Mehdi Quliyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Quliyev Mehdi
Quliyev Mehdi Nadir oğlu
Doğum tarixi
Doğum yeri Heriknaz, Gədəbəy, Azərbaycan SSR
Vəfat tarixi (52 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Dəfn yeri Bakı şəhəri
Atası Quliyev Nadir
Milliyyəti azərbaycanlı
Fəaliyyəti hərbi qulluqçu
Partiyası
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni

Quliyev Mehdi Nadir oğlu — Sovet İttifaqı Qəhrəmanı[1].

Quliyev Mehdi Nadir oğlu 5 may 1923-cü ildə Gədəbəy rayonunun Heriknaz kəndində anadan olub. 26 yanvar 1976-cı ildə Bakı şəhərində vəfat edib.

M. Quliyev 1942-ci ildə Sovet Ordusu sıralarına çağrılmışdır.

Pulemyotçular dəstəsinin komandiri qvardiya serjantı M. Quliyev 1943-cü ilin 27 mayında 15-ci qvardiyaçı alayın tərkibində Krasnodar vilayətinin Krım rayonunun Qorişnı kəndi ətrafındakı döyüşlərdə düşmənin 10-a yaxın əks hücumunu dəfn edərək onun 150-dən çox əskər zabitini, iki dəzgah pulemyotunu məhv etmişdir. Kerç yarımadasında Kırımın azad edilməsində igidlik göstərdiyinə görə 17 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Müharibədən sonra Polis (milis) polkovniki rütbəsinə qədər yüksəlmiş və uzun illər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İdarədənkənar Mühafizə İdarəsinin rəisi vəzifəsində işləmişdir.

2-ci dərəcəli Vətən müharibəsi, 2 Qirmizi Ulduz ordenləri və medallara təltif olunmuşdur.[2]

  1. "Кулиев Мехти Нодерович". 2017-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-09.
  2. "Gədəbəy Rayonundan olan görkəmli şəxslər haqqında". 2010-08-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]