Kit Buğa noyon
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kit Buğa noyon | |
---|---|
Doğum tarixi | XIII əsr |
Vəfat tarixi | 3 sentyabr 1260 |
Vəfat səbəbi | başın kəsilməsi |
Fəaliyyəti | hərbi lider[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Kit Buğa noyon (XIII əsr – 3 sentyabr 1260) — Elxanlı sərkərdəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Kit Buğa noyon Nayman ulusundandır. Baurçi (süfrəçi) çini daşıyırdı. O, Hülaku xanın sərkərdəsi idi. Elxan onu Şama hakim təyin etmişdi.
Kitbuğa noyon və Eyn-Cəllut vuruşu
[redaktə | mənbəni redaktə et]1260-cı ildə Suriya hakimi monqol Kit Buqa noyon azsaylı ordusu ilə (ya 20000, ya da 10000 əsgərlə) Baalbekdə durmuşdu və düşünürdü ki, heç yerdən qorxu yoxdur. Şərqdən onu səhra qoruyurdu, Qərbdə isə xristian cəngavərlərinin qəsrləri dururdu. Ancaq Kit Buqa noyon çölləri yaxşı bilsə də, xristianları yaxşı tanımırdı.
O özü xristian idi və xristianlara inanırdı. Sidonun yiyəsi frank Jülyen isə öz dayısının mülkünü də yağmalayırdı. O, monqollara hücum edib onları yağmaladı. Sonra isə Kit Buqa noyon Sidon qəsrinə hücum edib onu darmadağın etdi.
26 iyul 1260-cı ildə məmlüklərin ön dəstələri özləri ilə artıq yük olmasın deyə ərzaq belə götürməyərək, Sinay səhrasını keçdilər. Onlar monqolların Qəzzə yaxınlığındakı müdafiə xəttini yarıb, Akra yaxınlığında Avropa xaçlılarını əzərək, xeyli ərzaq ələ keçirdilər. Daha sonra Quduzun və Baybarsın başçılıq etdikləri Məmlük ordusu Avropa xaçlılarının qurduqları qondarma Yerusəlim (Qüds) krallığından keçərək, Eyn Cəllud adlı yerdə Kit Buğa noyonun başçılıq etdiyi birləşmiş monqol-erməni-gürcü ordusu ilə üz-üzə gəldi.
2 sentyabr 1260-cı ildə monqol-erməni-gürcü ordusu məmlüklər tərəfindən darmadağın edildi. Əsir tutulan Kit Buğa noyon edam olundu. Məmlüklərin orduları təntənəli şəkildə Şam (Dəməşq) şəhərinə daxil oldular.
10 dekabr 1260-cı ildə Hülakü xanın göndərdiyi ikinci monqol ordusu da məmlüklər tərəfindən Hüms yaxınlığında darmadağın edildi.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Kit Buğa noyonun Qoyunçu adlı oğlu vardı. Qoyunçu Arqun xanın əmirləri arasında özünə etibarlı yer qazanmışdı. Qoyunçunun oğlu Araqi Qazan xana xidmət etmişdi.