Mir Həsən xan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mir Həsən xan Talışlı
Mir Həsən xan Mir Mustafa xan oğlu Talışlı
1814 – 1826
ƏvvəlkiMir Mustafa xan
Sonrakıləğv olunub
Şəxsi məlumatlar
Doğum tarixi 1784
Doğum yeri
Vəfat tarixi 12 iyul 1832(1832-07-12)
Vəfat yeri
Vəfat səbəbi zəhər[d], zəhərlənmə
Atası Mir Mustafa xan
Anası Fəxrülnisə xanım
Həyat yoldaşları
Uşaqları

oğulları Mir Abdulla bəy, Cavad bəy, Xanlar bəy, Kazım bəy

qızlarıNisə xanım, Zəhra xanım və Sara xanım.
Dini Şiə İslam
Hərbi xidmət
Mənsubiyyəti Rusiya İmperiyası Rusiya imperiyası
Rütbəsi General-polkovnik

Mir Həsən xan Mir Mustafa xan oğlu Talışlı (1784, Lənkəran12 iyul 1832, Tehran) — Talış xanlığının[1][2] (1812–1826) xanı.

Bu tarixi şəxsiyyətə İran və Rus tarixçiləri müxtəlif damğalar vurublar. Çünkü Mir Həsən Xanın adı Iran və Rus müstəmləkələrində Azadlıq simvoluna çevrilmişdi. Sözsüz ki, imperiya ideoloqları Mir Həsən Xanın uğurlu hərbi yürüşləri, xüsusi ile onun süvari dəstələrinin zəfərləri haqqında müsbət fikir deməzdiler. Yadelli işğalçılara qarşı vuruşmalarda ad-san qazanan Mir Həsən Xanın sərkərdə məharəti haqqında rus tarixçisi, akademik B. A. Dorn yazır: "1832-ci ildə son Talış xanlarından Mir Mustafa xanın oğullarından biri olan Mir Həsən xan öldü. Ruslara qarşı vuruşmalarda ləqəb kimi o "Döyüşçülərin ən öncülü" adını qazanmışdı."

İranlılar isə döyüş vaxtı öz xanlarına deyirdilər: "Sərkərdə, Mir Həsən xan kimi olar".

Mir Həsən xanın döyüşlərini öz gözləri ilə görən, həm də onun mirzəsi olan 19-cu əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu özunün "Əxbarnamə" əsərində yazır: "Şir ovlayan Mir Həsən Xan kimi dünyada hələ belə bir oğul doğulmayıb, bundan sonra da doğulmayacaqdır."

Mir Həsən Xan atasının vəfatından sonra, 1814-cü ilin avqust ayında Rusiya tərəfindən Talışa Xan təyin olunur. 1821-ci ildə Çar Aleksandr tərəfindən ona polkovnik hərbi rütbəsi verilir. Bu haqda o dövrün tarixçilərindən olan Seyidəli Kazım bəy oğlu öz "Cəvahirnameyi-Lənkəran" əsərində yazır: "Mir Mustafa xanın ölümündən sonra əlahəzrət Rus imperatorluğunun rəhbərləri Talış hökumətinin idarəçiliyini Mir Həsən xana həvalə etdilər. Ona polkovnik rütbəsi verdilər….. Lakin ziddiyətli tabeliyə görə Mir Həsən xandan qardaş və bacıları küsdülər, onların bu addıma xoşları gəlmədi və hətta anası Fəxrül-Nisə xanımın da (o müvəqqəti olaraq xanlığa rəhbərlik edirdi) Rus imperatorluğunun bu təyinatından acığı tutmuş, oğlu Mir Həsən xana qarşı çıxmışdı".

Bu sözlərdən bizə aydın olur ki, Mir Həsən Xanın Xan təyin olunması qardaş və bacıları tərəfindən pis qarşılandı. Təbii ki, bu Rusiyanın siyasəti idi, Rusiya imperatorluğu qəsdən Xanın ailəsini bir-birinə vururdu ki, qoy hamısı, qardaşları, bacıları, əsasən də Xalq Mir Həsən Xana qarşı çıxsın və onu hakimiyyətdən uzaqlaşdırsınlar. Rusiya İmperatorluğu bu hiyləgər, işğalçı siyasətini necə apardiğını 1831-ci il tarixli bir sənəddən, ordudan tərxis olunmuş poruççik Dobrotvorskinin, Talış xanlığında çar hökumətinin özbaşınalığı, cinayətləri haqqında bir yazısını versək, yetər: "…Rusiya dövlətinə tabe olan Talış xanlığındakı kimi azğınlığa heç yerdə rast gəlmədim… Talış xanlığının sakinlərinin rəisi polkovnik Korniyenkonun ədalətsizliyi və onları sıxışdırması haqqında əhalinin şikayətlərini eşitmək ağır idi…İstənilən vergini kim vermirdisə, yarımcan olana qədər doyürdülər, təkcə kişileri yox, qadınlarıda döyürdülər. Köməksiz xırda uşaqlar isə ətrafa qaçıb, fəryad qoparırdılar… Xalqın hər şeyini alırdılar, ya da talan edirdilər."

