Mirmidonlular

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Mirmidonlular (q.yun. Μυρμῐδόνες) — əfsanəyə görə, Fessaliyada Zevs və Evdimedusanın oğlu Mirmidonun nəslindən olan mifik axey tayfası. Mirmidonluların rəhbəri Axill olmuşdur.

Digər miflərə görə, Axillin babası Eak Heranın göndərdiyi vəba zamanı bütün xalqını itirmişdi, lakin onun xahişi ilə atası Zevs qarışqaları insanlara çevirmiş və buna görə də yeni insanlar "mirmidonlular" adlandırılmağa başlanmışdır.[1]