Mezolit dövrü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Mezolit (yun. mezos - orta, litos - daş "orta daş")— Daş dövrü mərhələsi, orta daş dövrü.

Xarakterik xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]
  • 100 min il bundan əvvəl başlayan soyuqlaşmanı 13 min il bundan əvvəl soyuqlaşmanı istiləşmə əvəz etdi;
  • mezolit dovrünün inkişafı bu dövrdə yaşayan insan cəmiyyətlərinin proqresləri ilə müşahidə olunur. İnsanlar arasında münasibətlər, incəsənət, din, ənənə, qanun və qadağalar bu dövrün əsas xüsusiyyətlərindəndir.ox və kaman ixtira edildi, heyvanların daha uzaq məsafədən ovlanmasına imkan yarandı, ovçuluq təsərrüfatından (yığıcılıq, ovçuluq) istehsal təsərrüfatına (əkinçilik və maldarlıq) keçid başlandı;
  • əsas əmək aləti toxa olduğu üçün ilk əkinçilik toxa əkinçiliyi adlandı, ən qədim əkinçilik məskəni 10 min il bundan əvvəl Ön Asiyada meydana gəldi;
  • heyvanların əhliləşdirilməsinə başlandı;
  • ibtidai heyvandarlığın əsası qoyuldu, yığıcılıqdan əkinçilik, ox və kamanın ixtirası nəticəsində qida ehtiyatı artdı və ibtidai maldarlığın əsası qoyuldu

Azərbaycan mezolit dövründə

[redaktə | vikimətni redaktə et]
  • Azərbaycanda Mezolit dövrü Qobustan və Damcılı abidələri əsasında öyrənilmişdir;
  • Ox və kamanın yaranması ilə qida ehtiyatı artdı;
  • Ox və kamanın yaranması ilə heyvanları daha asan ovluya bilirdilər;
  • Ovçuluq, yığıcılıq və balıqçılıqla məşğul olurdular;
  • Çaxmaqdaşı və sümükdən əmək alətləri düzəldirdilər (Qobustandakı Mezolit yaşayış yerlərindən çaxmaqdaşı və sümükdən düzəldilmiş əmək alətləri aşkar edilmişdir);
  • Incəsənətlə məşğul olurdu (qaya üstündə çəkilmiş müxtəlif rəsmlər ovsun, totem, dini ayinlər və ov səhnələri ilə bağlı idi);
  • Axirət dünyasına inanırdılar (dəfn etdiyi ölülərin yanına məişət əşyaları qoyurdu);
  • Ox və kaman ixtira edildi;
  • İstehlak təsərrüfatından istehsal təsərrüfatına keçidin əsası qoyuldu;
  • Həmin dövrdə insanlar kiçikölçülü- mikrolit əmək alətlərindən istifadə etmişlər.