IV Qoca Hakon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
IV Qoca Hakon
q.skan. Hákon Hákonarson
Şəxsi məlumatlar
Doğum tarixi 1204[1][2][…], mart 1204 və ya aprel 1204
Vəfat tarixi 16 dekabr 1263
Dəfn yeri
  • Müqəddəs Maqnus katedralı[d]
Atası III Hakon[d]
Anası Varteyqli İnqa[d]
Həyat yoldaşları
  • Marqrete Skulesdotter[d] (1225–)
Uşaqları
  • Gənc Hakon[d],
  • Norveçli Kristina[d],
  • VI Maqnus Laqaböte[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

IV Qoca Hakon və ya IV Hakon Hakonsson (q.skan. Hákon Hákonarson, norv. Håkon Håkonsson) — 1217–1263-cü illərdə Norveç kralı (konunq).[3] Onun hakimiyyəti 46 il davam etmişdir. Bu isə I Haralddan sonra Norveçdəki ən uzunmüddətli hakimiyyət idi. O, Hakon SverressonunVarteyqli İnqanın övladı idi. Hakon Norveçin iğtişaşlı vətəndaş müharibəsi dövründə anadan olmuşdu. 1217-ci ildə birkebeynerlər kralı olmuşdur. Onun hakimiyyəti dövründə vətəndaş müharibəsi və digər daxili münaqişələr sona çatmışdır. Birkebeynerlər fraksiyasının kralı olaraq, Hakonsson son baqler taxt iddiaçısı olan Siqurd Ribbunqun 1227-ci ildə qaldırdığı üsyanı yatırmışdır. Sonuncu üsyan onun qayınatası qraf Skule Bardsson qaldırılmışdır ki, o da 1240-cı ildə vəfat etmişdir. O, Hakonssonun hakimiyyətinin ilk dövrlərində səltənət naibi olmuşdur. 1247-ci ildə Hakon onun tacqoyma mərasimi Bergendə Modenalı Vilhelm rəhbərliyi ilə keçirilmişdir.

Onun hakimiyyəti dövrü Norveçin ən qüdrətli və ya qızıl dövrü hesab olunur. O, qonşu ölkələrlə də diplomatik əlaqəli möhkəmləndirmişdir. IV Hakon Hakonsson 1258-ci ildə qızı Kristinanı Kastiliya kralının qardaşına ərə vermişdir. Roma PapasıMüqəddəs Roma İmperatoru ilə dostluq əlaqəli quran Hakonsson müxtəlif vaxtlarda papadan imperator tacını almaq, İrlandiya krallarının nümayəndələrindən İrlandiyanın ali kralı olmaq və Fransa kralından fransız səlib donanmasının komandiri olmaq təkliflərini almışdır. O, həməsr Avropa ədəbiyyat nümunələrini qədim skandinav dilinə tərcümə etdirərək və Avropa üslublu monumental daş tikililər inşa etdirərək Avropa mədəniyyətinin Norveçdəki təsisirini qüvvətləndirmişdir. Əlavə olaraq, Hakonsson fəal və istilaçı bir xarici siyasət tətbiq etmişdir. Onun hakimiyyəti dövründə İslandiyaQrenlandiya Norveç taxtından asılı vəziyyətə düşmüşdür.

IV Hakon Hakonsson 1262-ci ildə Tunis sultanına elçilər göndərmişdir. 1263-cü ildə o, Şotlandiya kralı oraya iddiasını bəyan etdikdən sonra Hebrid adalarını müdafiə etmək üçün böyük bir donanma qurmuşdur. Bir neçə döyüşdən sonra Böyük Britaniyanın şimal və qərbindəki adaları tutmaqdan başqa bir nəticə əldə edə bilməyən Hakonsson donanmasını Orkney adalarında sahilə çıxmışdır. Qışı orada keçirməyə çalışan IV Hakon Hakonsson 17 dekabr 1263-cü il tarixində vəfat etmişdir.

