Martin Nimöller
Martin Fridrix Qustav Emil Nimöller (alm. Martin Friedrich Gustav Emil Niemöller; 14 yanvar 1892, Lippştadt, Almaniya İmperiyası — 6 mart 1984, Visbaden, Almaniya Federativ Respublikası) — protestant din xadimi, protestant yevangelist kilsəsinin pastoru, Almaniyada ən məşhur nasizm əleyhdarlarından biri, Beynəlxalq kilsələr şurasının prezidenti, "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Lenin mükafatı laureatı (1967).
İlk vaxtlarda Hitleri dəstəkləyən Nimöller, nasistlərin hakimiyyətə gəlməsindən və onların irəli sürdükləri "ali irq" ideyasını, anti-dini kampaniyanı və yəhudilərə qarşı tətbiq etdikləri sərt qanunları gördükdən sonra qatı nasizm əleyhdarına çevrilmiş və Almaniyada Hitleri açıq şəkildə tənqid etməyə başlamışdır. Bu fəaliyyətinə görə 1937-ci ildə həbs edilmiş və yalnız 1945-ci ildə müttəfiq qoşunları tərəfindən Daxau həbs düşərgəsindən azad edilmişdir.
Nimöllerin "Onlar gələndə" şeiri böyük populyarlığa malikdir:
- Nasistlər kommunistlərin dalınca gələndə, mən susdum, çünki mən kommunist deyildim.
- Onlar sosial-demokratları içəri atanda, mən susdum, çünki mən sosial-demokrat deyildim.
- Sonra onlar həmkarlar ittifaqlarının nümayəndələri üçün gəldilər, mən heç nə demədim, çünki həmkarlar ittifaqının üzvü deyildim.
- Sonra onlar yəhudilərin dalınca gəldilər, mən heç nə demədim, çünki mən yəhudi deyildim.
- Onlar mənim dalımca gələndə, buna etiraz edəcək heç kim qalmamışdı.
Orijinal mətn (alm.)
- Als die Nazis die Kommunisten holten, habe ich geschwiegen, ich war ja kein Kommunist.
- Als sie die Sozialdemokraten einsperrten, habe ich geschwiegen, ich war ja kein Sozialdemokrat.
- Als sie die Gewerkschafter holten, habe ich geschwiegen, ich war ja kein Gewerkschafter.
- Als sie die Juden holten, habe ich nicht protestiert; ich war ja kein Jude.
- Als sie mich holten, gab es keinen mehr, der protestieren konnte