IV İvan Qroznı
İvan IV Vasilyeviç | |
---|---|
Іѡа́ннъ Васи́лїевичъ | |
1547 – 1584 | |
Sonrakı | I Fyodr |
1533 – 1575 | |
Əvvəlki | III Vasili Yelena Qlinskaya (regent) |
Sonrakı | Simeon Bekbulatoviç |
1576 – 1584 | |
Əvvəlki | Simeon Bekbulatoviç (De-yure) |
Sonrakı | I Fyodor |
Şəxsi məlumatlar | |
Doğum adı | Иван Васильевич |
Doğum tarixi | 25 avqust 1530[1][2][…] və ya 15 avqust 1530 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 (28) mart 1584[1][2][…] (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | zəhərlənmə[d] |
Dəfn yeri |
|
Fəaliyyəti | siyasətçi |
Atası | III Vasili |
Anası | Yelena Qlinskaya |
Həyat yoldaşları |
qanuni: 1) Anastasiya Romanovna 2) Mariya Temryukovna 3) Marfa Sobakina 4) Anna Koltovskaya |
Uşaqları |
oğulları: Dmitri, İvan, Fyodor, Vasili, Dmitri Uqlitski qızları: Anna, Mariya, Yevdokiya |
Ailəsi | Rüriklər sülaləsi |
Dini | şərqi ortodoks xristianlıq |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
İohann IV Vasilyeviç və ya İvan Qroznı (25 avqust 1530[1][2][…] və ya 15 avqust 1530, Kolomenskoye[d], Böyük Moskva Knyazlığı – 18 (28) mart 1584[1][2][…], Moskva, Çar Rusiyası) — Moskva və 1533-cü ildən bütöv Rusiyanın böyük knyazı, Rusiyanın ilk çarı (1547-ci ildən; yalnız 1575-1576-cı illərdə "bütöv Rusiyanın böyük knyazı" nominal olaraq Simeon Bekbulatoviç olmuşdur).[3]
Moskva böyük knyazı III Vasili və Yelena Qlinskayanın böyük oğlu. Mənşəcə atası tərəfindən o, Rüriklər sülaləsinin Moskva budağına aid olunurdu, anası tərəfindən isə Qlinski Litva knyazlarının banisi hesab edilən Mamay xanın nəslinə.[4][5] Ata tərəfindən nənəsi bizans imperatorların sülaləsindən gələn Sofiya Paleoloq idi.[6]
Nominal olaraq İvan 3 yaşından hökmdar oldu. 1547-ci ildəki Moskva üsyanından sonra "İzbrannaya rada" ("Seçilmiş rada") yaradaraq, o, yaxın hesab etdiyi şəxslərin iştirakı ilə hökümdarlıq eləməyə başladı. Hərbi xidməti, məhkəmə sistemi və dövlətin idarə edilməsində islahatlar aparmışdır. Qazan və Həştərxan xanlığları fəth edilmişdir, Qərbi Sibir, Don Qoşunlarının Vilayəti, Başqırdıstan və Noqay Ordasının torpağları Rusiyaya birləşdirilmişdir. Beləliklə, IV İvanın hakimiyyəti dövründə Rusiyanın ərazi artımı təxminən 100% təşkil etdi (2,8 milyon km²-dən 5,4 miyon km²-ə çatdı), çarlığının son illərində Rus dövləti ərazisinə görə bütöv Avropadan böyük oldu.[7]
1560-cı ildə Seçilmiş rada ləğv olundu, onun əsas xadimləri çarın etibarını itirdilər, və İvan Qroznı Rusiyanı tam müstəqil idarə etməyə başladı. İvan Qroznının çarlığının ikinci yarısı Livoniya müharibəsində uğursuzluqla yadda qaldı və həmçinin, köhnə aristokratiya soylarını zəiflədən opriçninanın yaranması ilə yadda qaldı. Formal olaraq, IV İvan Rusiyanı idarə edən ən uzunmüddətli hökümdardır — 50 il və 105 gün.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Середонин С. Иоанн IV Васильевич Грозный (rus.). // Русский биографический словарь СПб: 1897. Т. 8. С. 229–271.
- ↑ 1 2 3 4 Военная энциклопедия (rus.). СПб: Иван Дмитриевич Сытин, 1913. Т. 11.
- ↑ Иван IV Васильевич Грозный / Буганов В. И. // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.
- ↑ Глинские / Каштанов С. М. // Böyük Sovet Ensiklopediyası : [в 30 т.] / baş redaktor. Aleksandr Proxorov. — 3-е изд. — М. : Советская энциклопедия, 1969—1978.
- ↑ Глинские, княжеский род // Brokhauz və Efronun ensiklopedik lüğəti : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
- ↑ "Второе послание Ивана Грозного шведскому королю Юхану III". 2013-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-12.
- ↑ История России с древнейших времен до наших дней Arxivləşdirilib 2013-02-18 at the Wayback Machine / Орлов А. С., Георгиев В. А., Георгиева Н. Г., Сивохина Т. А. — М.: Проспект, 1999. — 544 с.
- 25 avqustda doğulanlar
- 1530-cu ildə doğulanlar
- 15 avqustda doğulanlar
- Kolomenskoyedə doğulanlar
- 28 martda vəfat edənlər
- 1584-cü ildə vəfat edənlər
- 53 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Arxangel kafedralında dəfn olunanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- İvan Qroznı
- Moskvada doğulanlar
- Zəhərlənərək ölənlər
- Böyük Moskva knyazları