Morfin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Morfin
Molekulyar modelin şəkli
Ümumi
Sistematik adı (5α,6α)-dehidro-4,5-epoksi-17-metilmorfinan-3,6-diol
Ənənəvi adı Morfin
Kimyəvi formulu C17H19NO3
Empirik formulu <!—məsələn: С2H6O -->
Molyar kütlə 285,34 q/mol
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 254 °S
Təsnifatı
CAS-da qeyd. nöm. 57-27-2
PubChem
SMILES CN1CCC23C4C1CC5=C2C
(=C(C=C5)O)OC3C(C=C4)O
ChEBI 17303
ChemSpider

Morfin (yun. Μορφεύς; Μορφέας) — xaş-xaşın tərkibində olan opiumun (tiryək) əsas alkoloidi. Təbabətdə ən qüvvətli təbii ağrıkəsici kimi istifadə edilir.

Morfin ilk dəfə 1804-cü ildə əczaçı Fridrix Vilhelm Adam Sertürner tərəfindən Almaniyanın Paderborn şəhərində əldə edilmişdir[1][2]. Fridrix Vilhelm Adam Sertürner əldə etmiş olduğu bu maddənin adını qədim yunan mifologiyasında tanrı Hipnosun oğlu yuxugətirən tanrı Morfeyin adından götürmüşdür. 1848-ci ildə isə Avqust Lavrenti tərəfindən onun düzgün molekul formulu təyin edilmişdir. Morfin inyeksiya iynələri 1853-cü ildən tətbiq edilməyə başlanılmışdır. Amerikada vətəndaş müharibəsi dövründə geniş istifadə edilməsi nəticəsində 400 min insan "ordu xəstəliyinə" (morfin asılılığı) düçar olmuşdur. 1874-cü ildə Londonun Müqəddəs Mariya hospitalının nəzdnində olan tibb məktəbində çalışmış ingilis kimyaçısı Rayt Alder tərəfindən morfindən hal-hazırda heroin kimi tanınan diasetilmorfin sintez olunmuşdur[3].

Alınma mənbəyi

[redaktə | vikimətni redaktə et]

Morfin və onun digər alkoloidləri təbiətdə xaş-xaş, stefaniya bitkilərində təsadüf olunur. Əsasən biosintez yolu ilə adı çəkilən bitkilərdən daha doğrusu tərkibində olan durğun sud mayasından (tiryək südündən) alınır: L-tirozin → L-DOFA → retikulin → salutaridin → tebain → kodein, bu keçidlər müvafiq fermentlərin təsiri ilə baş verir. Morfin praktiki olaraq kükürd və oksalat turşularının köməyi ilə bioloji materialdan suyun sıxışdırıb çıxarılması (isolə edilməsi) metodu əsasında əldə edilir.

  1. "Morphin wurde 1804 erstmals aus dem Opium isoliert, Österreichische Apothekerkammer, zugegriffen 17. November 2008". 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-29.
  2. Huxtable RJ, Schwarz SK.:The isolation of morphine--first principles in science and ethics Mol Interv. 2001 Oct;1(4):189–191. Volltext (HTML) Arxivləşdirilib 2008-08-29 at the Wayback Machine Volltext (PDF) Arxivləşdirilib 2023-07-29 at the Wayback Machine PMID 14993340
  3. Wright, C. R. A. On the Action of Organic Acids and their Anhydrides on the Natural Alkaloids (12 августа 2003). Архивировано из первоисточника 6 июня 2004. Note: this is an annotated excerpt of Wright, C. R. A. (1874). "On the Action of Organic Acids and their Anhydrides on the Natural Alkaloids". Journal of the Chemical Society 27: 1031–1043. DOI:10.1039/js8742701031