38°00′00″ şm. e. 100°00′00″ ş. u.HGYO

Kukunor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kukunor gölü
çin. 青海湖, monq. Хөх нуур
Ümumi məlumatlar
Mütləq hündürlüyü 3.266 m
Eni 80 km
Uzunluğu 110 km
Sahəsi 4200 - 5694 km²
Həcmi 71.600.000.000 m³
Dərin yeri 38 m
Yerləşməsi
38°00′00″ şm. e. 100°00′00″ ş. u.HGYO
Ölkə  ÇXR
Kukunor gölü xəritədə
Kukunor gölü
Kukunor gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kukunor (çin. 青海湖, monq. Хөх нуур) — Asiyanın axını olmayan ən böyük dağ gölüdür. Çinin qərbində Sinxay vilayəti ərazisində yerləşir. Çinlilər gölü Sinxay (青海), monqollar Kuku Nuur (Хөх нуур) və tibetlilər isə Sо Nqonpo adlandırırlar ("göy göl").

Gölün xəritəsi 1682 il

Göl Sinxay vilayətinin paytaxtı Sinin şəhərindən 100 km qərbdə yerləşir. Gölün uzunluğu 105 km, eni isə 65 km təşkil edir. Onun sahəsi 4,2 min km² yaxındır. Gölün ən dərin yeri 38 metr təşkil edir. Kukunor gölü eyni adlı yaylada yerləşir və dəniz səviyyəsindən 3205 m hündürlükdə qərar tutur.

Sahilləri az girintili-çıxıntılıdır. Gölün sahilərində terras yaranıb (hündürlüyü 50 m). Dibi zəif lilləşməyə məruz qalıb. Göldə bir neçə qum adaları var. Kukunor gölünə 23 çay tökülür. Ən iri çayı Buxin-Qoldur. Çay delta əmələ gətirir. Gölün qərbinə tökülür. Yay ərzində yağıntıların azalması ilə əlaqədar səviyə enir. Yay ərzində suyun temperaturu 18–20° S olur. Noyabrdan mart ayına qədər göl donur. Suda minerallaşma səviyəsi 11,3 q/l təşkil edir. Göldə təkcə Çəkikimilərin nümayəndələri yaşayır. Gölü tətqiq eliyən ilk avropalı Nikolay Mixayloviç Perejevalski (1872) olmuşdur.

  • Buffetrille, Katia. "The Blue Lake of Amdo and Its Island: Legends and Pilgrimage Guide." In: The Tibet Journal Vol. XIX, No. 4, Winter, 1994.
  • Andreas Gruschke: "The realm of sacred lake Kokonor", in: The Cultural Monuments of Tibet’s Outer Provinces: Amdo vol. 1. The Qinghai Part of Amdo, White Lotus Press, Bangkok 2001; pp. 93ff. ISBN 974-7534-59-2
  • Shakabpa, Tsepon W.D. Tibet: a Political History. New Haven: Yale University Press, 1962