Körfəz
Naviqasiyaya keç
Axtarışa keç
Körfəz — okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında — Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob.
Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.