Lemmi Kilmister
Lemmi Kilmister | |
---|---|
ing. Lemmy Kilmister | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Ian Fraser Kilmister |
Ləqəbi | Ian Fraser Willis |
Doğum tarixi | |
Doğum yeri | Börslem, Stok-on-Trent, Birləşmiş Krallıq |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Los-Anceles, ABŞ |
Vəfat səbəbi | prostat xərçəngi, ürək çatışmazlığı |
Dəfn yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Musiqiçi, bəstəkar |
Fəaliyyət illəri | 1965-2015 |
Janrlar | Rok-n-roll, Metal musiqi, Spid-metal |
Musiqi aləti | Rickenbacker bass |
Səs tembri | bariton |
Əlaqəsi | Motorhead |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Lemmi Kilmister (ing. Lemmy, əsl adı Ian Fraser Kilmister — İen Freyzer Kilmister; 24 dekabr 1945, Berslem — 28 dekabr 2015, Los-Anceles) — İngilis musiqiçi, bəstəkar və bass gitaraçı, Motorhead qrupunun yaradıcısı.
İlk dövrləri
[redaktə | mənbəni redaktə et]1945-ci ildə Stok-on-Trentdə doğulmuşdur. Atası və anasının ayrılığından sonra ögey atası ilə Uelsin Anqlsi adasına köçən Kilmister ilk dəfə burada Lemmi kimi tanınmağa başlamışdı.[1] Daha sonra orta məktəbi tərk etmiş və yenə Uelsin Konui şəhərində Hotpoint elektrik şirkətində çalışmağa başlamış, yerli qruplarda gitarist kimi fəaliyyətə başlamışdır.[2] 16 yaşında Beatles konsertinə gedən Lemmi bu konsertdən sonra albomları dinləməyə başlayıb və peşəkar musiqiçiliyə qədəm qoyub.[3] 17 yaşında Keti adlı sevgilisi ilə Stokporta köçən Lemmi burda ata olsa da oğlunu övladlıq kimi verib.[2]
Musiqi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1960-1970
[redaktə | mənbəni redaktə et]Stokportda Rainmakers və Motown Sect kimi qruplarda ifa edən Lemmi, 1965-ci ildə The Rockin' Vickers qrupuna qoşularaq ilk Avropa turuna getdi. Qrupla birlikdə Mançesterə köçən Lemmi burda da Treysi adlı bir qız ilə münasibətində Paul İnder adlı oğlu oldu.[2] 1967-ci ildə Rockin' Vickers qrupundan çıxan Lemmi Londona köçdü və Cimi Hendriksin yol qrupunda işləməyə başladı. 1968-ci ildə Sem Qopal psixodelik rok qrupuna qoşuldu və bir albomun yazılmasında iştirak etdi. 1969-cu ildə Opal Butterfly qrupuna qoşulsa da daha sonra qrup dağıldı.
1971-1975
[redaktə | mənbəni redaktə et]1971-ci ilin avqustunda Hawkwind qrupuna qoşuldu və ilk dəfə bass gitarist kimi fəaliyyətə başladı.[4] 1975-ci ildə ABŞ-Kanada sərhədini keçərkən üzərində narkotik maddə tapılaraq ilə həbs olunan Lemmi buna görə də qrupdan ixrac edildi.[5]
1975-2015
[redaktə | mənbəni redaktə et]1975-ci ildə Hawkwinddən qovulmasından sonra Lerri Uollis ilə Bastard adlı qrup yaratsa da çox keçmədən bu adı dəyişərək Motörhead qrupunun əsasını qoydu.[6] 1980-1981-ci illərdə məşhurluğun zirvəsinə çıxan Motörhead son konsertini 11 dekabr 2015-ci ildə Berlində vermişdir.[7]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Lemmi musiqi karierasından əlavə 1990-cı ildə fantastika filmi olan Hardware və 1987-ci ildə Eat the Rich adlı komediya filmində çəkilmişdir. 1994-cü ildə Airheads (Boş başlar) filmində də rol almışdır.[8] Haqqında çəkilən Lemmy sənədli filmində Joy Division, Metallica, Megadeth, Anthrax və Hawkwind kimi qrupların musiqiçiləri də rol almışdı.[9]
Oyunlar
[redaktə | mənbəni redaktə et]1992-ci ildə Amiqa və Atari sistemləri üçün yayımlanan Motörhead adlı 16 bitlik oyunda əsas personajdır.[10] Guitar Hero: Metallica oyununda səviyyələrdən birində yer alır[11] və Brütal Legend oyunu üçün Kill Master personajını səsləndirmişdir.[12]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Lemmi alkoqolizm və seks həyatı ilə məşhur musiqiçilərdəndir. 30 yaşından bəri hər gün bir Jack Daniel's viski butulkası bitirirdi.[13] Maxim jurnalının siyahısına görə "10 Yaşayan Seks Əfsanəsi"ndən biri olub, 1200 qadınla yatmışdı.[14] LSD-ni mütəmadi olaraq istifadə edirdi.[15] 2005-ci ildə Uels Milli Məclisində çıxış etmiş və heroin istifadə etməyinə baxmayaraq onun leqallaşdırılmasını təklif etmişdi.[16] Özünü anarxist və ya libertarian kimi təqdim edirdi və aqnostik idi.
