Kopimizm Kilsəsi
Kopimizm Kilsəsi (isv. Kopimistsamfundet; ing. copy me - azərb. kopyala məni[1]) — informasiyanın pulsuz paylaşımı inancı.
Tarixi
[redaktə | vikimətni redaktə et]Kopimizm Kilsəsinin ruhani lideri və qurucusu fəlsəfə sahəsində təhsil alan İsak Gersondur[2]. 2011-ci ilin yanvar yına olan məlumata görə Kilsənin 3000 üzvü var[3].
Əsas inancı
[redaktə | vikimətni redaktə et]Kopimizm Kilsəsinin əsas inancı informasiyanın pulsuz paylaşımıdır. Kopimistlər bütün informasiya paylaşımlarının "müqəddəs" olduğuna və paylaşdıqca onların dəyərinin bir neçə dəfə çoxaldığına inanırlar.
Müqəddəs simvolu
[redaktə | vikimətni redaktə et]Kopimistlər klaviatura üzərindəki "CTRL+C" və "CTRL+V" düymələrini öz dinlərinin müqəddəs simvolu elan etmişdir.
Rəsmi qəbulu
[redaktə | vikimətni redaktə et]Bir ildən çox davam edən çalışmaların nəticəsində 2011-ci ilin dekabr ayında Kopimizm Kilsəsinin rəsmi olaraq yeni din kimi fəaliyyətinə ilk dəfə İsveç hökuməti tərəfindən icazə verilmiş və rəsmi olaraq tanınmışdır. İsveç hökuməti kopimizmi din olaraq rəsmən qəbul etsə də, hələ ki, pirat fayl paylaşımı ölkədə qanuni deyil.
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ İsveçdə 'fayl paylaşımı' bir din olaraq tanındı və mənsublarının bağlı olduğu 'Kopimizm Kilsəsi' rəsmi qeydlərə keçirildi. habermonitor.com Arxivləşdirilib 2012-11-20 at the Wayback Machine (az.)
- ↑ Kopyacılık din oldu! haberturk.com Arxivləşdirilib 2013-07-13 at the Wayback Machine (türk.)
- ↑ İsveçdə qəribə kilsə qeydiyyata alındı... lent.az Arxivləşdirilib 2012-01-09 at the Wayback Machine (az.)
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Rəsmi saytı: kopimistsamfundet.se
- Rusiya bölməsinin saytı Arxivləşdirilib 2012-01-10 at the Wayback Machine (rus.)
- Kanada bölməsinin saytı (ing.)
- ABŞ bölməsinin saytı (ing.)
Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |