I Argişti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
I Argişti
Şəxsi məlumatlar
Doğum tarixi təq. e.ə. 827 və ya bilinmir[1]
Vəfat tarixi təq. e.ə. 764[1]
Fəaliyyəti monarx
Atası Menua[1]
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Argişti (təq. e.ə. 827 və ya bilinmir[1]təq. e.ə. 764[1]) — Urartu çarı (E.ə VIII əsrin I yarısı). ARGİŞTİ I - Urartu çarı [təqr. e.ə. 781-760], Menuanın oğlu. Hakimiyyəti illərində Urartu Yaxın Şərqin qüdrətli dövlətinə çevrilmişdi. I Argiştinin 68 kitabəsi məlumdur; Aşşur yazılarında da adı çəkilir.

Həyat fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Menuanın oğlu I Argişti (e.ə. 786-764-cü illər) atasının xarici siyasətini davam etdirdi. O, Assuriya dövləti ilə rəqabətə girdi və onun təsir dairəsinə daxil olan ölkələrə yürüşlər təşkil etdi. I Argiştinin işğalların daha geniş olmuş və uzaq ölkələrə də çatmışdı. Hakimiyyətinin başlanğıcında o, Diauhi ölkəsinə yollandı. Diauhi hökmdarı müqavimət göstərmədi, qızıl, gümüş, mis, at və mal-qaradan ibarət xərac verdi. Təxminən eyni xəracı o, Urartuya hər il verməli idi. Bir müddət sonra Diauhi hökmdarı itaətdən çıxdı. I Argişti yenidən Diauhi şəhərlərini və xırda hökmdarlarını tutdu, bəzilərinə aman verdi. Diauhi üzərinə daha ağır xərac qoyuldu.

Urartu I Argiştinin dövründə

I Argişti Etiuni ölkəsinə daxil oldu, bir sıra vilayətləri (Uluani, Darani, Luşa, Eriahi, Katarza, İşkiqulu, Kihuni, Aliştu) zəbt etdi. Etiuni Göyçə gölünün cənubunda geniş bir əraziyə verilmiş ümumi ad idi. Etiunidə yaranmış siyasi birləşmələrə ayrı-ayrı hökmdarlar başçılıq edirdi. I Argişti bu ölkənin bir hissəsini (ind. Göyçəgölü hövzəsi) Uduri-Etiuni adlandırırdı. O, böyük bir qənimətlə (əsirlər, mal-qara, atlar) geriyə qayıtdı. Burada o, Erebuni (ind. Qanlıtəpə) və Argiştihinili (ind. Armavir) qalalarını tikdirdi. I Argiştinin dövründə Urartu hakimiyyəti Ağrıdağ (Ararat) vadisində daha da möhkəmləndi. Cənubi Qafqazın cənubunda Urartu hökmdarları, o cümlədən I Argişti, iqtisadi və inzibati mərkəz yaratdılar. Qərbdə I Argişti Fərat çayını keçib Şimali Suriyaya (Hatti ölkəsinə) çatdı. Buradan minlərlə kişi, qadın və yeniyetmə Urartuya sürüldü, bir çoxu isə öldürüldü. Əsirlər yeni bina edilmiş şəhərlərdə yerləşdirildi. I Argişti Assuriya ilə döyüşməli oldu. Assuriya artıq qərb və şərq istiqamətlərində siyasi mövqeyini itirmişdi, I Argiştinin vaxtilə Assuriyaya tabe olan, yaxud Assuriyanın təsir dairəsində olan ölkələrə müdaxiləsini dəf edə bilmirdi.

I Argişti Manna ölkəsinə də bir neçə hərbi yürüş təşkil etmişdi E.ə. təxminən 779, 774-cü illərdə Mannaya basqınlar edilmişdi. Mannanın Buştu, İrkuini, Aşkaya, Uqiştini vilayətləri tutulmuş, buradakı Alateye (Alateye Mannanın dağlıq ölkəsi idi, Alateye prototürk mənşəlidir. Ad Alatey, Altay, Alatau kimi türk oronimləri ilə eyniləşdirilir) ölkəsi və şəhərləri dağıdılıb yandırılmış, kişi və qadınları, at və mal-qarası, hətta dəvələri qənimət kimi aparılmışdı. Mannaya sonuncu yürüşünü I Argişti belə təsvir edir: "Mən Manna ölkəsinə getdim, ölkəni çapıb-taladım, şəhərlərini yandırdım. Şimerihadirini, istehkamlı hökmdar şəhərini döyüşdə tutdum, kişi və qadınları oradan apardım". Salnamə məlumatına görə, o, Manna ölkəsində cəmi 50 minə yaxın əsir tutmuş və Urartuya gətirmişdi. Bəzi mülahizələrə görə, guya I Argişti Mannanın Urmiyyə gölü hövzəsindəki ərazisini özünə tabe etmişdi. Əslində isə I Argişti Urmiyyə gölünün cənubunda bir neçə yürüşdən sonra orada ancaq müvəqqəti möhkəmlənə bildi, çünki Manna Urartu təcavüzünə qarşı çıxış edir, əlverişli şəraitdə isə işğal olunmuş torpaqlarına sahib olurdu.

Urartu kitabəsi

I Argiştinin hakimiyyəti illərində Urartu bütün istiqamətlərdə uğurlu müharibələr aparmışdı. O, ölkəyə 280 mindən çox əsir gətirmişdi. Əsirlərin bir qismi yeni salınmış şəhərlərdə məskunlaşdırılır, digər qismi qul halına salınırdı. Cənubi Qafqaz istiqamətində tutulmuş ərazi Urartuya birləşdirilmişdi. Burada yeni iqtisadi və inzibati mərkəzlər yaradılır, kanallar çəkilir və təsərrüfatın inkişafına fikir verilirdi. Qalan istiqamətlərdə Urartu işğal olunmuş torpaqları öz hakimiyyəti altında saxlaya bilmirdi.