Karl Benz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karl Benz
alm. Carl Benz
Doğum tarixi 25 noyabr 1844(1844-11-25)[1][2][…]
Vəfat tarixi 4 aprel 1929(1929-04-04)[1][2][…] (84 yaşında)
Milliyyəti alman
Fəaliyyəti mühəndis, ixtiraçı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Fridrix Mixael Bents (alm. Carl[3][4][5][6][7] (Karl) Friedrich Michael Benz‎; 25 noyabr 1844[1][2][…]4 aprel 1929[1][2][…]) — alman mühəndisi, dünyada ilk daxili yanma mühərrikli avtomobilin ixtiraçısı, avtomobil sənayesinin pioneri. Onun şirkəti əsasında sonradan Daimler-Benz AG konserni (indiki Daimler AG) yaranmışdır.

Karl Fridrix Bents 25 noyabr 1844-cü ildə Almaniyanın Mülburq şəhərində anadan olub. Karlın maşinist işləmiş atası oğlunun yalnız iki yaşı olanda açıq qatar kabinəsindəki soyuqdan vəfat etmişdi. Valideynləri övladlarına layiqli təhsil vermək istəyirdilər. Karl Karlsruedə ibtidai məktəbi bitirdikdən sonra 1850-ci ildə texniki liseydə (indiki Bismark Gimnaziyası), sonra isə 1860-cı ildə Politexnik Universitetində təhsil almışdır.

Karl Bents öz emalatxanasında yeni daxiliyanma mühərrikləri yaratmağa başlayır. 31 dekabr 1878-ci ildə ikitaktlı benzin mühərriki üçün patent alır. Tezliklə, Karl Bents gələcək avtomobilin bütün vacib komponentlərini və sistemlərini - sürətləndirici, batareya ilə işləyən yanma sistemialışdırma şamları, karbüratör, debriyaj, ötürücü qutu və su soyutma radiatoru - patentləşdirur.