1827-ci ilin yanvarında Mir Həsən xanın oğlu şahsevənlərlə birlikdə Qarabağ elatlarına hücum edərək, onları qarət etdilər. Bunu eşidən knyaz Mədətov onları cəzalandırmaq üçün Əhər çayından Ərdəbil yolunadək ərazinin əhalisini qarət edərək, onların taxıl və ot-ələf olan ehtiyatını məhv etdi[3]

Xüsusi ilə mayor M. S. Ilinski Mir Həsən xana qarşı siyasət aparırdı. O, gizlincə xanın sədaqətli adamlarını məhf edirdi, hətta bir coxlarına daş bağlayıb, dənizə batıriıdı. Ilinski həm də Xanın bacısına vurulmuşdu, bu hərəkəti ilə o, həm də Mir Mustafa xanın əmlakına da göz dikmişdi. Qeyd edim ki Mir Mustafa xan öz sağlığında, ailə üzvləri arasında əmlak bölgüsünü belə müəyyənləşdirmişdi: 1. Arvadı Fəxrül-Nisə xanımın adına olan əmlak (əmlak zinnətli daş-qaşlardan ibarət idi) və onun üçün ayrılmış torpaq Qızılağac idi, əlavə olaraq Dırıq mahalının bir neçə kəndini də onun adına yazıldı. Belə bir qayda da müəyyən olundu ki, Fəxrül-Nisə xanımın sağlığında bütün gəlir ona çatmalı, öləndən sonra isə əmlak qızları arasında təqsim edilməli idi. 2. Mir Həsən Xanın ixtiyarında olan əmlak, Bədalandan başqa, bütün torpaqlar idi. 3. Mir Məmməd Xana Alar və Dələqarğa torpaqları verildi. 4. Mir Hüseyn Xana Miyanku, Bədalan, Boradigahın yarısı verildi. 5. Astara və Butasərin bir hissəsi Mir Abbas bəyə verildi. 6. Bazardan gələn gəlir Mir Hidayət bəyə, Mir Ismayıl bəyə və Əkbər bəyə verildi və belə bir şərt qoyuldu ki, bazarın gəliri 4.500 manatdan artıq olduqda, bacılara da pay verilsin.

Ona görə mayor Illinski Mir Həsən Xanın bacısıynan evlənmək istəyirdi ki, bu nikah yolu ilə Xanın əmlakına sahib çıxsın.

1828-ci il Türkmənçay sülh müqaviləsinin 4-cü maddəsinə əsasən Talış xanlığının torparları Rusiyaya verilməli idi. Mir Həsən Xan bundan imtina etdi. Bu hərəkəti ilə də Mir Həsən xan hər iki dövlətin düşməni sayıldı. İran ordusunun baş komandanı Abbas Mirzə (o, İran şahı Fətəli şahın böyük oğlu idi), Bala xanın rəhbərliyi altında Talışa qoşun yeritdi. Razılaşmaya görə Rusiya tərəfi də qaniçən, hiyləgər podpolkovnik Korniyenkonun başçılığı ilə Mir Həsən Xana qarşı qoşun göndərir. Rusiya və Qacar (İran) qoşunları birləşərək Mir Həsən xana hücuma keçdilər. Qüvvələr nisbətini nəzərə alan xan, öz qoşunu ilə birlikdə Diriğ (Değ) meşələrinə cəkilir və döyüşü orada davam etdirir.

