MiQ-1

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
MiQ-1
Tipi Qırıcı
İstehsalçı MiG
İlk uçuş 5 aprel 1940
İstismara verilmə tarixi 1940
İstimarının bitmə tarixi 1944
İstismarçılar
  • Sovet Hərbi Hava Qüvvələri[d]
Buraxılış sayı 100
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MiQ-1 (rus. МиГ-1) — İkinci dünya müharibəsi zamanı SSRİ tərəfindən istifadə olunan bir qırıcı.

İstifadəsi olduqca çətin olmasına baxmayaraq MiQ-3 üçün olduqca uğurlu bir baza modeli olmuşdur. Yüksək hündürlükdə uçarkən qazandığı uğurları ilə ad çıxarmışdır.

MiQ-1 Polikarpovdan ayrılıb MiQ OKB-ni quran Artyom MikoyanMixail Qureviçin öz adları altında ərsəyə gətirdikləri birinci təyyarə və məşhur bir seriyanın başlanğıcıdır.

1938-ci ildə VVS-nin tələbilə dizayn üzərində işlərə start verilmiş, I-200 kodlu ilk prototipi uçuşunu 30.03.1940 tarixində reallaşdırmışdır. Yüksək hündürlükdə uçan qırıcı təyyarə olaraq 1941-ci ilin aprel ayından xidmətə qəbul edilmişdir.

SSRİ Hərbi Hava Qüvvələrinin aşağı və orta hündürlükdə uçan təyyarələrə olan güclü meyli səbəbilə və əsas üstünlüyünü Il-2 təyyarələrinə verməsi və mühərrik istehsalçısı olan Mixulin şirkətinin AM-35 mühərriklərinin istehsalını dayandırmasına görə qısa ömürlü olmuşdur.

MiQ-3 MiQ-1 ilə eyni aerodinamik quruluşa malikdir. Ən böyük fərqləri pilot oturacağının arxa hissəsində yerləşən zireh, daha artıq yanacaq daşımaq qabiliyyəti və qanadların altında 8 ədəd hava-yer tipli raket daşıya bilməsi qabiliyyəti idi. Ümumilikdə 3400 MiQ-1 və MiG-3 istehsal edilmişdir.

MiG-1/MiG-3 təyyarələrinin texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekiaj: 1
  • Mühərrik: Mikulin AM-35A ,
  • Mühərrik gücü: 1350 at gücü
  • Qanad eni: 10.20 m
  • Uzunluğu: 8.26 m
  • Hündürlüyü: 3.50 m
  • Qanad sahəsi: 17.44 m²
  • Boş çəkisi: 2600 kq
  • Maksimum çəkisi: (MiG-1/MiG-3):3099kq/3350kq
  • Mənzili (MiG-1/MiG-3): 550km/820km
  • Silah təchizatı: 1 ədəd. 12.7 mm-lik, 2 ədəd 7.62 mm-lik MG pulemyotu (+ MiG-3: 8 ədəd hava-yer tipli 82mm RS-82 raketləri)

Çeşidli növləri

[redaktə | mənbəni redaktə et]
  • I-61 : I-200 prototipinin ilk dizaynı idi
  • I-200 : MiG-1 prototipi
  • MiG-1 : SSRİ hərbi hava qüvvələrinin tək pilotlu qırıcı təyyarəsi.