Məsud Pezeşkian

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Məsud Pezeşkian
fars. مسعود پزشکیان
Vəzifədədir
28 iyul 2024-cü ildən
Ali RəhbərƏli Xamenei
Vitse-prezidentMəhəmməd Rza Arif
Əvvəlkiİbrahim Rəisi
Məhəmməd Müxbir (i.e.)
İran Səhiyyə və Tibbi Təhsil naziri
22 avqust 2001 – 24 avqust 2005
PrezidentMəhəmməd Xatəmi
Şəxsi məlumatlar
Doğum tarixi 29 sentyabr 1954(1954-09-29) (69 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi, ürək cərrahı, akademik[d]
Dini on iki imam şiəliyi, şiəlik
Hərbi xidmət
Mənsubiyyəti İran
Qoşun növü İran İnqilab keşikçiləri Ordusu
Döyüşlər
Elmi fəaliyyəti
Elm sahəsi Aorta koronar şuntlama, ümumi cərrahiyyə

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məsud Pezeşkian (fars. مسعود پزشکیان‎; 29 sentyabr 1954, Məhabad, Pəhləvilər İranı[d][1]) — İran siyasətçisi və həkimi. İranın 9-cu prezidenti (2024-cü ildən).[2] İran Səhiyyə və Tibbi Təhsil naziri (2001–2005).

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan ostanının Məhabad şəhərində doğulub. "The Guardian" qəzetinə görə, onun ata tərəfdən azərbaycanlı, ana tərəfdən kürd olduğu bildirilir.[3] BBC isə onun azərbaycanlı olduğunu qeyd edir.[4] O, həmçinin BBC-yə verdiyi bir açıqlamasında özünün "türk olduğunu və Azərbaycanda doğulduğunu" bildirmişdir.[5]

İran Parlamentinin birinci sədr müavini və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biri idi.

Təbrizdən olan millət vəkili Məsud Pezeşkian 2024-cü ildə prezident seçkisində seçki fəallığını artırmaq məqsədilə prezidentliyə namizədliyini irəli sürmüşdür.[6]

Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri və "Ararat" klubunda erməni icması ilə görüşü zamanı "Qarabağ Ermənistandır, vəssalam" sözləri yazılmış plakatın qaldırılması əksər azərbaycanlılarla birlikdə bəzi azərbaycanlı millət vəkillərinin, o cümlədən millət vəkili Məsud Pezeşkianın da etirazına səbəb olmuşdur.

2024 İran prezident seçkilərində iştirakı

[redaktə | mənbəni redaktə et]

Pezeşkian prezident seçkilərinin ikinci turunda rəqibi Səid Cəlili ilə mübarizə aparmış və qalib gəlmişdir.[2] O, vəzifələrinin icrasına 28 iyul 2024-cü ildə başlamışdır.[7]

  1. 1 2 https://www.theguardian.com/world/article/2024/jul/06/masoud-pezeshkian-the-former-heart-surgeon-who-became-president-of-iran.
  2. 1 2 Cassini, Farnaz; Vinograd, Cassandra. "Reformist Candidate Wins Iran's Presidential Election". The New York Times. 5 July 2024. 6 July 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2024.
  3. Editorial. "The Guardian view on Iran's presidential election: more choice, but little real hope of change". The Guardian (ingilis). 2024-06-14. ISSN 0261-3077. 2024-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-16.
  4. "İranın yeni Prezidenti: etnik azərbaycanlı, islahatçı Məsud Pezeşkian kimdir?". 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  5. "İran prezidentliyinə namizəd Məsud Pezeşkian: "Mən türkəm. Azərbaycanda dünyaya gəlmişəm"". 2024-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-08.
  6. "Təbrizdən millət vəkili prezidentliyə namizəd". 2024-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-11.
  7. "Iran's Khamenei formally grants Masoud Pezeshkian presidential powers". Agence France-Presse (ingilis). The Hindu. 2024-07-28. 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]