56°42′ şm. e. 47°52′ ş. u.HGYO

Mari El

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mari El
Марий Эл Республик
Мары Эл Республик
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

56°42′ şm. e. 47°52′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Yoşkar-Ola
Dövlət Başçısı Aleksandr Yevstifeyev
Dövlət Məclisinin sədri Anatoli Smirnov
Tarixi və coğrafiyası
Yaradılıb 12 yanvar 1993
Sahəsi
  • 23.200 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 669.854 nəf. (2024)
Rəsmi dili MaricəRusca
Rəqəmsal identifikatorlar
ISO kodu RU-ME
Telefon kodu 836
Avtomobil nömrəsi 12
Rəsmi sayt
Mari El xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mari El Respublikası (rus. Республика Марий Эл, mar. Марий Эл Республик, d.mari Мары Эл Республик) — Rusiya Federasiyası subyektlərindən biri. Mari xalqının keçmiş adı - Çirmiş xalqı. Volqa Federal Dairəsinə daxildir. 4 noyabr 1920-ci ildə Mariya muxtar vilayəti kimi yaradılmışdır. Respublika kimi 1936-cı ildən fəaliyyət göstərir. Dövlət dilləri mari dilirus dilidir.

Finn-uqor tayfaları qədim zamanlardan Rusiyanın müasir Avropa hissəsinin ərazisində məskunlaşmışlar. Mari El Respublikasının ərazisində e.ə. birinci minilliyə aid arxeoloji mənbələr qorunub saxlanılmışdır. IX əsrdən etibarən marilər şərqə doğru hərəkət edən və Rostov, Qaliç, Yaroslavl, Suzdal, Vladimir və 1221-ci ildə Nijni Novqorod şəhərlərini quran slavyan və slavyan-fin xalqları ilə təmasda oldular. Tədricən xristianlığı qəbul adən qərb mariləri slavyanlaşaraq assimilyasiya oldular, xristianlığı qəbul etmək istəməyənlər isə şərqə qaçdılar.

Respublikanın ərazisi 23.2 min kvadrat kilometrdir *[1]. Torpaqlarının 57%-i meşələrlə örtülüdür. Respublikada 476 çay axır. Bu axar sular ümumiyyətlə noyabr-aprel ayları arasında donur. Həmçinin 200 göl var. Mari El Şərqi Avropa düzənliyinin şərqində, Volqa çayının orta axınında yerləşir. Respublikanın əksər hissəsi Volqanın sol sahilində yerləşir.

Faydalı qazıntıları torf, gil, tikinti daşı, əhəng daşı, şüşə və silikat qumları, mineral bulaqlardır.

İqlimi uzun sürən soyuq qış və isti yayı ilə mülayim kontinentaldır. Noyabr ən küləkli aydır. Qış, bir qayda olaraq, noyabr ayında başlayır. Mari El Respublikası qış idman növləri ilə məşğul olmaq üçün əla yerdir. Bahar ümumiyyətlə, sərin və quru keçir. Canavar, qonur ayı, tülkü, sığın, vaşaq, qunduz, köstəbək kimi heyvanlar burada yaşayır.

Rosstatın məlumatına görə, respublikanın əhalisi 680 397 nəfərdir (2019). Əhalinin sıxlığı 29,11 nəfər/km²-dir(2019). Şəhər əhalisi 66,34 %-dir (2018). Yoşkar-Ola və Voljsk şəhər əhalisi, eləcə də Yoşkar-Ola ətrafı və respublikanın qərbindəki bir sıra kəndlərdə ruslar üstünlük təşkil edir. Kənd yerlərində mari əhalisi üstünlük təşkil edir. Tatarlar əsasən Yoşkar-Ola, Voljsk şəhərlərində və Zveniqovski, Mari-Turek, Medvedevski, Morkin, Parangin rayonlarında kompakt şəkildə yaşayırlar. Respublikada tatarların üstünlük təşkil etdiyi 36 yaşayış məntəqəsi, tatar dilinin tədris edildiyi 19 məktəb var. Tatar mədəniyyəti cəmiyyəti, Respublika Tatar Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Tatar dilində qəzet nəşr olunur, televiziya şousu verilir[2].

