarının başçısı, yerli məhkəmə dairəsinin yerləşdiyi qəzanın zadəgan başçılarından biri şəhər rəisləri və kətxudaların hərəsindən bir nəfər) iştirak etdikləri məhkəmə, hakim təbəqənin mənafeyini müdafiə edən etibarlı silah olmalı idi.

Burjua məhkəmə quruculuğu və məhkəmə icrasının əsaslarını tətbiq etmiş 1864-cü il məhkəmə islahatı təhkimçilik münasibətlərinin kəndliləri üçün volost məhkəməsi, ruhanilər üçün xüsusi məhkəmə, çar məmurlarının vəzifə cinayətlərinə baxmağın xüsusi qaydası, vəzifəli şəxslərin məhkəməyə verilməsini güzəştli qaydaları və s. qalıqlarını qoruyub saxladı.

1864-cü il məhkəmə islahatının yarımçıqlığı Rusiyanın digər milli ucqarlarında olduğu kimi, onun Azərbaycanda da həyata keçirilməsi zamanı özünü xüsusən parlaq şəkildə göstərdi. Çarizm bu bölgələrdə feodal hüquqi təsisatlarını qoruyub saxlayırdı.

Azərbaycanda və Cənubi Qafqazda məhkəmə islahatı və onun mahiyyəti

[redaktə | mənbəni redaktə et]

Məhkəmə islahatı Azərbaycana və bütün Cənubi Qafqaza canişinin 1865-ci ildə yaratdığı xüsusi komissiyanın hazırladığı çar tərəfindən 1866-cı il noyabrın 22-də təsdiq olunmuş 1864-cü il 20 noyabr məhkəmə nizamnamələrinin Cənubi Qafqaz diyarında tətbiq edilməsi haqqında təkliflər əsasında şamil olundu.

Çarizm öz müstəmləkəlik xəttinə sadiq qalaraq, Cənubi Qafqazın xüsusiyyətlərini, yəni yerli əhalinin geridə qalması haqqında yalanı birinci yerə çəkərək, məhkəmə nizamnamələrinin tətbiqində bir sıra mühüm məhdudiyyətlər nəzərdə tutmuşdu.

Andlılar məhkəməsi tətbiq edilmədi, çünki hakim dairələr bu məhkəmənin işlərində yerli əhalinin iştirakı üçün yaratdığı cüzi imkana belə yol vermək istəmirdi.

İstintaq və barışıq sahələrinin əvəzinə barışıq hakimi, onun köməkçiləri və digər məmurları olan barışıq şöbələri yaradılırdı. Böyük ərazisi olan qəzaları əhatə edən barışıq şöbələrinin tərkibində barışıq hakimi başda olmaqla, xüsusi məhkəmə sahiblərinin yaradılmasına icazə verilirdi. Barışıq hakimləri və onların köməkçiləri məhkəmə müstəntiqlərinin də vəzifəsini yerinə yetirirdilər.

1864-cü il nizamnamələrinin nəzərdə tutduğu hakimlərin sekçilər sistemi mütləqiyyətə yararlı hakimlərin seçilməsini təmin etsə də Azərbaycanda barışıq hakimləri seçilmir, canişin tərəfindən təyin edilirdilər.

Çar hökuməti, hətta bu məhdudiyyətlərlə belə, Cənubi Qafqaz diyarının məhkəmə sistemində islahat keçirməyə tələsmədən, bu işi bir neçə il uzatdı.

Məhkəmə orqanları sistemi Tiflis məhkəmə palatası, quberniyadakı dairə məhkəmələri, qəza, dairə və vilayətlərdəki, habelə quberniya şöbələrindəki barışıq məhkəmələrindən ibarət idi.

Azərbaycan ərazisində yeni məhkəmə idarələri 1868–1869-cu illərdən fəaliyyət göstərməyə başladı. Bütün işlər barışıq hakimi tərəfindən təkbaşına həll edilirdi. Üç günə qədər həbs cəzası və 100 manatadək cərimələr haqqındakı hökm və qərarlardan dairə məhkəmələrinə şikayət etmək olardı.

BakıYelizavetpol quberniyalarındakı dairə məhkəmələri canişinin təqdimatı üzrə çar tərəfindən təsdiq edilən sədr, sədr müavini və altı nəfər üzvdən ibarət tərkibdə təsis olunurdu. Dairə məhkəməsi barışıq hakimlərinin hökm və qərarlarından edilən şikayətləri nəzərdən keçirir və əslində barışıq şöbələrinin səlahiyyətlərinə daxil olmayan bütün cinayət və mülki işləri həll edirdi.

Dairə məhkəmələrinin hökm və qərarlarından Tiflis məhkəmə palatasına şikayət etmək olardı. Sonuncu isə qərar qəbul edirdi. Tiflis məhkəmə palatasının və dairə məhkəmələrinin yanında prokurorlar da var idi.

Məhkəmə orqanlarının fəaliyyətinin təşkili

[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqaz məhkəmə idarələri üzərində ümumi nəzarəti canişin həyata keçirirdi. Bu halda o, ədliyyə naziri rolunda çıxış edirdi. Çar hökuməti AzərbaycandaCənubi Qafqazın digər rayonlarında sinfi mübarizənin kəskinləşdiyi şəraitdə məhkəmə təqib işlərini gücləndirmək məqsədilə dəfələrlə barışıq şöbələrinin səlahiyyətini yenidən nəzərdən keçirərək, onu xeyli məhdudlaşdırmış, müvafiq olaraq dairə məhkəmələrinin səlahiyyətlərini genişləndirmişdi.

