Məhəmməd Əmin Zəki
Məhəmməd Əmin Zəki | |
---|---|
ərəb. محمد أمين زكي | |
Doğum tarixi | 1880 |
Doğum yeri | |
Vəfat tarixi | 1948 |
Təhsili |
|
Məhəmməd Əmin Zəki[1] (kürd. Mihemed Emîn Zekî; 1880, Süleymaniyyə – 1948) — kürd yazıçısı, tarixçisi və siyasətçisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Məhəmməd Əmin Zəki 1880-ci ildə Osmanlı imperiyasının Süleymaniyyə şəhərində anadan olmuşdur. O, Süleymaniyyə Hərbi Məktəbi və Bağdad Hərbi Liseyində təhsil aldıqdan sonra 10 fevral 1902-ci ildə Osmanlı Hərbi Akademiyasından məzuz olaraq Osmanlı ordusuna qatılmışdır.[2] Məhəmməd Əmin Zəki 11 yanvar 1905-ci ildə İstanbuldakı Osmanlı Hərbi Texnikumunu fərqlənmə diplomu ilə bitirmişdir. O, daha sonra Osmanlı ordusunda qərargah zabiti kimi xidmət etmişdir.[3] Məhəmməd Əmin Zəki Bağdad Hərb Tarixi kafedrasını tərk etmiş və 23 iyul 1923-cü ildə İraq Hərbi Akademiyasında mühazirələr oxumağa başlamışdır. O həmçinin, 1920-ci illərdə Britaniya mandatı altında İraq administrasiyasında çalışmış[4] və 1928-ci ildə müdafiə naziri təyin edilmişdir.[5] Onun kürd xalqı və dövlətlərinin tarixinə dair iki cildlik kitabı bu mövzuda məşhur əsərlərdən biridir olmuş, ingilis və ərəb dillərinə tərcümə edilmişdir.[6] Məhəmməd Əmin Zəki 1944-cü ilin dekabrından 1946-cı ilin iyununa qədər Deputatlar Palatasının sədri olmuşdur.[7] O, 1948-ci ilin iyulunda İraqın Süleymaniyyə şəhərində vəfat etmişdir.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "ŞƏRƏF XAN BİDLİSİNİN "ŞƏRƏFNAMƏ" ƏSƏRİ KÜRD XALQININ TARİXİ MƏNBƏYİ KİMİ ƏSƏRİNDƏN BİR PARÇA". Diplomat (az.). 24 (11). 1–15 dekabr 2005. səh. 6.
- ↑ G. F. Clayton, R. O. Collins, An Arabian Diary, 379 pp., University of California Press, 1969, p.340
- ↑ P. G. Kreyenbroek, S. Sperl, The Kurds: A Contemporary Overview, 250 pp., Routledge Publishers, 1992, ISBN 0-415-07265-4, p.197
- ↑ N. Méouchy, P. Sluglett, The British and French Mandates in Comparative Perspectives, 743 pp., BRILL Publishers, 2004, ISBN 90-04-13313-5, p.589
- ↑ P. Sluglett, Britain in Iraq: Contriving King and Country , 318 pp., I.B. Tauris Publishers, 2007, ISBN 1-85043-769-6, p.117
- ↑ L. Meho,' The International Journal of Kurdish Studies: a cumulative index, 1986-2002[1] Arxivləşdirilib 2008-07-25 at the Wayback Machine.
- ↑ "'File 11/44 Leading Personalities in Iraq, Iran & Saudi Arabia' [30r] (59/96)". Qatar Digital Library. September 10, 2018. December 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 8, 2022.
- ↑ Mihemed Emîn Zekî Beg, Dîroka Kurd û Kurdistanê, Avesta, İstanbul, 2002, ISBN 978-975-8637-20-1, p. 4.