Tarixi mənbələr

[redaktə | vikimətni redaktə et]

Hakonsson barədə olan əsas mənbə onun ölümündən bir qədər sonrakı illərdə yazılan "Hakon Hakonsson saqası" əsəridir. Oğlu VI Maqnusun sifarişi ilə yazılan əsər İslandiya yazıçısı və siyasətçisi Sturla Pordarson (Snorri Sturlusonun qardaşı oğlu) tərəfindən yazılmışdır.[4] İslandiyadakı krallıq nümayəndələri ilə münaqişəyə girən Sturla Hakonsson ilə barışmaq üçün 1263-cü ildə Norveçə gəlmişdir. Oraya çatanda Sturla Hakonssonun Şotlandiyada olduğunu və onun yerinə Norveçi oğlu Maqnusun idarə etdiyini öyrənir. Maqnus ilk vaxtlarda Sturlaya soyuq yanaşsa da, onun rəvayətçilik və skaldlıq bacarıqları Maqnusun və onun yoldaşlarının Sturlayayla səmimi əlaqə qurmasına səbəb olmuşdur.[5] Sturlanın müəllifi olduğu bu saqa Norveç kralları barədə olan ən ətraflı və faktiki saqa hesab olunur. Əsərin məzmunu arxiv materialı və Hakonssonun yaxınları tərəfindən verilən şifahi məlumatlara əsaslanır. Əsər Sverrelər sülaləsinin siyasi məramnaməni və Hakonssonun krallığını açıq şəkildə dəstəkləyir.[6]

Mənşə və uşaqlıq

[redaktə | vikimətni redaktə et]
Birkebeynerlərin körpə Hakonu xilas etməyinin təsviri. Knud Bergslin. XIX əsr.

Hakon Hakonsson 1204-cü ildə Folkenborqda (indiki Eydsberq) anadan olmuşdur. Onun 1204-cü ilin yayında və ya mart–aprel aylarında anadan olduğu güman edilir.[3] Onun anası Varteyqli İnqa olduğu bir fakt olsa da, tarixçilər onun atasının isə birkebeynerlər fraksiyasının kralı Hakon Sverresson olduğuna inanırlar, çünki İnqa 1203-cü ilin axırlarında Borqdakı (indiki Sarpsborq) Sverresson ilə bir yataqxanada olmuşdur. Hakon Sverresson Hakonun anadan olmasından əvvəl vəfat etmişdir, ancaq İnqanın iddiası Hakon Sverressonun yoldaşları tərəfindən dəstəklənmişdir. Hakon baqlerlərin nəzarətində olan bir ərazidə anadan olmuşdur və onun anasının iddiası onları təhlükəli mövqeyə qoymuşdur. Baqlerlər Hakonu axtarmağa başlasalar da, döyüşçülərdən ibarət bir birkebeynerlər dəstəsi 1205-ci və ya 1206-cı ildə Hakonu özləriylə götürərək oradan qaçıblar və Nidarosdakı (indiki Trondheym) yeni birkebeynerlər kralının yanına gediblər. Dəstə gözlənilməz bir çovğuna yaxalanır, buna görə də Torsteyn Skevla və Skyervald Skrukka xizək vasitəsilə Hakonu Lillehammerdən Österdalenə aparıblar. Onlar axırda Hakonu kral İnqenin sarayına gətiriblər. Bu hadisə müasir dövrdə Norveçdə Birkebeynerrennet adlı illik xizəksürmə bayramı ilə qeyd olunur.[3][7] Hakonun təhlükəli uşaqlığı xristianlığı Norveçə gətirən kral Olaf Trüqqvassonun uşaqlığı, eləcə də İsa Məsihin uşaqlığı ilə müqayisə olunurdu.[8] Bu isə onun nüfuzuna müsbət təsir göstərirdi.[3]

Vərəsəlik uğrunda mübarizə

[redaktə | vikimətni redaktə et]

Papa tərəfindən tanınma

[redaktə | vikimətni redaktə et]

Mədəni təsir və qanuni islahatlar

[redaktə | vikimətni redaktə et]

Xaricə müdaxilələr

[redaktə | vikimətni redaktə et]

Şotlandiya yürüşü və ölümü

[redaktə | vikimətni redaktə et]

Evlilik və uşaqları

[redaktə | vikimətni redaktə et]

Hakonssonun hakimiyyətinə görüşlər

[redaktə | vikimətni redaktə et]

Populyar mədəniyyətdə

[redaktə | vikimətni redaktə et]
  1. King of Norway Haakon IV Haakonsson // Faceted Application of Subject Terminology.
  2. Haakon IV Haakonsson // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Quhnfeldt, Kato. "Da birkebeinerne skapte historie". aftenposten.no (norveç). Aftenposten. 19 oktyabr 2011. 19 dekabr 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2019.
  4. Helle, 1995. səh. 74
  5. Bagge, 1996. səh. 91
  6. Helle, 1995. səh. 75
  7. "Haakon 4 Haakonsson". Norsk biografisk leksikon (norveç). Store norske leksikon. 17 fevral 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 fevral 2019.
  8. Bagge, 1996 və 95

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

Şablon:Norveç monarxları