Bu böyük döyüşdə Mir Həsən Xan nə ruslara, nə də iranlılara məğlub olmur. Bu barədə 19-cu əsr tarixçisi Mirzə Yusif Qarabaği "Tarixi-Safi" əsərində yazır: "Talış zəfər qoşununun igidliyi nəticəsində düşmənlər məğlub oldu" Qacar qoşunu Talışdan cəkilir, ruslar isə Sara adasına cəkilirlər və orada mübarizəni davam etdirirlər, onlar məğlubiyyəti özlərinə sığışdırmırlar və Mir Həsən xana məğlub olmaq istəmirlər, üstəlik də Xəzər dənizində yerləşən rus batalyonu tez-tez Lənkərana hücumlar edir, əhalini incidirdilər. 19-cu əsr tarixçisi Mir Mehdi Xezani yazır: "Talış Mir Həsən xan üsyan qaldırıb, Kaspi dənizində rus batalyonunu məhv etdi". Artıq düşmənlərini qorxudan Mir Həsən xan yenidən müstəqil hakim oldu. Bu barədə Mirzə Əhməd "Əxbərnamə"də yazır: "Mir Həsən xan iki il Talışda müstəqil hökumət sürdü. Salyandan Dənyaçal çayına kimi Talış bütün təbəələri ilə tamamilə onun ixtiyarında idi. Bu iki il ərzində bir necə dəfə Rusiya qoşunu dava və qarət məqsədilə Talışa gəldisə də, lakin istədiklərinə nail ola bilmedi".

Bir neçə il ruslara və farslara qarşı mübarizə apardıqdan sonra xan başa düşür ki, hər iki cəbhəyə qarşı vuruşmaq çox ağırdır. Baxmayaraq ki, bütün Dırıq camaatı və Dırıq xanları: Nəcəfqulu xan, Nurulla xan, Dərgahqulu bəy, Zuvand xanı Mir Kazım xan və qardaşları Mir Məmməd xan və Mir Hüseyn xan onu möhkəm müdafiə edib, düşmənə qarşı onunla bərabər vuruşurdular. Aydınlıq üçün oxuculara bildirək ki, Dırıq xanı Nəcəfqulu xan Mir Mustafa xanın ömür-gün yoldaşı Fəxrül Nisənin qardaşı oğlu idi, sonradan Dırıq xanı olan Nurulla xan, oğlu Fətəli, Nurulla xanın qardaşı Dərgahqulu bəy Mir Həsən xanın ən yaxın silahdaşları olmuşlar. Mir Həsən xanın dar ayaqda Dırıq mahalına pənah aparmasının bir səbəbi elə bu qohumluq əlaqəsi idisə, digər bir səbəbi "Əxbərnamə"də deyildiyi kimi "Talış vilayətində hakim olmaq istəyən əvvəlcə iki yeri ələ keçirtməli idi. Onlardan biri Dırıq, digəri də həmin Lənkəranın çayiçi mahallarıdır".

Iki il Dırıqda məskən salan Mir Həsən xan rus ordusunun qat-qat güclü olan təzyiqlərinə dözə bilmədi. 1831-ci ilin sonunda İranın Mazandaran şəhərinə getdi. Orada Fətəli şahın oğlu Əli şah hakim idi. "Əxbərnamə"də yazılır: "O, (yəni Əli şah) təcili olaraq Mir Həsən xanın gəldiyini Tehranda Fətəli şahın hüzuruna ərz etdi. Fətəli şah qorxuya düşdü. Şahzadə onu Tehrana göndərdi. Orada isə Mir Həsən xana zəhər verib, öldürdülər" Bu hadisə 1832-ci il iyulun 30-da baş vermişdi. Qeyd üçün bildirim ki, Mir Həsən xan öz cəddi olan Xəlifə İmam Əlinin oğlu Həsən kimi zəhərlənərək, şəhid olmuşdu.

Mir Həsən xanın ölmündən sonra Rusiya İmperatorluğu Talış xanlığını dağıtdı. Rusların hiyləgər siyasətini bilən Mir Həsən xanın qardaşları Mir Abbas bəy, Mir İsmayıl bəy və Əkbər bəy Rusiyaya qarşı şikayət qaldırdılar, amma ki, 1832-ci ildə Mir Hüseyn xan, Mir Abbas bəy, Mir İsmayıl bəy və Əkbər bəy həbs olundular. Mir Həsən Xanın qardaşlarından yalnız Mir Məmməd xan tutulmadı, lakin onun torpaqlarının çoxunu zəbt etdilər. Amma 1838-ci ildə onun mülkünün yarısını ona qaytardılar. Bundan əlavə 1839-cu ildə digər qardaşlarıda həbsxanadan azad etdilər və onların da əmlaklarının yarısını onlara qaytardılar.

