Lidl
Lidl | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | pərakəndə |
Təsis tarixi | 1973 |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı |
|
lidl.de lidl.com |
|
Vikianbarda əlaqəli mediafayllar |
Lidl — Avropa və ABŞ-də 10.000-dən çox mağazası fəaliyyət göstərən, mərkəzi Almaniyanın Nekkarzulm şəhərində yerləşən topdan satış supermarketlər şəbəkəsi. Mağazalar şəbəkəsi, Handelshof və Kauflandın sahibi olan Dieter Şvarza məxsusdur.[2]
Lidl, ABŞ-nin da daxil olduğu bir neçə bazarda, bəzi ölkələrdə Aldi adı altında, digər topdan satış supermarket şəbəkələrinə meydan oxumağı bacarır. Latviya və Estoniya istisna olmaqla Avropa İttifaqının hər bir üzvü olan ölkədə Lidl mağazalarına rast gəlmək mümkündür. Həmçinin, Lidl mağazaları İsveçrədə, Serbiya və ABŞ-də da mövcuddur.[3]
Tarixçəsi
[redaktə | mənbəni redaktə et]Şəbəkənin təsisçisi Jozef Şvarzdır. Biznesin başlanğıcı 1930-cu ildə qoyulub; 10 il ərzində Jozef Şvarz, şirkəti qida məhsullarının topdan satışı bazarında əhəmiyyətli müəssisəyə çevirib. 1945-ci ildə Almaniyanın müharibədə məğlub olmasından sonra şirkət öz fəaliyyətini dayandırdı. Növbəti 10 il ərzində şirkət yeni canlanmağı bacardı.
1977-ci ildə, atasının ölümündən sonra şirkət oğlu Diter Şvarsın əlinə keçdi. Eyni zamanda, şirkət iki istiqamətdə aktiv şəkildə inkişaf etməyə başladı — həm təsərüffat malları həm də ərzaq məhsulları.
Təsviri
[redaktə | mənbəni redaktə et]Bir qayda olaraq, LİDL mağazaları avtomobil dayanacağı ilə 700–1000 m² sahəsi olan supermarketlərdən ibarətdir.
Mağazaların tərtibatı standartdır və hər zaman bütün filiallarda, hər şey demək olar ki, eynidir. Lidl məhsullarının çeşidi 2000-ə yaxın adda fəaliyyət göstərir.
Təklif olunan malların qiymətləri bazar konyunkturasından və rəqiblərin iş qrafikindən asılı olaraq dəyişir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.bundesanzeiger.de.
- ↑ "German discounter Lidl slows U.S. expansion: paper". Reuters (ingilis). 17 yanvar 2018. 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2019.
- ↑ "The Germans Are Escalating America's Grocery Price War". Bloomberg. 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2019.