Krım Gəray (kalqay)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Krım Gəray
1644 – iyun 1651
ƏvvəlkiFateh Gəray
SonrakıQazi Gəray
1640 – 1641
ƏvvəlkiSəfa Gəray
SonrakıQazi Gəray
Şəxsi məlumatlar
Vəfat tarixi iyun 1651
Atası I Səlamət Gəray
Uşaqları
Ailəsi Gəraylar

Krım Gəray (krımtat. Qırım Geray)(v. iyun 1651) — Krım xanı I Səlamət Gərayın oğlu, Krım nurəddinikalqayı.[1][2]

Doğum tarixi dəqiq bilinmir. Krım xanı I Səlamət Gərayın oğludur. İlk illəri haqqında yetərli məlumat yoxdur. Atasının 1610-cu ildə vəfatının ardından kiçik qardaşlarıyla birlikdə İstanbula göndərildi və burada böyüdüldü. Böyük qardaşı I Bahadır Gərayın taxta çıxmasının ardından 1637-ci ildə Bağçasaraya çağırıldı və burada basqınlarda iştirak etdi. Qardaşı Səfa Gərayın vəfatının ardından 1640-cı ildə nurəddin ünvanı aldı. Ancaq çox keçmədən 1641-ci ildə qardaşı vəfat etdi və digər qardaşı IV Mehmed Gəray xan təyin olundu. Yeni xanla münasibətləri yaxşı olmayan Krım Gəray və qardaşı kalqay İslam Gəray isə vəzifələrindən alındılar və İstanbula göndərildilər.

1644-cü ilin iyulunda isə Osmanlı padşahı Sultan İbrahimin əmriylə qardaşı vəzifədən uzaqlaşdırıldı və özüylə birlikdə İstanbula sürgün olunan qardaşı III İslam Gəray xan təyin edildi. Onunla birlikdə Krıma qayıdan Krım Gəray kalqay ünvanı aldı. Bu vəzifədən ikən 1648-ci ilin payızında Lehistan torpaqlarına hücum edən Krım Gəray buradakı üsyankar kazak dəstələrinə dəstək verdi. Kazaklarla birləşən tatar birlikləri 26 sentyabrda Lvov mühasirəyə aldılar. Şəhərətrafı bölgələri talan edən kazaklar yüklü miqdarda xərac alaraq geri çəkildilər. 13 oktyabrda kalqay Krım Gəray əmrindəki tatar süvariləriylə birlikdə Kamenets-Podolskiyə irəlilədi.

1650-ci ilin avqustunda kalqay Krım Gəray əmrindəki 20 min nəfərlik tatar birliyi ilə Kazakların Moldova torpaqlarına tərtiblənən səfərinə qatıldı. Bölgənin mərkəzi hesab edilən Yassı ələ keçirildi və yandırıldı. Knyaz və yaxın adamları Suçavaya qaçdılar. Ardından Dnestr çayı sahillərinə çəkilən kazak-tatar birlikləri sülh danışıqlarına başladılar. Həmin ilin sentyabrında bağlanan sülhün ardından xeyli qənimətlə geri dönən kalqay Krım Gəray 1651-ci ilin yayında yenidən Lehistan torpaqlarına hücum etdi. Ancaq iyun ayında gedən döyüşlərdə Krım Gəray ağır yaralanaraq həlak oldu.

  1. Fisher, Alan, Kırım Tatarları, Çev: Eşref B. Özbilen, Selenge Yayınları, 2009
  2. Halim Giray Han, Gülbün-i Hanan, Osman Cudi Neşri, 1327
  • Kırım Hanlığı’nda Kalgaylık ve Nureddinlik Üzerine Bir İnceleme. Furkan Cem Tosun. Yüksek Lisans Tezi. İzmir 2022
  • Von Hammer Purgstall, Kırım Hanlığı Tarihi, İnsan Yayınlar, 3. Baskı, 2020