Miron

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Miron: "Diskobol"

Miron (yun. Μύρων)(b.e.ə.480-440) — Afinada yaşamış heykəltaraş. O, Eletrada doğulub. Aqeladasın tələbəsi olub. Miron əsərlərinin çoxunu bürüncdən hazırlayırdı. Tanrıların və qəhrəmanların heykəllərini hazırlamasına baxmayaraq Miron əsasən idmançıların heykəllərini hazırlayırdı. Tarixçi Plini Mironun işlərinin Polikletin işlərindən daha və düzgün daha harmonik olduğunu bildirmişdir. Onun ən məşhur əsərləri, Plininin "Pliny’s Natural History"(Plininin təbii tarixi) adlı əsərinə daxildir. (Bu əsər Roma vaxtından indiyə qədər gəlib çatan nadir əsərlərdəndir. Əsərdə hər şey haqqında məlumat toplanmışdır)

Miron: "Afina və Marsiy"

Miron deyirdi ki, o, öz əsərlərinə heyranedici və həyat xüsusiyyətlərini verəndə fikrindəki emosiyaları orada göstərə bilmirdi. Onun düzəltdiyi kişi heykəllərinin bədənləri onların başlarına görə daha mükəmməl olurdu. Misal üçün, onun ən məşhur əsəri Diskobolun üzü sakit və cizgisizdir, amma bədəni və bütünlükə bədən əzələləri xüsusi bir cəhdlə birləşib.