Kamyanets-Podilskıy qalası
Kamyanets-Podilskıy qalası | |
---|---|
Кам'янець-Подільська фортеця | |
48°40′24″ şm. e. 26°33′45″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Kamenets-Podolski |
Vikianbarda əlaqəli mediafayllar |
Kamyanets-Podilskıy qalası, (ukr. Кам'янець-Подільська фортеця, pol. Stary Zamek w Kamieńcu Podolskim) – hal-hazırda Ukraynanın Kamyanets-Podilskıy şəhərində yerləşən tarixi Polşa qalası. 1672–1699-cu illər arasında 27 il ərzində Osmanlı İmperiyasının Kamaniçe əyalətinin mərkəzi olmuşdur. Qala haqqında ilk məlumatlar XIV yüzilliyə aiddir. O vaxtlar bölgə Böyük Litva knyazlığının idarəçiliyində idi. Qala XIV–XVIII yüzillikdə Reç Pospolita, Osmanlı və Rusiya Çarlığı maraq dairəsində olmuşdur. 1672-ci ildə Osmanlı padşahı IV. Mehmet 300.000-lik əsgər ilə qalanı işğal etmişdir. Osmanlı imperiyasına 40.000-lik kırım və kazak əsgərləri kömək etmişdir. 18 avqust 1672-ci ildə qala Osmanlı imperiyası rərəfindən ələ keçirilmişdir. Ancaq 27 il sonra Osmanlı-Müqəddəs İttifaq müharibəsində Osmanlı dövləti müharibəni uduzaraq, Karlovitsa müqaviləsini imzalayır və qalanı Reç Pospolitaya təslim edir. Qala XVIII əsrdən həbsxana olaraq istifadə olunmağa başlanır. 21 aprel 1793-cü ildə Polşanın ikinci dəfə bölüşdürülməsilə qala Rusiya İmperiyasının tabeliyinə keçir. Daha sonra 1917-ci ildə Ukrayna SSR-nin tərkibində qatılır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Qalanın Kiyev Rusunun dövründə mövcud olması fikri iddia edilir, lakin daş qala Litva knyazları Koriatoviç tərəfindən tikilib.
Kamenets-Podolskdakı qala ilk dəfə 1374-cü ildə knyaz Yuri Koriatoviçin (Podoliyaya sahib olan dörd Koriatoviç qardaşından biri) nizamnaməsində qeyd edilmişdir. O dövrdə qüllələr və divarlar artıq daş, qismən isə taxta idi. Qala 9 metrlik dar bir keçidin olduğu şəhərin girişində yerləşirdi və onun etibarlı müdafiəsi idi (şəhər Smotriç çayının döngəsində yerləşirdi). 15-ci əsrdə bölgə polyaklar tərəfindən tutulur. Polşa knyazları Buçatski Litva qubernatoru Dovqerdi danışıqlara cəlb edir və onu ələ keçirərək Kamenets qalasını və şəhərə nəzarəti təmin edirlər. Sonralar qala krala satırlar və Kamenets-Podolski voyevodalığın mərkəzinə, Reç Pospolitanın müdafiəsi üçün mühüm sərhəd məntəsinə, "xristianlığın ucqar qalası"-na şevrilir. 1492-ci il təsvirlərinə görə, qala cənub və şimala iki qapısı olan qüllələrdən və daş divarlardan ibarət idi. Qalaya bitişik həyətlər taxta divarla əhatə olunmuşdu, içərisində "qəfəslər" düzülmüşdü. XVI əsrin ortalarında memar Job Breitfusun rəhbərliyi ilə qalanın bütün taxta istehkamları daşla əvəz edilmişdir. Həmin vaxtdan etibarən qala müasir görkəmini almışdır. Qala çoxbucaqlının uzunsov formasındadır. Hər küncündə qüllələr olan hündür divarlarla əhatə olunub. Şərq darvazasının solunda Papa qalası, onun arxasında Kolpak, Tençin qalası, 8 saylı Lyatskaya qalası, Gündüz qalası, Yeni Qərb qülləsi, Kiçik Qərb qalası, Rojanka, Komendant qalası, Lyantskoronskaya qalası, Qara qala və Yeni Şərq qalası yerləşir.
1672-ci ildə Kamenets-Podolski şəhəri türk ordusu tərəfindən tutulur. O vaxtdan qala körpüsü "türk" qapısı adlandırılmağa başlanılır. XVII əsrin sonunda qala Polşaya qaytarılır və bir az sonra Reç Pospolita bölünməsi zamanı Rusiya İmperiyasına keçir. XIX əsrdə Kamenets-Podolski qalası hərbi əhəmiyyətini itirir.
1928-ci ildə qala respublika qoruğuna çevrilir, 1937-ci ildə isə burada muzey-qoruq təşkil edilir.
Kamenets-Podolsk qalasında kəndli hərəkatının lideri Ustim Karmelyuk əsirlikdə saxlanılır.
2 avqust 2011-ci ildə əlverişsiz hava şəraiti ilə əlaqədar Yeni Qərb Qülləsi qismən dağılır.
Kamenets-Podilski qəsrində aşağıdakı filmlər çəkilmişdir:
- Komissar
- Köhnə qala
- Taras Bulba — qalaya basqının görüntüləri.
Qalereya
[redaktə | mənbəni redaktə et]Qala divarı və 12 bürcdən biri | Kamenets-Podilski qalasının gecə görünüşü | Şəhərdən görünüş | Qış görünüşü | Kamenets-Podilski qəsri |