Missuri çayı
Missuri çayı | |
---|---|
ing. Missouri River | |
Ölkə | ABŞ |
Mənbəyi | Qayalı dağlar |
• Yüksəkliyi | 2752 m |
Mənsəbi | Missisipi çayı |
• Yüksəkliyi | 123 m |
Uzunluğu | 3767 km |
Su sərfi | 2.478 m³/s |
Hövzəsinin sahəsi | 1371010 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Missuri çayı (ing. Missouri, МФА: [mɨˈzɝi]) — ABŞ-də çay, Missisipi çayının[1] ən böyük qolu. Uzunluğu 3767 km[2] təşkil edir. Mənbəyini Qayalı dağlar silsiləsindən götürür və əsasən şərq, cənub-şərq istiqamətində axır. Sent-Luis şəhəri yaxınlığında Missisipi çayına tökülür. Hövzəsinin sahəsi 1 300 000 km² təşkil edir və ABŞ-nin on, Kanadanın iki vilayətini əhatə edir.
Missuri hövzəsində ilk insanlar 12 min il öncə peyda olmuşlar. Burada ondan çox hindu qəbiləsi yaşayırdı. XIX əsrdən çay qərbin mənimsənilməsi və ABŞın genişlənməsində mühüm rol oynamağa başlayır. XX əsrin ortalarında üzərində çoxlu bənd və irriqasiya qurğuları inşa edilir. Naviqasiyaya yararlıdır. Gəmiçilik 1830-cu illərdə özünün pik dönəmini yaşayırdı. 1850-ci ildən indiyənə kimi isə bu sahədə eniş müşahidə edilir
Axını
[redaktə | mənbəni redaktə et]Missuri Qayalı dağlardan, Montana ştatının cənub-şərqindən, iki çayın birləşməsindən başlayır — Cefferson çayı və Madison çayı[3]. Ən uzun axarı olan Brauer 2750 metr yükdəklikdən, Cefferson dağının qərb ətəklərindən başlayaraq ona tökülür. İlkin olaraq çay qərbə doğru axır, sonradan şimala istiqamətlənir. Axar Hell-Rearin-Krik çayına oda öz növbəsində Red-Roka tökülür. Şimal-şərqə əyilən Red-Rok Bıverhed çayına axır. O isə öz növbəsində Cefferson çayını əmələ gətirir. Fayrxol çayı başlanğıcını Yelluston Milli Parkında yerləşən Madison gölündən götürür. Bir qədər axdıqdan sonra Qibbon çayı ilə birləşərək Madison çayını əmələ gətirir. Missurinin digər qolu olan Qallatin çayı da başlanğıcını milli park ərazisində yerləşən eyni adlı göldən götürür. Digər iki əsas axar isə Vayominq ştatı ərazisindən başlayır. Montana ərazisində isə çay şimal və şimal-şərq istiqamətində axır[4].
Rəsmi olaraq isə Missuri çayının başlanğıcı Madison və Cefferson çaylarının birləşdiri ərazidən, Tri-Firks şəhərciyi yaxınlığından götürülür. Qallantin onan mənbəyindən cəmi 1,6 km aşağıda Missuriyə birləşir. Sonradan Missuri Kanon-Ferri su anbarı ilə axır. Qayalı dağların qərbində Böyük kəmər adı ilə məşhurdur. Dağlardan Kaskeyd dairəsinə daxil olan eyni adlı şəhərciyin yaxınlığında enir. Çay Qreyt-Folks şəhərinə qədər şimal-şərq istiqamətində axır. Burada ardıcıl şəlalələr əmələ gətirir. Bundan sonra Missuri şərqə doğru axır. Burada əsrarəngiz kanyonlar gözəl mənzərə yaradır. Ərazi həm də Missuri uçurumu kimi tanınır. Burada Missuri sol qolu olan Mariası qəbul edir. Bundan sonra çsyın yatağı Fort-Pek su anbarı sayəsində genişlənir. Su anbarı Messelşell çayının mənsəbindən bir necə kilometr yuxarıda yerləşir. Su anbarından aşağıda iri qollardan biri olan Milk çayını qəbul edir.