Sonrakı həyatı və ölümü
[redaktə | mənbəni redaktə et]1990-cı ildən bəri Los-Ancelesdə yaşamışdır. 2013-cü ildə implantat kardioverzion-defibrilyator istifadəsinə başlamışdı. 26 dekabr 2015-ci ildə xərçəng diaqnozu qoyulmuş, 2 gün sonra vəfat etmişdir.[17]
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]The Rockin' Vickers
[redaktə | mənbəni redaktə et]- 1965 – "Zing! Went the Strings of My Heart" / "Stella" (7'' sinql)
- 1965 – "It's Alright" / "Stay By Me" (7'' sinql)
- 1966 – "Dandy" / "I Don't Need Your Kind" (7'' sinql)
- 2000 – The Complete: It's Alright
Sem Qopal
[redaktə | mənbəni redaktə et]- 1969 – Escalator
- 1969 – "Horse" / "Back Door Man" (7'' sinql)
Hawkwind
[redaktə | mənbəni redaktə et]- 1972 – "Silver Machine" / "Seven by Seven" (7'' sinql)
- 1972 – Glastonbury Fayre – contains "Silver Machine" and "Welcome to the Future"
- 1972 – Greasy Truckers Party – contains "Born to Go" and "Master of the Universe"
- 1972 – Doremi Fasol Latido
- 1973 – "Lord of Light" / "Born to Go" (7'' sinql)
- 1973 – "Urban Guerrilla" / "Brainbox Pollution" (7'' sinql)
- 1973 – Space Ritual
- 1974 – Hall of the Mountain Grill
- 1974 – "Psychedelic Warlords" / "It's So Easy" (7'' sinql)
- 1975 – "Kings of Speed" / "Motorhead" (7'' sinql)
- 1975 – Warrior on the Edge of Time
- 1983 – The Weird Tapes (canlı, 1967–1982)
- 1984 – The Earth Ritual Preview EP
- 1985 – Bring Me the Head of Yuri Gagarin (canlı 1973)
- 1985 – Space Ritual#Volume 2 (canlı 1972)
- 1986 – Hawkwind Anthology (canlı, 1967–1982)
- 1991 – BBC Radio 1 canlı in Concert (canlı 1972)
- 1992 – The Friday Rock Show Sessions (canlı 1986)
- 1997 – The 1999 Party (canlı 1974)
Robert Calvert's band
[redaktə | mənbəni redaktə et]- 1974 – "Ejection" / "Catch a Falling Starfighter" (7'' sinql)
- 1974 – Captain Lockheed and the Starfighters
- 1980 – "Lord of the Hornets" / "The Greenfly and the Rose" (7'' sinql)
Digər proyektlər
[redaktə | mənbəni redaktə et]1990 – Lemmy & The Upsetters – Blue Suede Shoes
2000 – Lemmy, Slim Jim & Danny B – Lemmy, Slim Jim & Danny B
2006 – The Head Cat – Fool's Paradise
2006 – The Head Cat – Rockin' the Cat Club: canlı from the Sunset Strip
2006 – Lemmy – Damage Case
2007 – Keli Raven & Lemmy Kilmister "Bad Boyz 4 Life" (sinql).
2011 – The Head Cat – Walk The Walk… Talk The Talk
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Classic interview: Lemmy - 'Never go camping with a one armed man'". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
- ↑ 1 2 3 Clerk, Carol - The Saga of Hawkwind. Omnibus Press, 2004. səh. 546. ISBN 1-84449-101-3.
- ↑ Paul Trynka. (2004). The Beatles 10 Years That Shook The World. Dorling Kindersley/Mojo. səh. 59. ISBN 0-7566-0670-5.
- ↑ Kilmister, Lemmy (2012). White Line Fever: Lemmy: The Autobiography. Simon and Schuster. ISBN 978-1-471-11271-3. səh.71
- ↑ "Lemmy dies, aged 70 Arxivləşdirilib 2015-12-29 at the Wayback Machine". Songwriting Magazine. 29 December 2015. Retrieved 31 December 2015.
- ↑ "Rəsmi Motörhead bioqrafiyası". 2016-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
- ↑ "Motörhead bitdi - Mickey Dee". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
- ↑ "Airheads - iMDB". 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
- ↑ "Treyler haqqında xəbər". 2015-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
- ↑ "Game Database - Motörhead". 2016-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
- ↑ ""Guitar Hero Metallica Will Feature Lemmy!"". 2014-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
- ↑ "Lemmi - İntervyu". 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
- ↑ ""I Drink a Bottle of Jack a Day"". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
- ↑ "Motorhead Lemmy Kilmister Makes Maxim's Top 10 List of "Living Legends of Sex"". 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
- ↑ Motorhead Videobiography (Double DVD ) Edgehill Publishing Ltd., İyun 2007 ISBN 978-1-905954-38-4
- ↑ ""MOTÖRHEAD's LEMMY Tells Welsh Assembly: Legalize Heroin"". 2007-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.
- ↑ "Motorhead Frontman Lemmy Dies at 70". 2015-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.