Markos Leonardo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Markos Leonardo
Ümumi məlumatlar
Tam adı Markos Leonardo Santos Almeyda[1]
Doğum tarixi [1] (21 yaş)
Doğum yeri İtapetinqa, Braziliya
Vətəndaşlığı
Boyu 175 sm[1]
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Səudiyyə Ərəbistanı Əl-Hilal
Nömrəsi 11
Karyerası
Gənclik karyerası
2014—2020 Braziliya Santos
Klub karyerası[* 1]
2020—2023 Braziliya Santos 130 (43)
2024 Portuqaliya Benfika 17 (8)
2024—h.h Səudiyyə Ərəbistanı Əl-Hilal 1 (0)
Milli yığma[* 2]
2019 Braziliya Braziliya U-16 7 (3)
2021 Braziliya Braziliya U-18 3 (3)
2021—2023 Braziliya Braziliya U-20 13 (15)
2023 Braziliya Braziliya U-23 1 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Markos Leonardo Santos Almeyda (2 may 2003, Braziliya) — Markos Leonardo kimi də tanınan Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçilərindən olan "Əl-Hilal" klubunda hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusu.

Klub karyerası

[redaktə | mənbəni redaktə et]
Markos Leonardo 2022-ci ildə Santos klubunda çıxış edərkən

Markos Baiya ştatının İtapetinqa şəhərində anadan olmuşdur. O, 2014-cü ilin may ayında San-Paulu ştatının Taubate şəhərinə köçmüş[2] və sınaq məqşlərindən sonra "Santos" klubunun akademiyasına qəbul olunmuşdur.[3] 23 oktyabr 2019-cu ildə o, klub ilə üç illik müqavilə imzalamışdır.[4]

21 iyul 2020-ci ildə Markos Leonardo Paulista Liqasında iştirak etmək üçün seçilən beş akademiya məzunundan biri olmuşdur.[5] O, peşəkar karyerasında və Braziliya A Seriyasında debütünü 20 avqust tarixində "Sport Resife" klubuna qarşı oyunda etmişdir. Markos ikinci hissədə Yeferson Soteldonu əvəzləmiş və komandası rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir.[6]

Markos Leanardo Libertadores Kubokunda debütünü 15 sentyabr 2020-ci ildə "Olimpiya" klubuna qarşı oyunda etmiş və komandası rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır.[7] O, peşəkar karyerasında ilk qolunu 4 oktyabr tarixində "Qoyas" klubuna qarşı oyunda vurmuş və komandası rəqibinə 3-2 hesabı ilə qalib gəlmişdir.[8]

20 oktyabr 2020-ci ildə "Defensa i Xustisia" klubuna qarşı oyunda qolla yadda qalan Markos Libertadores Kubokunda qol vuran ən gənc altıncı futbolçu və ən gənc dördüncü braziliyalı kimi tarixə düşmüşdür.[9] Həmin görüşdə Santos evdə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. Leonardo 2021 mövsümünün böyük bir hissəsini ehtiyat skamyasında keçirmişdir. O, komandada gənc komanda yoldaşı Kayo Jorjenin və komandaya yeni qoşulan Leo Baptistaonun əvəzedicisi hesab edilirdi.

15 avqust 2022-ci ildə Markos Leonardo klub ilə 2026-cı ilə qədər yeni müqavilə imzalamışdır.[10] O, artıq komandanın əsas heyət oyunçularından birinə çevrilmiş və müntəzəm olaraq komandada qolları sıralamağa başlamışdır. 8 oktyabr 2023-cü ildə Markos "Palmeyras" klubuna qarşı oyunda qol vuraraq klub tarixinin ən çox qol vuran 50 futbolçusundan birinə çevrilmişdir.[11]

5 yanvar 2024-cü ildə Markos Primeyra Liqa təmsilçilərindən olan "Benfika" klubu 18 milyon avro qarşılığında ilə beş il yarım müddətinə müqavilə imzalamışdır.[12] Santos klubu isə Lissabon klubunun oyunçunun gələcək transferindən əldə edəcəyi mənfəətin 10%-lik pay hüququna sahib olmuşdur. Oyunçunun sərbəst qalma məbləği isə 150 milyon avro olaraq təyin edilmişdir.[13]

