Keyti Bouman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Keyti Bouman
ing. Katherine Bouman
Doğum adı Katherine Bouman
Doğum tarixi 9 may 1989(1989-05-09)[1][2] (35 yaş)
Doğum yeri
Elm sahələri Kompüter görünüşü, maşın öyrənmə
Elmi dərəcəsi
Elmi adı
İş yerləri
Təhsili
people.csail.mit.edu/klb…
users.cms.caltech.edu/~k…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keyti Bouman (ing. Katie Bouman, 9 may 1989[1][2], West Lafayette[d], İndiana) — kompüter mühəndisi, Massaçusets Texnologiya İnstitutunun magistrı, Kaliforniya Universitetinin dosenti. Onun 3 il üzərində işlədiyi alqoritm sayəsində dünyanın 8 fərqli nöqtəsindəki teleskopların əldə etdiyi məlumatlar bir araya gətirilərək ilk dəfə olaraq Qara Dəliyin şəkili çəkilmişdir.

Keyti Bouman uşaqlığını ABŞ-də İndiana ştatının Vest Lafayette şəhərində keçirmişdir. O, 2011-ci ildə Miçiqan Universitetində elektrik mühəndisliyi təhsilini tamamladıqdan sonra Massaçusets Texnologiya İnstitutunda (MIT) elektrik mühəndisliyi və kompüter elmləri sahəsində magistr (2013) və doktor (2017) dərəcələrini almışdır.

Kayti Bouman ilk qara dəlik şəklinin çəkilməsinə səbəb olan alqoritmi hələ magistr təhsili aldığı zaman hazırlamağa başlamışdı. Daha sonra o, qara dəliyin fotosunu çəkmək üçün hazırlanmış beynəlxalq "Event Horizon Telescope" (EHT) qrupuna daxil olmuşdur. Boumanın yazdığı alqoritm sayəsində dünyanın fərqli bölgələrindəki səkkiz teleskopdan əldə edilən göstəricilər bir araya gətirilərək qara dəliyin görüntüsü ortaya çıxarılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]