Məhkəmə icrası ciddi nöqsanlara malik idi. Çarizmin müstəmləkəçilik siyasəti burada güzcüdəki kimi əks olunurdu. Hakimlərin tərkibində yerli əhalinin nümayəndələri yox idi, məhkəmə əhalinin dili, adət və ənənələrini bilməyən adamlar tərəfindən aparılırdı. İşlərə müstəsna olaraq, rus dilində baxılırdı. Bu da ona gətirib çıxarırdı ki, proses iştirakçıları bir qayda olaraq bir-birini başa düşmür və tərcüməçilər vəsitəsi danışmağa məcbur olurdular. Mülki işlərin baxılmasında əsrlərdən bəri formalaşmış yerli adətlər qətiyyən nəzərə alınmır, iddialar üzrə şahid ifadələrin büsbütün rədd edilir və ancaq yazılı, sənədli sübutlar qəbul olunurdu. Əhalinin kütləvi savadsızlığı şəraitində isə belə sənədlər adətən olmurdu. Rahat yolların olmaması şəraitində və barışıq şöbələrinin bir çox yaşayış məntəqələrindən uzaqlığı, məhkəmə işlərindəki hədsiz formalizm, işlərin aparılmasına olduqca çox vaxt sərf edilməsi alayarımçıq savadlı və baha başa gələn vəkillərin xidmətinə müraciət işlərini daha da mürəkkəbləşdirdi.

Təkcə məhkəmə prosesinin deyil, həm də istintaqın, notarius işlərinin və hamillik idarələri vəzifələrinin yerinə yetirilməsinin barışıq məhkəmələrinin üzərinə qoyulması ona gətirib çıxarırdı ki, bu məhkəmələr külli miqdarda cinayət və mülki işlərin içində itib-batır, bu işlərin baxılmasını illərlə uzadırdı. XIX yüzilliyin lap sonunandək Bakı quberniyasının təkcə barışıq məhkəmələrində hər il 14 min iş baxılmamış qalırdı. Məhkəmələrin fəaliyyətində zəhmətkeşlərin qanuni hüquq və mənafeyinin tapdalanması parlaq şəkildə ifadə olunurdu.

Çar hökuməti kəndlilərin çıxışlarına cavab olaraq, məhkəmə və inzibati polis zülmünü gücləndirirdi. Kəndlilər tərəfindən mülkədarbəylər və çar məmurlarının həyat mülkiyyətinə, mütləqiyyətinə qoyduğu hüquq qaydalarına edilən qəsdlərlə bağlı bir çox cinayət işi hərbi-idarə məhkəmələrinə verilməyə başladı. Sonuncuların isə adi cəza ölçüsü ölüm cəzası idi.

  • Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı: 1989,
  • Azərbayan tarixi, Uzaq keçmişdən 1870-ci illərə qədər. Red. S. S. Əliyarlı. Bakı: 1996
  • Abdullayev M. Q. Xanlıqlar və rus müstəmləkəçiliyi dövründə Şimali Azərbaycanda aqrar münasibətlər (XIX əsrin 40-cı illərinə qədər). Bakı: 2005
  • İsmayılov X. X. Azərbaycanın dövlət və hüquq tarixi. Bakı: 2006,
  • Ибрагимова Н. Система управления российского царизма в Северном Азербайджане в начале XIX столетия (до 1840-х годов). АКД, Баку: 2008
  • Колониальная политика Российского царизма в Азербайджане. Т. I, М.-Л., 1936,
  • Джаншиев Г. Основы судебной реформы (к 25-летию нового суда). Историко-юридические этюды.. — М., 1891. — 523 с. Джаншиев
  • Гессен И. В. Судебная реформа.. — СПб, 1905. — 267 с. Гессен
  • История Правительствующего Сената за двести лет. 1711–1911.. — СПб: Сенатская типография, 1911. — Т. 4. — 529 с. История Правительствующего Сената
  • Лонская С. В. Мировая юстиция в России. — Калининград, 2000. — ISBN 5-88874-192-2. Лонская
  • Судебные уставы, Высочайше утвержденные 20 ноября 1864 года, с разъяснением их по решениям Кассационных департаментов Правительствующего Сената.. — М.: Изд. * А. Е.Гарнака, 1869. — 930 с. Судебные уставы 1864 года
  • Немытина М. В. Суд в России: вторая половина XIX — начало XX вв / Дисс-я на соискание степени д.ю.н.. — М.: Академия управления МВД, 1999. — 403 с. Немытина
  • Муравьев Н. В. Прокурорский надзор в его устройстве и деятельности. Пособие для прокурорской службы. — М.: 1889. — Т. I. — 552 с. Муравьев
  • Корф С.А. Административная юстиция в России / В 2-х томах.. — СПб., 1910. — 528; 507 с. Корф
  • Судебная реформа. / Под редакцией Н. В.Давыдова и Н. Н.Полянского. В 2-х томах.. — М.: Объединение, 1915. — С. 1381; 310. Судебная реформа
  • Лонская С. В. Мировая юстиция в России. — Калининград, 2000. — 215 с.