1926 il
[3]
nəfər
% 1939
[4]
nəfər
% 1959 il
[5]
nəfər
% 1979 il
[6]
чел.
% 1989
[7]
nəfər
% 2002 il
[8]
nəfər
% 2010
[9][10]
nəfər
%
Cəmi 482090 100,00 % 579610 100,00 % 647680 100,00 % 704207 100,00 % 749332 100,00 % 727979 100,00 % 696459 100,00 %
Ruslar 210016 43,56 % 266951 46,06 % 309514 47,79 % 334561 47,51 % 355973 47,51 % 345513 47,46 % 313947 45,08 %
Marilər 247979 51,44 % 273332 47,16 % 279450 43,15 % 306627 43,54 % 324349 43,29 % 312178 42,88 % 290863 41,76 %
Tatarlar 20219 4,19 % 27149 4,68 % 38821 5,99 % 40917 5,81 % 43850 5,85 % 43377 5,96 % 38357 5,51 %
Çuvaşlar 2184 0,45 % 5504 0,95 % 9065 1,40 % 8087 1,15 % 8993 1,20 % 7418 1,02 % 6025 0,87 %
Ukraynalılar 86 0,02 % 1805 0,31 % 2728 0,42 % 4454 0,63 % 5344 0,71 % 5097 0,70 % 3601 0,52 %
Udmurtlar 1205 0,25 % 1421 0,25 % 2481 0,38 % 2455 0,35 % 2457 0,33 % 2166 0,30 % 1932 0,28 %
Ermənilər 2 0,00 % 52 0,01 % 292 0,05 % 652 0,09 % 440 0,06 % 1104 0,15 % 1003 0,14 %
Beloruslar 49 0,01 % 357 0,06 % 750 0,12 % 1249 0,18 % 1404 0,19 % 1406 0,19 % 940 0,13 %
Mordvalar 42 0,01 % 1618 0,28 % 1613 0,25 % 1686 0,24 % 1749 0,23 % 1255 0,17 % 862 0,12 %
Azərbaycanlılar - - 22 0,00 % 165 0,03 % 224 0,03 % 520 0,07 % 1157 0,16 % 844 0,12 %

Aparıcı sənaye sahələri — maşınqayırma və metal emalı (alət və cihazlar, avtomatlaşdırma vasitələri), meşə, ağac emalı və sellüloz-kağız, yüngül və yeyinti (ət və süd). Əsas sənaye mərkəzləri Yoşkar—Ola, Voljsk şəhərləridir. Kənd təsərrüfatının aparıcı sahəsi heyvandarlıqdır (südçülük və ət-südçülük, donuzçuluq, qoyunçuluq, quşçuluq, keçi yetişdirmə). Həmçinin taxıl (arpa, yulaf, çovdar, buğda) və yem bitkiləri, kətan, mayaotu, tərəvəz, kartof yetişdirilir.

  • Yoşkar-Ola : 256.719 nəfər (2002-ci il siyahıya almasına əsasən)[11]
  1. "RussiaOutdoors - Путешествия по России". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.
  2. Tatar ensiklopedik lüğəti. — Kazan, 1999.
  3. "Демоскоп. Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам России: Марийская автономная область". 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
  4. "Демоскоп. Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по регионам России: Марийская АССР". 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
  5. "Демоскоп. Всесоюзная перепись населения 1959 года. Национальный состав населения по регионам России: Марийская АССР". 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
  6. "Демоскоп. Всесоюзная перепись населения 1979 года. Национальный состав населения по регионам России: Марийская АССР". 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
  7. "Демоскоп. Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по регионам России: Марийская АССР". 2012-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
  8. Всероссийская перепись населения 2002 года Arxivləşdirilib 2013-04-21 at the Wayback Machine: Население по национальности и владению русским языком по субъектам РФ Arxivləşdirilib 2006-11-04 at the Wayback Machine
  9. "Официальный сайт Всероссийской переписи населения 2010 года. Информационные материалы об окончательных итогах Всероссийской переписи населения 2010 года". 2017-08-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
  10. "Всероссийская перепись населения 2010 года. Официальные итоги с расширенными перечнями по национальному составу населения и по регионам". 2021-12-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-26.
  11. "RussiaOutdoors - Путешествия по России". 2021-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-13.