Mahmud Cəm
Mahmud Cəm | |
---|---|
محمود جم | |
3 dekabr 1935 – 26 oktyabr 1939 | |
Əvvəlki | Məhəmmədəli Füruği |
Sonrakı | Əhməd Mətin-Dəftəri |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, İran |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Uşaqları |
Firudin Cəm Pərvin Cəm |
Dini | şiəlik |
Vikianbarda əlaqəli mediafayllar |
Mahmud Cəm (1884–1969, farsca: محمود جم) — İranın 1935–1939-cu illərdə baş naziri olmuşdur.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Mahmud Cəm, Təbrizdə dünyaya gəlibdir. Atası Məhəmmədsadıq Kirmani, Kirmandan Təbrizə mühacirət etmişdir. Cəm Təbrizdə fransız bir şəxsdən fransız dilini öyrəndikdən sonra Təbrizdəki fransız səfirliyində tərcüməçi olaraq çalışmağa başlamışdır.
Oğlu Firudin Cəm İranın məşhur hərbçilərindən olmuşdur.
Karyerası
[redaktə | mənbəni redaktə et]Fransız səfirliyində tərcüməçi kimi işləməyə başlayan Cəm, Kirman və Xorasan da qubernator vəzifəsində çalışmışdır. 1933-cü ilin sentyabr ayında daxili işlər naziri vəzifəsinə təyin edilmişdir. Rza şahın rəhbərliyi altında maliyyə naziri vəzifəsində çalışmışdır.[2]1935-ci ilin dekabr ayından 1939-cu ilin oktyabr ayına qədər baş nazir vəzifəsində çalışmışdır.[1] Transiran koridoru onun baş nazirliyi dövründə açılmışdır. Bundan sonra o Misirə səfir təyin edilmişdir. 1948-ci ildə o, ədliyyə naziri vəzifəsinə təyin edilmişdir. Bundan sonra İtaliyaya səfir təyin edilmişdir. Ölümünə qədər deputat kimi xidmət etmişdir.[1]
Uzun müddət Dəmir Komitəsinin (Committee-e Ahan) üzvü olmuşdur.[3]
Ölümü
[redaktə | mənbəni redaktə et]1969-cu ilin 10 avqustunda, 89 yaşında Tehranda vəfat etmişdir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Bevans, Charles Irving. Treaties and Other International Agreements of the United States of America.
- ↑ Sīrūs Ghanī, Cyrus Ghani. Iran and the Rise of the Reza Shah: From Qajar Collapse to Pahlavi Power. Sirakuz Universiteti nəşriyyatı. 2013.
- ↑ Abbas Milani. Eminent Persians: The Men and Women who Made Modern Iran, 1941-1979 : in Two Volumes. Syracuse University Press. 2008. 313. ISBN 978-0-8156-0907-0. 7 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2013.