Şərq istiqamətində, düzənliklə Montananın şərqi ilə axır. Burada Pollar qolu ilə birləşir. Bu qol Şimali Dakota sərhədini kəsərək, sərhəddən bir qədər aralıda Missuri ilə qovuşur. Bu ərazidəcə Missuri özünün ən bolsulu qolu olan Yelluston çayını qəbul edir. Bundan sonra çay şərqə istiqamətlənir və Uilston şəhəri yaxınlığından keçir. Burada Sakakavi su anbarını meydana gətirir. Çayın önündə Qarrison dambası inşa edilmişdir. Bənddən aşağıda Missuriyə Nayf çayı tökülür. Bundan sonra çay cənuba , Şimali Dakota ştatının paytaxtı Bismark şəhərinin yaxınlığından keçir. Burada ona Hart çayı tökülür. Konnonbol çayının mənsəbindən bir qədər aşağıdan isə Oaxe su anbarı başlayır. Su anbarından cənubda çay cənuba doğru axır. Bir qədər aşağıda Missuriyə Qrand, Moro və Şayenn çayları qərb istiqamətdən tökülür.
Böyük Düzənliyə çıxış ərəfəsində Missuri sərt şəkildə cənub-şərqə istiqamətlənir. Burada Missuri Niobrara çayını və çoxlu qollar qəbul edir. Sonradan çay şərqə istiqamətlənir. Burada Cənubi Dakota ştatı ilə Nebraska ştatı arasında sərhədi təşkil edir. Missuri bu ərazidə ən iri şimal qolu olan Ceyms çayını qəbul edir. Buradan cənub-şərqə istiqamətlənir Nebraska və Ayova ştatları arasında sərhədi əmələ gətirir. Ceyms çayının mənsəbindən bir qədər aşağıda Biq-Su çayı ona tökülür. Omaxa şəhəri yaxınlığında Missuri Platt çayını qəbul edir. Buradan çay az bir məsafədə Nebraska və Missuri, sonradan isə Kanzas və Missuri ştatları arasındakı sərhəddən axır. Kanzas Siti şəhərindən aşağıda Missuri Kanzas çayını qəbul edir. Missuri Missisipiyə Sent-Luis şəhərindən şimalda, İllionoys ştatı sərhəddinə yaxın ərazidə birləşir. Mənsəbin hündürlüyü 123 metrdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Крупнейший приток реки Миссисипи". 2011-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-14.
- ↑ "Missouri River Environmental Assessment Program". 2018-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-14.
- ↑ "mappingsupport.com". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
- ↑ U.S. Geological Survey. "United States Geological Survey Topographic Maps". TopoQuest. 2012-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-02.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Baldridge, W. Scott. Geology of the American Southwest: a journey through two billion years of plate-tectonic history. Cambridge University Press. 2004. ISBN 0-52101-666-5.
- Benke, Arthur C.; Cushing, Colbert E. Rivers of North America. Academic Press. 2005. ISBN 0-12088-253-1.
- Demoth, I. MacDonald. The History of Pettis County, Missouri. 1882.
- Greene, Jerome A. Battles and Skirmishes of the Great Sioux War, 1876–1877: The Military View. University of Oklahoma Press. 2003. ISBN 0-80612-669-8.
- King, Philip B. The Evolution of North America (Revised). Princeton University Press. 1971.
- Mulvaney, Tom. Helena. Arcadia Publishing. 2008. ISBN 0-73855-977-6.
- Roberts, David C. A Field Guide to Geology: Eastern North America. Houghton Mifflin Harcourt. 2001. ISBN 0-61816-438-3. (#redundant_parameters); (#redundant_parameters)
- Sunder, John E. The Fur Trade on the Upper Missouri, 1840–1865. University of Oklahoma Press. 1993. ISBN 0-80612-566-7.
- Thornbury, W. Regional geomorphology of the United States. John Wiley and Sons. 1965. ISBN 0-47186-200-2.