Maxaraca ekspressi
"Maxaraca ekspressi" — Asiyanın ən bahalı qatarı[1]
Marşrutu
[redaktə | mənbəni redaktə et]"Maxaraca ekspressi" bütün Hindistan boyu hərəkət edir.[1] Bu qatarla səyahət 8 gün üçün nəzərdə tutulub və bu 8 gün ərzində sərnişinlər ölkənin bütün görməli yerlərini müşahidə etmək imkanı əldə edirlər.[1]
Qiyməti
[redaktə | mənbəni redaktə et]Qatarı yaratmaq üçün isə hidlilərə 13 milyon dollar lazım gəlmişdir.[1] Bu qatarla səyahət üçün ən ucuz biletin dəyəri 800, ən bahalı biletin dəyəri isə 2500 dollardır.[1] Əhalinin gəlirlərini nəzərə aldıqda 99% hindli bu səyahətdən yararlanmaq imkanına malik deyil.[1]
Quruluşu
[redaktə | mənbəni redaktə et]Qatar 24 vaqondan, həmçinin iki restoran vaqon, iki bar və avtomobilli sərnişinlər üçün bir neçə yük vaqonundan ibarətdir.[1] Vaqonların hər biri kondisioner, televizor, telefon, internet və s. rahatlıqlarla təmin edilib.[1]
Münasibət
[redaktə | mənbəni redaktə et]Yeri gəlmişkən, ölkə əhalisinin bu qatara münasibəti birmənalı deyil.[1] Bir çoxları ondan yalnızca varlıların istifadə etdiyi üçün ona nifrət bəsləyir, bir çoxları isə bu qatarın ölkə büdcəsinə gəlir gətirdiyini düşünür.[1]
Sərnişinləri
[redaktə | mənbəni redaktə et]Qatarın özü 88 sərnişin üçün nəzərdə tutulub və sərnişinləri elit təbəqənin təmsilçiləridir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Maxaraca ekspressi – Asiyanın ən bahalı qatarı Arxivləşdirilib 2015-08-11 at the Wayback Machine. banker.az (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- the-maharajas.com — Rəsmi saytı