Model

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Təcili yardım maşının modeli

Model (fr. modèle, lat. modulus — "ölçü, analoq, nümunə") – orijinalın hər hansı bir xüsusiyyətlərinin öyrənilməsini təmin edən obyekt-orjinalın əvəzcisidir vəya obyektlərin sadələşdirilmiş bənzəridir. Mülahizələri sadələşdirən və hadisələrin təbiətini dəqiqləşdirən eksperiment keçirilməsinə imkan verən məntiqi sxemlər və məntiqi quruluşlar model adlandırılırlar. Gerçək şəraitin və ya obyektin riyazi, yaxud qrafik təsviri; məsələn, kainatda maddələrin paylanmasının riyazi modeli, işgüzar əməliyyatların (ədədi) modeli elektron cədvəl, yaxud molekulun qrafik modeli. Modellər, ümumiyyətlə, dəyişdirilə və ya idarə oluna bilər, buna görə də onların yaradıcıları gerçək şəraitə necə təsir etməyi görməyə cəhd edə bilər. Zaman-zaman fiziki modellərdən (maketlərdən) istifadə olunması çoxlu sayda insanın həyatını xilas etmiş, külli miqdarda xərclərdən və vaxt itkisindən azad etmişdir. Əksinə, fiziki modellərdə alınmış nəticələrin nəzərə alınmaması fəlakətlərə səbəb olmuşdur. Bu baxımdan 1870-ci ildə İngiltərədə hazırlanmış "Captain" zirehli gəmisi ilə bağlı hadisə çox ibrətamizdir. XIX əsrin ortalarında metallurgiyanın inkişafı və buxar maşınlarının yaradılması nəticəsində ağacdan hazırlanmış yelkənli gəmilərdən metal gəmilərə keçid başlanıldı. Yavaş sürətli yelkənli gəmilər üçün korpusun forması o qədər də böyük önəm daşımırdı. Ancaq sürətli gəmilərdə yanacaq sərfi və üzmə uzaqlığı korpusun formasından çox asılı idi. Korpusun formasının seçilməsi məsələsini birbaşa təcrübə yolu ilə həll etmək, əlbəttə ki, mümkün deyildi. Müxtəlif formalı korpusları olan gəmilər düzəldib, onları sınaqdan keçirmək çox böyük məsrəflər tələb edirdi. Bu vəziyyətdən yeganə çıxış yolu gəmilərin maketlərindən – fiziki modellərindən istifadə etmək idi. Britaniya donanmasının baş konstruktoru Edvard Rid (Edward James Reed) "Captain" zirehli gəmisinin fiziki modelini hazırlayır və onun son dərəcə dayanıqsız olmasını aşkarlayır. Modelləşmə göstərir ki, açıq dənizdə hətta kiçik dalğa zirehli gəmini aşıracaq. Baş konstruktorun nəticələri haqqında Böyük Britaniyanın Dəniz Nazirliyinə məlumat verilir. Ancaq admirallar "oyuncaq model" vasitəsilə alınmış nəticələri ciddi qəbul etmirlər. Açıq dənizə buraxılan "Captain" gəmisinin çevrilməsi nəticəsində 523 dənizçi həlak olmuşdur.

Model maddi və ya xəyali göstərilə bilən elə obyetdir ki, tədqiqat prosesində obyek orijinalı əvəz edir və onun bilavasitə öyrənilməsi obyekt orijinalı haqqında yeni biliklər verir. Model özünəməxsus bir idrak vasitəsidir. Tədqiqatçı onu maraqlandıran obyekti məhz onun köməyi ilə öyrənir. "Model" termini insan fəaliyyətinin müxtəlif sahələrində geniş istifadə olunur və geniş mənada hər hansı obyektin, prosesin, hadisənin əvəzləyicisi kimi istifadə olunan obrazdır. Təsvir, sxem, çertyoj, qrafik, plan, riyazi ifadə və s.başqa sözlə model- real obyektin sadələşdirilmiş oxşarıdır.

  • İsmayıl Sadıqov,İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Modelləşdirmə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Moddelləşdirmə

Obyektin modelinin köməyi ilə obyekt orjinalın əsas xüsusiyyətləri barəsində məlumatın alınması məqsədilə bir obyektin başqası ilə əvəz edilməsi moddelləşdirmə adlanır. Başqa sözlə modellərin yaradılmasına və öyrənilməsinə yönələn insan fəaliyyətinə modelləşdirmə deyilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]