Markos Benfika klubunda "Rio Ave", "Boavişta" və "Eştrela" klublarına qarşı keçirtdiyi ilk üç liqa görüşündə hər birində meydana ikinci hissədə daxil olaraq qolla yadda qalmışdır. Komandası isə müvafiq olaraq 4-1, 2-0 və 4-1 hesabı ilə rəqibləri üzərində qələbə qazanmışdır.[14][15][16] 15 fevral 2024-cü ildə o, UEFA Avropa Liqasında debüt etmişdir. O, pley-off mərhələsində "Tuluza" klubuna qarşı oyunda son dəqiqələrdə Artur Kabralı əvəzləyərək meydana daxil olmuşdur. Markos komandasına penalti qazandırmış və Anxel Di Mariya penaltini dəqiq yerinə yetirərək komandasına 2-1 hesabı ilə qələbə qazandırmışdır.[17]

2 sentyabr 2024-cü ildə Markos Leonardo 40 milyon avro qarşılığında Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçilərindən olan "Əl-Hilal" klubu beş illik müqavilə imzalamışdır.[18]

Milli karyerası

[redaktə | mənbəni redaktə et]

Markos Leonardo 2019 Montequ turnirindəUEFA İnkişaf Turnirində iştirak etmək üçün Braziliya U-17 millisinə dəvət almışdır.[19] 12 fevral 2021-ci ildə o, gənc komanda yoldaşı Renyer ilə birlikdə U-18 millisində çıxış etmişdir.[20]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Markos Leonardonun atası Markos Korinqa da futbolçu olmuş və hücumçu kimi çıxış etmişdir. Buna baxmayaraq, o yalnız yerli Baiya ştatındakı həvəskar komandalarda meydana çıxmışdır.[21]

Karyera statistikası

[redaktə | mənbəni redaktə et]
17 sentyabr 2024 tarixində yenilənib[22]
Klublarına görə oyunları və qolları, mövsümləri və turnirləri
Klub Mövsüm Liqa Ştat Liqası[a] Ölkə Kuboku[b] Liqa Kubokku[c] Kontinental Ümumi
Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
Santos 2020 Seriya A 18 4 0 0 1 0 3[d] 1 22 5
2021 Seriya A 16 5 7 0 6 1 11[e] 1 40 7
2022 Seriya A 35 13 12 4 6 2 4[f] 2 57 21
2023 Seriya A 31 13 11 4 4 3 3[f] 1 49 21
Ümumi 100 35 30 8 17 6 21 5 168 54
Benfika 2023–24 Primeyra Liqa 14 7 2 0 1 0 4[g] 0 21 7
2024–25 Primeyra Liqa 3 1 3 1
Ümumi 17 8 2 0 1 0 4 0 24 8
Əl-Hilal 2024–25 Səudiyyə Pro Liqası 1 0 0 0 1[h] 1 2 1
Ümumi karyera 118 42 30 8 19 6 1 0 26 6 194 63
  1. Kampeonato Paulista görüşləri daxildir.
  2. Braziliya və Portuqaliya Kuboku görüşləri daxildir.
  3. Portuliya Liqa Kuboku görüşləri daxildir.
  4. Libertadores Kuboku görüşləri daxildir.
  5. 9 oyun və 1 qol Libertadores Kubokuna, 2 oyun isə Sudamerikana Kubokuna daxildir.
  6. 1 2 Sudamerikana Kuboku görüşləri daxildir.
  7. UEFA Avropa Liqası görüşləri daxildir.
  8. Asiya Çempionlar Liqası görüşləri daxildir.

