Jaume Plensa
Jaume Plensa | |
---|---|
isp. Jaume Plensa | |
| |
Doğum tarixi | |
Doğum yeri | Barselona, Kataloniya, İspaniya |
Milliyyəti | ispan |
Vətəndaşlığı | İspaniya |
Fəaliyyəti |
Tac fəvvarəsi Tolerantlıq |
Təhsili |
"Llotja" məktəbi Escola Superior de Belles Arts de Sant Jordi |
Janrlar | Rəqəmsal sənət |
Stillər | Yeni media sənəti, müasir incəsənət[1] |
Mükafatları | Medaille des Chevaliers des Arts et Lettres, National Award of Arts, Investit Doctor Honoris Causa |
jaumeplensa.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Jaume Plensa (isp. Jaume Plensa; 23 avqust 1955[2][3][…], Barselona[4]) — İspaniya rəssam və heykəltəraşıdır.[5]
Həyatı
[redaktə | mənbəni redaktə et]Jaume Plensa Kataloniyanın Barselona şəhərində doğulmuş və “Llotja” məktəbində, daha sonra isə Escola Superior de Belles Arts de Sant Jordi ali incəsənət məktəbində təhsil almışdır.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Sənətkarın ən məşhur əsəri İllinoysin Çikaqo şəhərindəki Millennium parkında quraşdırılmış Tac fəvvarəsidir.[6] It opened in July 2004.[7][8] Fəvvarənin açılışı 2004-cü ilin iyulunda baş tutmuşdur. Fəvvarə qara qranitdən işlənmiş əks olunma (reflekt) hovuzu və şüşə kərpiclərdən hörülmüş cüt qüllələrdən ibarətdir. LED işıq lampalarından istifadə edilmiş qüllələrin hər biri 15 metr hündürlüyə malikdir.[7]
Plensanın “Blake in Gateshead” adlı digər bir əsəri isə Şimal-Şərqi İngiltərədə yerləşir. Qeytshed şəhərinin Baltik Müasir İncəsənət Mərkəzinin həyətində yerləşən həin əsərin mərkəzindən gecə vaxtı göyə lazer işığı buraxılır. 2007-ci ilin yayında əsər Çikaqoda təşkil edilən “Cool Globes: Hot Ideas for a Cooler Planet” ictimai incəsənət sərgisi zamanı nümayiş etdirilmişdir.
2007-ci ildə keçmiş şaxtaçılarla iş birliyi sayəsində ona, Mersisayd qraflığının Sent-Helens şəhəri yaxınlığındakı keçmiş şaxtanın tarixi ərazisində “Channel 4”-ün təşəbbüsü ilə keçirilən “Big Art Project” adlı ictimai incəsənət sərgisi çərçivəsində yeni əsər yaratmaq sifariş edilmişdir. “Yuxu” adlanan həmin əsərin açılışı 2009-cu ildə baş tutmuşdur. 20 metr hündürlük və 500 ton ağırlığa malik əsər meditasiya zamanı gözünü yummuş qadın başı və buynunu təsvir edir. Şaxtada çıxarılan qara daş kömürlə kontrast yaratması üçün əsər ağ ispan dolomitindən hazırlanmışdır.[9]
16 iyun 2008-ci ildə Londonun “Broadcasting House” binasının yeni qanadında BMT baş katibi Pan Gi Munun andiçməsi şərəfinə “Tənəffüs” adlı yeni əsərin açılışı olmuşdur. Əsər işlərini həyata keçirərkən qətlə yetirilmiş bütün jurnalistləqə həsr edilmişdir. Polad və şüşədən hazırlanmış heykəl binanın damında yerləşdirilmişdir. Hər gün 20:00-da BBC News əsas xəbər buraxılışı efirə getdiyi yarım saat ərzində heykəldən çıxn işıq şüası 1 km səmaya yüksəlir.[10]
“El alma del Ebro” adlı əsərini sənətkar Saraqosada keçirilən “Su və Davamlığın inkişafı” mövzulu beynəlxalq sərgi üçün hazırlamışdır. On bir metrlik heykəl oturmuş insanı təsvir edir. İnsan fiquru çoxsaylı metal hərflərdən yığılmış və ağ rənglə boyanmışdır. Açıq havada kənardan baxdıqda səma fonunda heykəlin içi suyla dolmuş kimi görünür. Bu da insan və su arasında əlaqəni göstərir. 2011-ci ildə Plensanın hazırladığı “Singapore Soul” (azərb. Sinqapurun ruhu) adlı oxşar əsər Sinqapurdakı “Ocean Financial Centre” binasının qarşısında ucaldılmışdır. Üç oxşar fiqurdan hazırlanmış “I, You, She, He..." heykəl qrupu isə Miçiqan ştatının Qrand-Rapids şəhərindəki Frederik Meyer bağları və heykəl parkında ucaldılmışdır.
