Miranda Kerr
Miranda Kerr | |
---|---|
ing. Miranda Kerr | |
Doğum tarixi | |
Doğum yeri | Sidney, Avstraliya |
Uşağı | 3[1] |
Fəaliyyəti | model[d], supermodel[d], Victoria's Secret Angels[d] |
Fəaliyyət illəri | 1997-ci ildən |
Boyu | 1,75 m |
Çəkisi | 57 kq |
IMDb | ID2473819 |
mirandakerr.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Miranda Kerr (d. 20 aprel 1983, Sidney, Avstraliya), Avstraliyalı model.
Həyatı
[redaktə | mənbəni redaktə et]20 aprel 1983-cü ildə Avstraliyanın Sidney şəhərində dünyaya gəlmişdir. Kerr ilk dəfə 13 yaşı olarkən Chaay's Modelling Agency-də modellik etməyə başladı. O Therese and John Kerr-in 2 uşağından biridir. Onun özündən 2 yaş kiçik, Matthew adlı bir qardaşı var. Uşaq vaxtı nənəsinin fermasına gedib, at çapmağı və motosikl sürməyi sevərmiş.
2003-cü ildə Mirandanın maliyyə brokeri Adrian Camilleri ilə münasibətləri yaranmağa başladı. Lakin Adrian Camillerin başına gələn bir hadisə nəticəsində Kerr 2004-cü ildə münasibətlərinə son qoydu.
21 iyun 2010-cu ildə Miranda Kerr ilə Orlando Bloom nişanlandılar, 2010-cu ilin 22 iyul tarixində isə onların toy mərasimi baş tutdu. 2011-ci ildə cütlüyün Flynn Christopher Blanchard Copeland Bloom adlı bir oğlu dünyaya gəldi. Uşağın adındakı Christopher, Mirandanın keçmiş sevgilisi "Christopher Middlebrook"-un adından götürülmüşdür, o şəxs ki, 1998-ci ildə, 15 yaşı olarkən avtomobil qəzasında dünyasını dəyişmişdi.
25 oktyabr 2013-cü il tarixində Miranda Kerr və Orlando Bloom ayrıldıqlarını bəyan etdilər.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- mirandakerr.net
- Miranda Kerr at Models.com
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |