Makaroni (dəb)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Makaroni. Son maskalı balda həqiqi bir xarakter" (mis taxta, Philip Dawe, 1773)

Makaroni (İngilis. macaroni, daha qədimdən maccaroni), XVIII əsrin 70-ci illərində İngiltərədə dəbli geyinməyi sevən, dəb dalınca qaçan və öz ədəbazlığı ilə diqqəti cəlb etməyə çalışan gənclərə verilən addır (ləqəbdir).

Sözün əsli italyancadır. Müxtəlif dillərdən alınan sözlərin qarışıq şəkildə işlədilməsi yolu ilə yaradılan satirik və gülməli şeirlərə makaronik poeziya deyirdilər. XV əsrdə İtaliyada latın sözləri və qafiyələri ilə italyan sözləri və qafiyələrini qarışıq işlədilən poetik əsərlərə bu adı verirdilər. XVIII əsrin ingilis gəncləri moda dalınca qaçanda bəzək-düzəkdə bir çox elementləri qarışdırdıqlarına görə onlara "makaroni" ləqəbi verilmişdi. Bu gənclər Londonda özləri üçün xüsusi "Makaronilər klubu" düzəltmişdilər.

Həmçinin baxın

[redaktə | vikimətni redaktə et]