2011-ci ilin may-avqust aylarında sənətkarın “Echo” (azərb. Exo) adlı əsəri Manhettendəki Medison meydan parkında sərgilənmişdir.[11]
2012-ci ilin noyabrında Nyu-York ştatının Buffalo şəhərindəki Albrayt-Knoks Sənət Qalereyasında Plensanın “Laura” adlı 32 ton çəkisi olan heykəli təqdim edilmişdir. 6.1 metr hendürlüyə malik əsər cənubi İspaniyadan olan iyirmi iri mərmər parçasından hazırlanmışdır.[12]
Mükafatlar
[redaktə | mənbəni redaktə et]- 1993: Fransa Mədəniyyət Nazirliyinin Ədəbiyyat və İncəsənət ordeni
- 1996: Fondation Atelier Calder mükafatı
- 1997: Kataloniya hökumətinin Milli Sənət Mükafatı
- 2005: Çikaqo Sənət İnstitutunun Fəxri doktoru[13]
- 2009: İctimai heykəltəraşlıqda mükəmməlliyə görə Marş mükafatı[13]
- 2012: Kataloniyanın San-Jordi xaçı ordeni[14]
- 2012: Premio Nacional de las Artes Plásticas[13]
- 2013: Premio Nacional de Arte Gráfico[13]
- 2013: İspaniya Mədəniyyət Nazirliyinin Velazkes Plastik İncəsənət mükafatı[13][15][16]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Artnet. 1998.
- ↑ Jaume Plensa // RKDartists (nid.).
- ↑ Delarge J. Jaume PLENSA // Le Delarge (fr.). Paris: Gründ, Jean-Pierre Delarge, 2001. ISBN 978-2-7000-3055-6
- ↑ RKDartists (nid.).
- ↑ "Breathing - a new sculpture for Broadcasting House", BBC Press Office, 2022-05-09 tarixində arxivləşdirilib, İstifadə tarixi: 13 avqust 2018
- ↑ Millennium Park :: Art and Architecture :: The Crown Fountain, www.millenniumpark.org, July 24, 2008 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 14 avqust 2018.
- ↑ 1 2 Artropolis, Merchandise Mart Properties, Inc, 2007, 5 November 2007 tarixində arxivləşdirilib, İstifadə tarixi: 14 avqsut 2018.
- ↑ "Crown Fountain", Archi•Tech, Stamats Business Media, July–August 2005, December 2, 2006 tarixində arxivləşdirilib, İstifadə tarixi: 14 avqust 2018.
- ↑ "Archived copy". 2010-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 avqust 2018..
- ↑ Breathing – A New Sculpture for Broadcasting House, BBC Press Office, 16 June 2008, 14 June 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: 14 August 2018.
- ↑ Madison Square Park Conservancy, 16 June 2011 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 25 June 2011.
- ↑ Dabkowski, Colin, "Meet 'Laura,' a new sculpture by Jaume Plensa at the Albright-Knox", The Buffalo News, 23 November 2012, 9 August 2016 tarixində arxivləşdirilib, İstifadə tarixi: 14 August 2018.
- ↑ 1 2 3 4 5 "Jaume Plensa, Premio Velázquez 2013", La Vanguardia (ispan), 2013-11-25, 2022-05-09 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-08-14
- ↑ El Govern distingeix 25 personalitats i 15 entitats amb la Creu de Sant Jordi (katalan)[ölü keçid]
- ↑ Cia, Blanca, "Poesía en escultura: Jaume Plensa, Premio Velázquez 2013", El País (ispan), 2013-11-25, 2013-11-28 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-08-14
- ↑ "Jaume Plensa, Premio Velázquez de Artes Plásticas 2013", El Mundo (ispan), 2013-11-25, 2021-11-28 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-08-14