Fərdi

  • FİFA U-20 Dünya Çempionatı Gümüş Ayaqqabı: 2023[23]
  1. 1 2 3 "FIFA U-20 World Cup Argentina 2023™ SQUAD LIST: Brazil (BRA)" (PDF). FIFA. 22 May 2023. səh. 2. 19 May 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 May 2023.
  2. "Promessa que marcou em jogo-treino tem mais de 100 gols no Peixe" [Prospect who scored in training match has more than 100 goals at Peixe] (portuqal). Diário do Peixe. 1 July 2019. 13 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2020.
  3. "Conheça Marcos Leonardo, Menino da Vila artilheiro do Sub-15 do Santos FC" [Know Marcos Leonardo, Menino da Vila goalscorer of the under-15s of Santos FC] (portuqal). Santos FC. 13 September 2018. 8 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2020.
  4. "Santos assina primeiro contrato profissional com promessa da base" [Santos sign first professional contract with youth prospect] (portuqal). Lance!. 23 October 2019. 17 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2020.
  5. "Santos inscreve mais cinco da base no Campeonato Paulista" [Santos register five more from the youth setup in the Campeonato Paulista] (portuqal). Gazeta Esportiva. 21 July 2020. 26 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2020.
  6. "Marinho decide mais uma vez, e Santos vence o Sport" [Marinho decides again, and Santos defeat Sport] (portuqal). UOL Esporte. 20 August 2020. 2 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2020.
  7. "Na volta da Libertadores, Santos fica no zero com Olimpia e mantém liderança" [In the return of the Libertadores, Santos draw blank with Olimpia and maintain leadership] (portuqal). Globo Esporte. 15 September 2020. 8 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 September 2020.
  8. "Na volta da Libertadores, Santos fica no zero com Olimpia e mantém liderança" [In the return of the Libertadores, Santos draw blank with Olimpia and maintain leadership] (portuqal). Globo Esporte. 15 September 2020. 8 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 September 2020.
  9. "Marcos Leonardo, do Santos, é o 6º mais jovem a marcar na Libertadores" [Marcos Leonardo, from Santos, is the 6th youngest to score in the Libertadores] (portuqal). UOL Esporte. 20 October 2020. 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 October 2020.
  10. "Santos FC garante renovação de Marcos Leonardo" [Santos FC assure renewal of Marcos Leonardo] (portuqal). Santos FC. 15 January 2022. 15 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 January 2022.
  11. "Marcos Leonardo entra para o Top 50 artilheiros do Santos" [Marcos Leonardo goes in the top 50 goalscorer of Santos] (portuqal). UOL Esporte. 8 October 2023. 13 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2023.
  12. "Marcos Leonardo reforça o Benfica!" [Marcos Leonardo reinforces Benfica!] (portuqal). SL Benfica. 5 January 2024. 5 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2024.
  13. "Marcos Leonardo junta-se a Kokçu no clube dos 150 milhões" [Marcos Leonardo joins Kokçu in the 150 million club]. O Jogo. 5 January 2024. 5 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 January 2024.
  14. Martins, André Cruz. "Estreia de sonho de Marcos Leonardo em resultado muito enganador" [Marcos Leonardo's dream debut in a very misleading result]. Diário de Notícias (portuqal). 14 January 2024. 14 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2024.
  15. "Marcos Leonardo marca de novo, e Benfica vence Boavista no Português" [Marcos Leonardo scores again, and Benfica beats Boavista in the Portuguese league]. Globo Esporte (portuqal). 19 January 2024. İstifadə tarixi: 20 January 2024.
  16. "Já virou hábito. Marcos Leonardo volta a entrar e a marcar pelo Benfica" [It has become an habit. Marcos Leonardo once again comes in and scores for Benfica]. Notícias ao Minuto (portuqal). 29 January 2024. 30 January 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2024.
  17. "Marcos Leonardo: «Ter sofrido o penálti deixou-me muito feliz»" [Marcos Leonardo: «Suffering the foul made me very happy»]. MaisFutebol (portuqal). 15 February 2024. İstifadə tarixi: 15 February 2024.
  18. "الهلال يتعاقد مع الدولي البرازيلي "ماركوس ليوناردو"" (Arabic). Al Hilal SFC. 2 September 2024. İstifadə tarixi: 2 September 2024.
  19. "Marcos Leonardo comemora retorno à Seleção Brasileira Sub-17" [Marcos Leonardo celebrates return to Brazil national under-17 team] (portuqal). CBF. 10 March 2020. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 July 2020.
  20. "Seleção sub-18 é convocada com santistas Marcos Leonardo e Renyer" [Under-18 national team is called up with Santos players Marcos Leonardo and Renyer] (portuqal). Istoé. 12 February 2021. 14 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2021.
  21. "Filho de campeão do Intermunicipal faz sucesso no Santos" [Son of an Intermunicipal champion makes his mark at Santos] (portuqal). FBF. 17 October 2019. İstifadə tarixi: 22 July 2020.[ölü keçid]
  22. Soccerway.com saytında profili (ing.)
  23. "Casadei claims a golden double". 11 June 2023. İstifadə tarixi: 12 June 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]