Mir Həsən xanın anası Fəxrül Nisə 9 aprel 1825-ci ildə vəfat etmişdi və onun əmlakı qızları arasında bölüşdürülmüşdü. Ən çox mülk böyük qızı Qəmərtac xanıma düşürdu, ona Böyük xanım da deyirdilər. Qəmərtac xanımı mayor İlinski Peterburqa qaçırtmışdı və orada ona məcburi olaraq xristianlığı qəbul etdirmiş, adını da dəyişdirərək Aleksandra qoydurmuşdu. 2-ci qızı Bəyim xanım isə Rusiya tabeliyini qəbut etdi və öz əmlakını Rusiya İmperatorluğunun hesabına köcürtdü. Axırıncı qızı Səkinə xanım isə general Alxazova ərə getdi ve böyük bacıları kimi əmlakını Rusiyaya verdi.

Ruslar xan ailəsini məhv etməklə yanaşı, həm də Talışın tarixi abidələrini də məhv edirdilər, Kərbəlayı Xudaverdi məsçidini dagıtdılar, Mir Mustafa Xanın sarayını yerlə yeksan etdilər. Talışın təbii sərvətlərini də Rusiyaya daşıyırdılar, dini şəxsləri lağa qoyub, onları hörmətdən salırdılar. Bir sözlə, ruslar Talışa həmin dövürdə böyük zərbə vurdular. Mir Həsən xanın vəziri və mirzəsi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu "Əxbərnamə"də yazır: "Əgər Mir Həsən Xanın tayfası bir-biri ilə birləşsəydi, Mir Həsən Xan padşah olardı. Lakin onların arasında daima nifaq hökm sürürdü. Mərhum ucarütbəli Mir Mustafa xan İran padşahı ilə eyni səviyyədə duran bir sima idi. İran padşahı ona üstün gələ bilmirdi. Övladları indi belə onun dövləti ilə güzaran keçirirdilər. Dediyim bu sözlər böyük bir qələt olsa da, ürəyim onların halına yanır, canıma qəsd edib, yazıram. Onların analarından biri dövlətli ailədən, digəri rəiyyət içindən çıxmışdılar, üçüncüsü isə gürcü qızı olub, müxtəlif adamlardırlar. Buna görə də övladlar arasında birlik yox idi. Bu sətirlərin yazılması miladi 1882-ci ilə təsadüf edir. Ruslar Mir Mustafa xan tayfasını elə hörmətdən saldılar ki, rəiyyət onlarla üz-uzə gəldikdə onlara salam verməyib, istehza edirdi. Bundan artıq yazmağa cəsarət etmirəm. Çünkü mən Mir Mustafa xan dövlətinin qullarındanam. Onun nəslindən kor bir qiz qalsa da, mən onun qulu olacağam."

Mir Həsən xan çox dindar və Allahpərəst bir adam olmuşdur. Heç kimi yersiz incitməz, könlünə toxunmazdı. Deyərdi: "Ürək sındırmaq ən böyük günahdır. Ürək ələ almaq Allah yanında savabdır. "Bütün dini ayinləri vaxtlı-vaxtında yerinə yetirərdi. "Əxbərnamə"də yazılır: "Onun adəti belə idi. İki aləm biri-birinə dəysə də, o namazın vaxtını keçirtməzdi." Gülməmməd Məmmədzadə Mir Həsən xanı "Əqidəli insan, mətin sərkərdə" adlandırırdı.

Mir Həsən xan həm də gözəl ailə sahibi idi. Onun üç həyat yoldaşı var idi: birincisi Həşim xan Şirvanlının bacısı Bikə xanım, ikincisi Qalaqayınlı Məhəmmədsalah xanın qızı Xeyrənisə, üçüncüsü Muğanlı Məhəmməd bəyin qızı Qızxanım idi. Bu qadınlardan 7 övladı olmuşdu. Dördü oğlan: Mir Abdulla bəy, Cavad bəy, Xanlar bəy, Kazım bəy. Üçü qız: Nisə xanım, Zəhra xanım və Sara xanım. Mir Həsən xanın nəslinin davamçıları bu gün də Masallıda, Lənkəranda, Astarada, Bakıdaİranın Nəminİsfahan şəhərində yaşayırlar.

  1. P. Zablotskiy. Obozreniye Talışinskogo xanstva za 1836 god — 1836. — 61 s.
  2. Obozreniye rossiyskix vladeniy za Kavkazom v statistiçeskom, etnografiçeskom, topografiçeskom i finansovom otnoşeniyax. — Sankt-Peterburg, 1836. — Т. 3. — S. 175.
  3. Акты собранные Кавказской Археографической Комис сией (АКАК). I-VII тт. Тифлис, 1866-1878 гг.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]